Rusiya keçmiş erməni naziri axtarışa verdi
Rusiyanın Daxili İşlər Nazirliyi Ukraynanın sabiq daxili işlər naziri Arsen Avakov və keçmiş informasiya siyasəti naziri Yuri Stetsi axtarışa verib. Bu barədə DİN-in verilənlər bazasından bəlli olub. “Avakov Arsen Borisoviç. Cinayət Məcəlləsinin maddəsi üzrə axtarışdadır”, – qurumun bazasında diqqətə çatdırılsa da, maddə aydınlaşdırılmayıb. Axtarışa verilmiş Stetsin də hansı maddə ilə bazaya daxil edildiyi açıqlanmayıb.
Qeyd edək ki, Avakov 1964-cü ildə Bakıda anadan olub. Erməniəsilli siyasətçi 2014-cü ildən 2021-ci ilədək Ukraynanın Daxili İşlər Nazirliyinə rəhbərlik edib. 48 yaşlı Yuri Stets isə beş il – 2014-cü ildən 2019-cu ilədək informasiya siyasəti vəzifəsini tutub.
Mətləb Salahov