Bu iki türk ölkəsinin sərhədində zəlzələ baş verib
Qazaxıstan – Qırğızıstan sərhədində 5,7 maqnitudalı zəlzələ olub. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Müşahidələr və Tədqiqatlar üzrə Milli Elmi Mərkəzi bildirib.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla 09:12-də (Bakı vaxtı ilə 08:12-də) qeydə alınıb. Zəlzələnin episentri Almatı şəhərindən 194 km cənub-şərqdə yerləşib. Təbiət hadisəsinin ocağı 10 km dərinlikdə olub. Tələfat və dağıntı barədə məlumat verilməyib.
Mətləb Salahov