KÖHNƏ VERSİYA            

“Əqli mülkiyyət müasir mərhələdə” mövzusunda “Dəyirmi masa” keçirilir

Image

Aprelin 26-da Əqli Mülkiyyət Agentliyi tərəfindən “Əqli mülkiyyət müasir mərhələdə” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə təşkil edilib.

Tədbirdə çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov aprelin sonunun əqli mülkiyyət aləmində əlamətdar dövr olduğunu - aprelin 23-nün Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün və aprelin 26-nın Beynəlxalq Əqli Mülkiyyət Gününün qeyd olunduğunu bildirib. O, Azərbaycanda da bu əlamətdar günlərin qeyd edildiyini diqqətə çatdırıb.

Agentliyin rəhbəri Azərbaycan xalqının Qələbə sevinci yaşamasında, ölkənin beynəlxalq nüfuzunun artmasında, söz sahibinə çevrilməsində Prezident İlham Əliyevin müstəsna rolunu vurğulayıb.

Azərbaycanın son illərdə əldə etdiyi nəticələrin kreativliyin, innovativliyin inkişafına böyük təsiri etdiyini söyləyən professor Kamran İmanov bildirib ki, 2022-ci illə müqayisədə 2023-cü ildə müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda (324 müəllif) 717 şəhadətnamə verilib və bu, ötən illə müqayisədə 20 faiz çoxdur. Elektron xidmət bölməsi vasitəsilə 324 müəllif (hüquq sahibi) tərəfindən 626 əsər qeydiyyatdan keçirilib. 2023-cü ildə elektron qaydada 131 müəllifə məxsus 169 əsər qeydiyyata alınıb ki, bu da 2022-ci il ilə müqayisədə 73 faiz çoxdur. Əlaqəli hüquqların obyektləri üzrə 162 ifa (2022-ci ildə 46 ifa) və 37 kompüter proqramı (2022-ci ildə 18) qeydiyyata alınıb.

Sənaye mülkiyyəti sahəsində 2023-cü ildə ixtira, faydalı model və sənaye nümunələrinin patentləşdirilməsinə dair Agentliyə 302 iddia sənədi (2022-ci ildə 271 iddia sənədi) daxil olub. Bu isə ixtira fəallığının 11 faiz artması deməkdir.

İxtiralar üzrə ekspertizanın müddəti ümumi qayda 12 ay təşkil etdiyi halda, 2023-cü ildə 8-9 ay müddətində aparılıb, MDB məkanında ilk olaraq, iddia sənədlərinin 3D-formatında qəbulu həyata keçirilib, hamıya əlçatanlığı təmin edən “açıq reyestr” prinsipi tətbiq edilib.

Qeyd olunub ki, Agentliyin dəstəyi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin köməyilə bu universitetdə Əqli mülkiyyət kafedrası yaradılıb. Bakı Dövlət Universitetinin Əqli mülkiyyət hüququ kafedrasının Agentliyin nəzdində daha əvvəl yaradılmış filialının fəaliyyəti isə əqli mülkiyyət sahəsində hüquqşünas mütəxəssislərin hazırlanmasında əhəmiyyətli rol oynayır. Tələbələr üçün mühazirə və məşğələlər Agentlikdə müasir avadanlıqlarla təchiz edilmiş SMART tipli auditoriyalarda keçilir.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva vurğulayıb ki, əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini bir yenilikdir. Bu termini Bakı Dövlət Universitetində fəaliyyət göstərən dəyərli alimlərimiz tələbələr, gənc hüquqşünaslar arasında geniş yaymalıdırlar.

Səbinə Əliyeva vurğulayıb ki, Ermənistan ölkəmizə qarşı bir çox müharibə cinayətləri törədib. Həmçinin əsrlər boyu milli-mədəni irsimizi, rəqs nümunələrimizi, kulinariya incilərimizi mənimsəməyə çalışıb. Professor Kamran İmanovun erməni yalanlarının ifşa edilməsi ilə bağlı yazdığı kitablar və həmin nəşrlərin xarici dillərdə olan nümunələri qiymətli mənbələrdir.

Sonra Milli Məclisin Regional məsələlər komitəsinin iclasında komitə sədri Siyavuş Novruzov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə və başqaları çıxış edərək əqli mülkiyyət sahəsində Agentliyin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndiriblər.

Dəyirmi masada Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun “İnnovasiya və yaradıcılıq naminə müəllifliyin dəstəklənməsi” mövzusunda məruzəsi dinlənilib.

Məruzəçi qeyd edib ki, müəlliflik hüququnun qorunması insan şəxsiyyətinin ləyaqəti konsepsiyasına əsaslanaraq ötürülə bilməz və onun qorunmasını yalnız yaradıcılar - müəlliflər tələb edə bilər: “Korporativ hüquq sahiblərinin müəlliflərin maraqlarını təmsil etməli olduğuna inanmaq düzgün deyil, əksinə səhv olardı.

İnsanın müəllifliyini qoruma hüququ sadəcə olaraq müəllif hüquqlarının qorunmasının sinonimi və ya istinadı deyil, müəllif hüquqlarının qiymətləndirildiyi əlaqəli anlayışdır.

Bir insan hüququ kimi müəllifliyin qorunması hazırda əksər ölkələrin müəlliflik hüququ qanunlarında nəzərdə tutulduğundan bəzi hallarda daha çox, bəzi hallarda isə daha az tələb edir və beləliklə, müəllif hüququ qanunu müəllifliyin qorunmasının yalnız bir elementidir.

Yaradıcıların rəqəmsal mühitdə mənəvi və maddi maraqları ifadə azadlığı və mədəni həyatda iştirak hüquqlarına potensial olaraq qeyri-mütənasib şəkildə təsir etmədən onları qorumaq üçün ən yaxşı yolların tapılması istiqamətində müzakirələrin aparılmasını tələb edir.

“Müəlliflik” kateqoriyasının və nəticə etibarilə “müəllifliyin qoruma hüququnun təhlili “sosium” və “mədəniyyət” mühitlərinin qarşılıqlı təsiri nəticəsində formalaşan mədəni müxtəliflik məkanında aparılacaq ümumi hal üçün məqsədəuyğundur. Hər iki aspekt vahid bütövlüyün komponentlərini təmsil edir və xüsusi hallarda - müəllif hüququ müstəvisinin ayrı-ayrı subyektlərinin davranışının təsviri hesabına formalaşır”.

Professor Kamran İmanov diqqətə çatdırıb ki, müəlliflər “müəlliflik” kateqoriyasının daşıyıcıları kimi sosiumun tərkibinə daxildir və onlar mədəniyyət səviyyəsində mədəni müxtəlifliyi formalaşdırmaqdadırlar: “Mədəni müxtəliflikdə həm sosiumun təşəbbüsü ilə, həm də mədəniyyətdən qaynaqlanan, qarşılıqlı əlaqəsi onlar arasında baş verən dəyişikliklərlə, keçid prosesinin dayanmasını və sistemin pozulmadığı istənilən tarazlığın əldə olunmasını tələb edir. Mədəniyyətin özünü tənzimləməsi ilə belə bir tarazlığa nail oluna bilər, lakin bu prosesi multikulturallığı təmin edən tədbirlər vasitəsilə sürətləndirən dövlət müdaxiləsi ilə də mümkündür”.

Daha sonra dəyirmi masa müzakirələrlə davam edib.

Qeyd edək ki, bu il Beynəlxalq Əqli Mülkiyyət Günü bütün dünyada “Əqli mülkiyyət və Dayanıqlı İnkişaf Məqsədləri: Ümumi gələcək naminə innovasiya və yaradıcılıq” devizi altında keçirilir.







VİDEO

Alman deputat Şvabe istədiyi qərarı verdirə bilirsə, onda bu qurumun bir adı var - oyuncaq AŞPA... - VİDEO

Paşinyanın Tavuş camaatı ilə görüşündən inanılmaz xəbərlər yayılıb... - VİDEO

İlham Əliyevdən Paris, Afina və Dehliyə sərt xəbərdarlıq - “sizi gözləməyəcəyik”... - VİDEO

Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırıldı

Asiya İnkişaf Bankı Azərbaycanla bağlı digərlərini də hərəkətə gətirə bilər...

Beynəlxalq münasibətlərdə ilk fakt - "müharibə yolu ilə sülh”…

SON XƏBƏRLƏR

07.05.2024 | 00:05
Atəşkəs razılaşmasına baxmayaraq İsrail Rəfaha hücuma başladı...

06.05.2024 | 23:57
HƏMAS-ın qəbul etdiyi Qəzzada atəşkəs təklifinin pərdəarxası açılır – İsrail zolağı tərk edəcək...

06.05.2024 | 23:50
HƏMAS Qətər və Misirin Qəzzada atəşkəs təkliflərini qəbul etdi

06.05.2024 | 22:38
Ceyhun Bayramov ATƏT-in sədri ilə Ermənistanla normallaşma prosesini müzakirə etdi

06.05.2024 | 22:13
Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

06.05.2024 | 20:57
Putin Türkiyəyə səfər edəcək -köməkçisi açıqladı

06.05.2024 | 20:55
"Freedom House"un Ermənistanda gördüklərinə Avroittifaq və AŞPA göz yumur...

06.05.2024 | 20:39
Ermənistanda kilsə liderliyi uğrunda ölüm-dirim savaşı başladı...

06.05.2024 | 20:25
Makron Ukrayna mövzusunda bütün NATO-nu qıcıqlandırır... Məqsədi elə bumu?..

06.05.2024 | 20:11
Yeni müttəfiqlər axtarışı Ermənistana gözlədiyindən də baha başa gələcək...

06.05.2024 | 19:56
Avroittifaq Zəngəzur dəhlizinə görə hərəkətə keçdi - Azərbaycanın vəziyyəti dəyişir...

06.05.2024 | 19:43
Türkiyənin qərarı Azərbaycanda quş əti bazarına necə təsir edəcək?..

06.05.2024 | 19:28
Kilsə Paşinyana son zərbə üçün 9 may tarixini seçdi...

06.05.2024 | 19:14
İngilis kəşfiyyatı Ukraynada rusların itkisi barədə dəhşətli rəqəm açıqladı - yaxın 2 ayda isə...

06.05.2024 | 19:00
DİN əməliyyat keçirdi - “qara bazar”da dəyəri 6.5 milyon manat olan narkotik ələ keçirildi

06.05.2024 | 18:48
COP29 ərəfəsində dünya üçün iqlim dəyişikliyinin fəsadları güclənir...

06.05.2024 | 18:34
İda dağında macəralar: tarix, mədəniyyət və təbiət qarışığı

06.05.2024 | 18:33
ABŞ səfiri Füzulidə... - FOTO

06.05.2024 | 18:29
Azərbaycanın konqresmen Kuellara 600 min dollar rüşvət məsələsini ermənilər düz-qoş edib...

06.05.2024 | 18:21
Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

06.05.2024 | 18:15
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırıldı

06.05.2024 | 18:11
COP29 beynəlxalq inteqrasiya praktikasına bu yenilikləri gətirəcək…

06.05.2024 | 18:03
Azərbaycanda istedadlı gənc nəsil yetişdirən müəllimənin sorağı qardaş ölkənin mətbuatında…

06.05.2024 | 17:57
Ermənistandan İsmayıl Axundova cavab verdilər - 777 itkin erməni hardan çıxdı?..

06.05.2024 | 17:53
Almatı görüşündə Bakı və İrəvan arasında öhdəliklərin yazılı təsdiq olunacağı gözlənilir...

06.05.2024 | 17:44
Asiya İnkişaf Bankı Azərbaycanla bağlı digərlərini də hərəkətə gətirə bilər...

06.05.2024 | 17:35
Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçildi

06.05.2024 | 17:30
Şimali Kipr Avropa Birliyini ittiham etdi - 20 il əvvəlki qərar niyə icra olunmur?..

06.05.2024 | 17:17
İsa Qəmbər Müsavata yenidən qayıtdı, Strateji Düşüncə Mərkəzi necə olacaq... - MÜSAHİBƏ

06.05.2024 | 17:04
Rusiya XİN hələ də Ermənistanın "KTMT öhdəliklərindən" danışır...

06.05.2024 | 16:51
COP29-a ev sahibliyi: qazancımız və məsuliyyətimiz nədir?

06.05.2024 | 16:47
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTO

06.05.2024 | 16:36
Azərbaycan xalçalarının xaricdəki bazarı - ilk milli xalça festivalına nə ilə gedirik...

06.05.2024 | 16:30
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib

06.05.2024 | 16:27
Əsrin, cəmiyyətin ən dəhşətli bəlası

06.05.2024 | 16:22
Almatıda Bayramov-Mirzoyan görüşünün gündəliyi açıqlandı...

06.05.2024 | 16:07
ABŞ səfiri: "Şuşada olmaqdan xoşbəxtəm" - VİDEO

06.05.2024 | 15:52
Almaniya Moskvadakı səfirini geri çağırdı...

06.05.2024 | 15:35
Yasamalda taksi sürücülərinə dələduzluq edən və motosiklet oğurlayan şəxslər saxlandı

06.05.2024 | 15:18
Qubadlıda da sümük qalıqları aşkar edildi

06.05.2024 | 15:09
Türk dövlətləri dünya iqtisadi məkanında

06.05.2024 | 15:05
Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasında...

06.05.2024 | 14:55
EURAS-ın prezidenti BANM-də master-klas keçib

06.05.2024 | 14:54
Rusiya Ukraynaya qoşun göndərmək istəyən Qərbə göz dağı verməyə hazırlaşır

06.05.2024 | 14:31
ABŞ səfiri ilk dəfə Şuşada... - FOTO

06.05.2024 | 14:18
Suqovuşanda insana məxsus olması ehtimal edilən sümük fraqmentləri aşkarlandı

06.05.2024 | 13:59
Ceyhun Bayramovun Mirzoyanla görüş tarixi açıqlandı

06.05.2024 | 13:35
“Makarov” satmaq istəyən şəxs saxlanıldı

06.05.2024 | 13:21
Paşinyan Putinin andiçməsində iştirak etməyəcək - Simonyan təsdiqlədi...

06.05.2024 | 13:08
Dövlət Gömrük Komitəsinin sədrinə müşavir təyin edildi

06.05.2024 | 12:53
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO

06.05.2024 | 12:50
Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında saziş təsdiq edildi

06.05.2024 | 12:40
Azərbaycan və Albaniya arasında viza rejiminin ləğvi təsdiqləndi

06.05.2024 | 12:22
İnzibаti Хətаlаr Məcəlləsində edilən dəyişikliklər təsdiqlənib

06.05.2024 | 12:00
Bu ölkə prezidenti Rusiyaya gəlir - hərbi paradda iştirak etmək üçün

06.05.2024 | 11:48
Erməni istehkamçı Qazaxın Xeyrimli kəndində minaya düşdü

06.05.2024 | 11:36
Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - FOTO

06.05.2024 | 11:30
Dünya birjalarında neft bahalaşdı

06.05.2024 | 11:30
Gəmilərdə atom saatı quraşdırılacaq - ABŞ-dan qərar

06.05.2024 | 11:20
İstanbul boğazı gəmilərin hərəkəti üçün bağlandı - Türkiyədən QƏRAR

06.05.2024 | 11:04
Bu gün Azərbaycan çempionatında XXXIII tura yekun vurulacaq

06.05.2024 | 11:00
"Putin uğur qazansa Ukraynada dayanmayacaq" - ABŞ Konqresindən AÇIQLAMA

06.05.2024 | 10:42
188 098 nəfər vətəndaş qəbul edilib

06.05.2024 | 10:35
TƏCİLİ: Ukrayna Belqorod vilayətinə hücum edib - 6 ölü, 35 yaralı var

06.05.2024 | 10:30
Avtomobildə narkotik daşıyanlar yaxalanıb - DİN açıqladı

06.05.2024 | 10:10
Müştəriləri aldadan aviaşirkət 100 milyon dollar cərimələndi

06.05.2024 | 10:04
Rusiyada baş verən yanğında 3 nəfər həyatını itirib

06.05.2024 | 10:00
İsrail ordusu Rəfahda əməliyyata başladı

06.05.2024 | 09:55
AYB-nin “Natəvan” klubunda mətbuat konfransı keçiriləcək…

06.05.2024 | 09:26
Bu günə olan valyuta məzənnələri açıqlandı - dollar və avro neçəyə satılır?

06.05.2024 | 09:20
Rusiya keçmiş erməni naziri axtarışa verdi

06.05.2024 | 09:12
Bu iki türk ölkəsinin sərhədində zəlzələ baş verib

06.05.2024 | 09:11
"Roma" və "Yuventus" heç-heçəyə razılaşıblar

06.05.2024 | 09:09
Almaniyada 3 gündür baş verən yanğın davam edir

05.05.2024 | 23:10
ABŞ-dan ŞOK ADDIM: İsrailə sursat tədarükü dayandırıldı

05.05.2024 | 23:06
"Liverpul"dan darmadağın!

05.05.2024 | 15:36
ABŞ-dan Səudiyyəyə İsrail şərti - normallaşma olmasa müdafiə paktı da olmayacaq

05.05.2024 | 14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO

05.05.2024 | 13:49
Rusiya hücumu genişləndirməyə hazırlaşır - Zelenski müttəfiqlərinə xəbərdarlıq etdi

05.05.2024 | 12:55
İtaliyalı nazir Makronu Ukraynada münaqişəni ağırlaşdırmaqda ittiham etdi

XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031