Atəşkəs razılaşmasına baxmayaraq İsrail Rəfaha hücuma başladı...
Qəzza zolağında HƏMAS-ın atəşkəs təkliflərini qəbul etməsinə baxmayaraq, əməliyyatlar dayanmır.
HƏMAS-ın qərarını açıqlamasından bir neçə saat sonra Qəzza zolağındakı hücumlardan qaçan 1,4 milyon mülki fələstinlinin son sığınacağı olan Rəfaha qarşı quru əməliyyatına başlayıb. Fələstin mediası hətta İsrail ordusunun Rəfaha daxil olduğunu yazıb.
Qeyd edilir ki, İsrail İsrail ordusu Qəzza zolağında Rəfah şəhərinin şərqinə hava zərbələri də endirib.
İsrail Ordusunun sözçüsü Daniel Hagari bildirib ki, ölkənin cənubundakı Rəfah şəhərində 50-dən çox yerə hava zərbələri endiriblər. Sözçü hücum edilən yerlərin HƏMAS-a aid olduğunu iddia edib.
İsrail Baş Nazirliyi də əməliyyatların davam edəcəyini bəyan edib. "HƏMAS-a hərbi təzyiqlər etmək üçün Rəfahdakı əməliyyatı davam edəcək" – deyə İsrail Baş Nazirliyindən bildirilib.
TAHİR