KÖHNƏ VERSİYA            

Türk dövlətləri dünya iqtisadi məkanında

Image

Hazırda dünyanın bütün ölkələrində “qlobal siyasət” və “qlobal iqtisadiyyat” terminləri ən çox işlədilən ifadələrdir. Bu, heç də təsadüfi deyil. Keçən əsrin ortalarından başlayaraq getdikcə sürətlənən qloballaşma prosesləri siyasi-iqtisadi proseslərdə bir çox yeni trendlər yaratmaqla bərabər, həm də bu ifadələri beynəlxalq leksikaya gətirib. Bu gün istər milli dövlətlər səviyyəsində, istərsə də beynəlxalq səviyyədə hər hansı bir təhlil bu ifadələrsiz mümkün görünmür. 

Keçən əsrin ilk 90 ili ərzində “türk dövləti”, “türk iqtisadiyyatı”, “türk məhsulu” dedikdə bu ifadələr həmin dövrdə dünyanın siyasi xəritəsində yeganə müstəqil türk dövləti olan Türkiyə Cümhuriyyəti ilə asossiasiya olunurdu. Son 30 ildə isə daha 5 müstəqil türk dövləti (Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızstan və Türkmənistan) dünyanın siyasi – iqtisadi və mədəni həyatında öz rolunu oynamağa başlayıb. Sovet İttifaqının süqutundan keçən ilk 30 il yeni müstəqillik qazanmış türk dövlətləri üçün, əsasən, müstəqilliyin möhkəmləndirilməsi dövrü olub və hər bir türk dövləti bu istiqamətdə mühüm uğurlar əldə edib. Bu uğurların əldə olunması isə birbaşa iqtisadi dirçəlişlə, müasir iqtisadi modellərin tətbiqi ilə və nəhayət, qlobal iqtisadi-maliyyə sisteminə hansı şəkildə və hansı resurslarla inteqrasiya olunmaqla şərtlənib.   

Bu gün türk dövlətlərinin qlobal iqtisadiyyatda rolundan danışarkən hər bir türk dövlətinin ayrılıqda hansı resurslara malik olması ilkin şərtdir. Bu prizmadan baxdıqda hər bir türk dövlətinin dünya iqtisadiyyatına təklif etmək üçün kifayət qədər təbii resurslara malik olduğunu görə bilərik.

Türkiyə dünyanın siyasi xəritəsində müstəsna geostrateji əhəmiyyətə malik olan ölkələrindən biri və bəlkə də birincisidir. Dünyanın ən zəngin geotermal enerji qaynaqlarının olduğu 5 ölkədən biridir. Əsasən, daş kömür və duz yataqlarına və az miqdarda da neft və təbii qaz ehtiyatlarına malikdir. Ölkənin ümumi iqtisadi maliyyə arsenalında bank xidmətləri, turizm, ağır metallurgiya, neft-kimya, dağ-mədən sənayesi və yüngül sənaye üstünlük təşkil edir. ÜDM-da sənaye sektorunun və xidmətlərin ümumi payı 65 faizdir. Turizm cəlbediciliyinə görə, dünyanın ilk 10 ölkəsindən biridir. Türkiyə iqtisadi gücünə görə dünyada 19-cu ölkədir və ÜDM 1,1 trilyondan çoxdur. 1995-ci ildən etibarən Avropa İttifaqı ilə Gömrük Sazişinə qoşulub və əsas ticarət tərəfdaşı Avropadır. 

Azərbaycan da təbii sərvətlərinə görə, dünyanın zəngin ölkələrindən biridir. Respublika ərazisinin 2/3 hissəsi neft və qaz yataqları ilə zəngindir. Rəsmi təsdiq olunmuş ümumi neft ehtiyatları 8 milyard barel, qaz ehtiyatları isə 2,2 trilyon kubmetrdən çoxdur. Qızıl, dəmir, alüminium, gümüş, xromit, mis və digər faydalı qazıntı yataqlarına malikdir.  

Müstəqilliyin ilk illərində işğala məruz qalması səbəbindən 1995-ci ilə qədər ölkə iqtisadiyyatında tənəzzül davam edib. 1994-cü ildə “Əsrin müqaviləsi” adını almış neft-qaz yataqlarının istismarı ilə bağlı imzalanmış müqavilə Azərbaycanın bu gün də davam etdirilən neft strategiyasının əsasını qoyub.  1995-ci ildən başlayaraq makro-iqtisadi sabitlik əldə olunub və ölkə davamlı inkişaf dövrünə qədəm qoyub. Müstəqillik illərində Bakı–Supsa, Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum boru kəmərlərinin tikilməsi Azərbaycanın enerji ixracının şaxələndirilməsinə geniş imkanlar yaradıb. 2016-cı ildə uzunluğu 3500 kilometr  olacaq Cənub Qaz Dəhlizi layihəsinə start verilib. 

Bu layihə çərçivəsində Cənub Qafqaz Boru Kəmərlərinin (CQBK) genişləndirilməsi, Türkiyə ərazisindən keçən Trans Anadolu Boru Kəməri və Yunanıstandan keçərək İtaliyaya qədər uzanan Trans–Adriatik Boru Kəmərinin tikintisi nəzərdə tutulurdu. 2016-2020-ci illər ərzində tikinti işləri başa çatdırılb və "Cənub Qaz Dəhlizi" (CQD) tam şəkildə istifadəyə verilib. Layihənin məqsədi “Şahdəniz” qaz-kondensat yatağından çıxarılacaq təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri vasitəsilə ilkin olaraq Türkiyəyə və daha sonra Cənubi Avropaya ixracını təmin etməkdir. 

Hazırda təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə Avropaya çatdırılır. 2022-ci ildə  Avropa İttifaqı ilə “yaşıl enerji”nin istehsalı və ötürülməsi haqqında  Anlaşma Memorandumu imzalanıb və bərpaolunan enerji istehsalı sahəsində də Azərbaycan iri həcmli və beynəlxalq əhəmiyyətli layihələr həyata keçirmək əzmindədir. 

Azərbaycanın həyata keçirdiyi neft-qaz siyasəti ölkəni Avropa İttifaqı üçün alternativ enerji mənbəyinə və ən etibarlı enerji təminatçısına çevirib. Davamlı iqtisadi inkişafa nail olmaq üçün hazırda ölkədə qeyri-neft sektorunun inkişafını təmin etmək və bu sahəyə xarici sərmayə qoyuluşunu artırmaq məqsədilə çoxsaylı dövlət layihələri həyata keçirilir. Son 20 ildə ölkəyə 200 milyarddan artıq xarici sərmayə qoyulub.  Keçən ilin nəticələrinə görə ölkədə ÜDM istehsalı 123 milrd manatdan çox olub ki, onun da 40 faizdən çoxu sənayenin payına düşür. 

Qazaxıstan ərazisi də təbii sərvətlərlə zəngin olan türk ölkəsidir. Əsas təbii sərvətləri neft, qaz, daş kömür, mis və dəmir filizidir. Eyni zamanda Qazaxıstanda zəngin alüminium, qurğuşun, sink, gümüş, nikel, qızıl və digər nadir metal yataqları var.  Qazaxıstan uran və sink ehtiyatlarına görə dünyada 2-ci yeri tutur. Neft və qaz ehtiyatlarının həcminə görə Qazaxıstan dünyanın 11-ci ölkəsidir. Dünya neft ehtiyatlarının 3,2 faizi Qazaxıstanda yerləşir. İqtisadi potensialəına görə Qazaxıstan türk dünyasında Türkiyədən sonra gələn 2-ci dövlətdir. 2011-ci ildə ÜDM həcmi 200 milyard dollara çatmışdı. Düzdür, hazırda bir az geriləmə var və 2020-ci ilin statistikasına görə, Qazaxıstanda ÜDM həcmi 163 milyard olmuşdu. Qlobal rəqabətə davamlılığına görə Qazaxıstan ilk 50 ölkə arasında yer alır. Ümumdünya Ticarət Təşkilatının üzvüdür və bu ona dünya iqtisadi-maliyyə sisteminə uğurlu şəkildə inteqrasiya etmək üçün geniş imkanlar qazandırır. 

Özbəkistan da təbii sərvətlərlə zəngin bir türk ölkəsidir. Asiyanın ən böyük qızıl mədəni məhz Özbəkistanda yerləşir. Qızıl yataqlarının həcminə görə Özbəkistan dünyada 4-cü, gümüş ehtiyatlarına görə isə 10-cu ən böyük ölkədir. Zəngin təbii qaz ehtiyatlarına, sink, uran, və kömür yataqlarına malikdir. Dövlət 2030-cu ilədək ÜDM həcmini 160 milyard dollara çatdırmaq niyyətindədir. Son bir neçə ilədək  birbaşa xarici investisiyaların həcmi digər post-sovet ölkələrinə və türk dövlətlərinə nisbətən aşağı səviyyədə idi. Lakin son illər Özbəkistanda xarici investisiya yatırımlarının sürətli artımı müşahidə olunur.  

Qırğız Respublikasında əlvan metallar – mis, molibden, dəmir filizi, qızıl, civə, qurğuşun yataqları, dağ arası çökəkliklərdə isə neft və kömür ehtiyatları var. Kumtor qızıl yataqları dünyanın ən zəngin qızıl yataqlarından biridir. Qızıl və civə ölkənin əsas ixracat məhsullarıdır. ÜDM əhəmiyyətli hissəsini kənd təsərrüfatı və turizm təşkil edir. Ölkənin hidroenerji potensialı böyükdür və iri həcmli sərmayələrin yatırılmasına ciddi ehtiyac var.     

Türkmənistan təbii qaz və neft yataqları ilə zəngindir. İndiyədək ölkə ərazisində 144 neft və qaz yatağı aşkar olunub, lakin onlardan yalnız 40-ı istismar olunur. Türkmənistan neft və qaz ehtiyatlarının ümumi həcminə görə dünyada 4-cü yeri tutur. ÜDM formalaşdıran əsas sahələr sənaye, kənd təsərrüfatı və xidmət sektorlarıdır. Enerji ixracının şaxələndirilməsi istiqamətində mühüm addımlar atılıb. Çinin təbii qazla təminatını həyat keçirmək üçün boru xəttinin inşası, Türkmənistan – Əfqanıstan – Pakistan – Hindistan boru xəttinin çəkilməsi və eləcə də enerji resurslarının Azərbaycan vasitəsilə Avropaya nəql edilməsi Türkmənistanın enerji siyasətinin tərkib hissəsidir. 

Bu günkü qloballaşma şəraitində sadalan təbii qaynaqlardan səmərəli istifadə etmək, ayrı-ayrı güc mərkəzlərinin təsiri altına düşmədən öz təbii sərvətlərini xalqının rifahının yüksəldilməsinə sərf etmək üçün  türk dövlətləri siyasi iqtisad məfhumundan çıxış etməlidir. Bütün iqtisadi potensialdan, iqtisadiyyatın bu və ya digər sahəsində malik olduqları üstünlüklərdən ölkələrin gələcəyinə hesablanmış praqmatik siyasətlə istifadə etməlidirlər. Dünyada yaranan yeni reallıqlar şəraitində türk dövlətləri üçün məqbul hesab oluna biləcək yeganə iqtisadi siyasət ilk növbədə iqtisadi münasibətlər səviyyəsində maksimum inteqrasiyadan ibarət olmalıdır. Bu ilk növbədə türk dövlətləri arasında nəqliyyat marşrutlarının genişləndirilməsi, ticarət əlaqələrinin və qarşılıqlı sərmayə yatırımlarının sürətlə artırılması ilə mümkündür. Belə bir inteqrasiya  istiqamətində aparılan siyasət nəticə etibarilə türk geopolitik regionunda vahid iqtisadi bazarın formalaşmasına gətirib çıxara bilər.  

Bütün türk ölkələrinin vahid iqtisadi bazara inteqrasiya etməsini şərtləndirən bir sıra amillər var. Tarix, mədəniyyət, dil və din birliyimizlə yanaşı qeyd edə biləcəyimiz ən mühüm amillərdən biri də Orta Dəhliz layihəsidir. Orta dəhliz konsepsiyası ən səmərəli tranzit nəqliyyat marşrutları ilə Şərqlə Qərbi bir-birinə bağlayan qlobal əhəmiyyətli layihədir. Bu layihə 2018-ci ildə yaradılmış Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin daha geniş konsepsiyasıdır.  Rusiyanın Ukraynaya təcavüzü fonunda onun üzərinə qoyulmuş sanksiyalar Şərqlə Qərb arasında dayanıqlı logistikanın təşkili üçün Orta Dəhliz layihəsini ən optimal varianta çevirir.  

Çinlə Avropa məkanı arasında nəqliyyat şaxələndirilməsini özündə ehtiva edən Orta Dəhliz türk dövlətlərinin ərazisindən keçməklə onların dünyanın ən dinamik iqtisadi-ticari münasibətlər şəbəkəsinə inteqrasiya olunması üçün həyati əhəmiyyət kəsb edir. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələrindən keçməklə Xəzər dənizinə və daha sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçməklə Qərbi Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və ən optimal marşrutdur. Qlobal miqyasda Orta Dəhlizə marağın artmasında, heç şübhəsiz ki, Azərbaycan son 20 ildə həyata keçirdiki geniş həcmli infrastruktur layihələri ilə  müstəsna rol oynayır. Bu layihənin uğurlu şəkildə həyata keçirilməsi türk dövlətlərinin iqtisadi inkişafına və bir-biri ilə artan əlaqələrinin dinamikasına əhəmiyyətli dərəcədə təsir göstərəcək. Qlobal məqsədlərə xidmət edən Orta Dəhliz həm də türk dövlətləri arasında ticari-iqtisadi münasibələrin daha da intensivləşməsinə və müvafiq siyasətin həyata keçirələcəyi halda türk geopolitik regionunu əhatə edən vahid iqtisadi zonanın təşəkkül tapmasına gətirib çıxaracaq. Vahid iqtisadi bazarın formalaşması isə öz növbəsində türk dövlətlərini vahid siyasi platforma ətrafında birləşdirməyə xidmət edəcək.  Beynəlxalq siyasət meydanında vahid siyasi platformadan çıxış edən  türk dövlətlərinin isə Avrasiya miqyasında vahid güc mərkəzinə çevrilmək imkanı böyükdür.

Cavansir FEYZİYEV,
Milli Məclisin deputatı, fəlsəfə doktoru
 








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 17:01
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlayır? - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031