Rusiya Ukraynaya qoşun göndərmək istəyən Qərbə göz dağı verməyə hazırlaşır
Qeyri-strateji nüvə silahı ilə keçiriləcək təlimlər Qərbin Ukraynaya qoşun göndərməyə hazır olması bəyanatları ilə bağlıdır.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O qeyd edib ki, söhbət Fransa Prezidenti Makronun, Böyük Britaniya və ABŞ nümayəndələrinin bəyanatlarından gedir. Onlar Ukraynaya hərbi kontingent göndərmək niyyətlərini ifadə ediblər. “Yəni,
NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyirlər”, -deyə Peskov bildirib.
Onun sözlərinə görə, bu, gərginliyin artırılmasının yeni mərhələsidir və indiyədək görünməmiş xüsusi diqqət və əlahiddə tədbirlər tələb edir”.
ZÜMRÜD