HƏMAS Qətər və Misirin Qəzzada atəşkəs təkliflərini qəbul etdi
HƏMAS Qətər və Misirin İsrailin Qəzza zolağında atəşkəs razılaşması ilə bağlı təkliflərini təsdiqlədiyini bildirib.
Bununla bağlı HƏMAS-ın internet saytında yer alan açıqlamada bildirilir ki, təşkilatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Qətər və Misirə Qəzza zolağında atəşkəs razılaşması ilə bağlı təkliflərini qəbul etdiyini çatdırıb.
Açıqlamada təklif və təkliflərin məzmunu ilə bağlı məlumat paylaşılmayıb.
İsrail Dövlət Televiziyası KAN-a danışan bir İsrail rəsmisi HƏMAS-ın təklifləri qəbul etməsinin təfərrüatlarını gözlədiklərini və onların cavabını araşdıracaqlarını deyib.
TAHİR