Rusiyada baş verən yanğında 3 nəfər həyatını itirib
Penza vilayətinin Naskaftım kəndində fərdi yaşayış evi yanıb, üç nəfər ölüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb. “Mayın 6-da saat 00:16-da Penza rayonu, Şemışeyski rayonu, Naskaftım kəndi ünvanında yanğın baş verib, 40 kv.m sahədə yanğın baş verib”, – məlumatda diqqətə çatdırılıb.
Rusiyanın Fövqəladə Hallar Nazirliyi 54 və 56 yaşlı iki kişi və 58 yaşlı qadının öldüyünü açıqlayıb. İlkin ehtimala görə, yanğına səbəb siqaret çəkərkən alovla ehtiyatsız davranma olub.
Mətləb