Gəmilərdə atom saatı quraşdırılacaq - ABŞ-dan qərar
ABŞ-nin “Vİctor İncorporation” şirkəti gəmilərdə atom saatlarının quraşdırılacağını bildirib. Atom saatları yüksək dəqiqliyi ilə seçilir. Şirkət artıq bu saatları Atlantik okeanında üzən gəmilərdə sınaqdan keçirib.
Şirkətin açıqlamasında bildirilir ki, atom saatlarını dəqiq sinxronlaşdırmaq mümkündür.
Dəqiq vaxt naviqasiya, peyk rabitəsi və internet təchizatı üçün vacibdir. Gəmilərdə quraşdırılan atom saatları vaxtın dünya səviyyəsində yüksək dəqiqliklə sinxronlaşdırılmasına imkan verəcək.
Mətləb