ABŞ-dan ŞOK ADDIM: İsrailə sursat tədarükü dayandırıldı
ABŞ münaqişə başlayandan bəri ilk dəfədir ki, İsrailə sursat tədarükünü dayandırıb. Bu barədə Amerikanın “Axios” nəşri iki İsrail rəsmisinə istinadən məlumat yayıb. “İsrail rəsmiləri bildiriblər ki, ötən həftə İsrailə sursat tədarükü dayandırılıb”, - materialda deyilir.
Bu, İsrail hökuməti daxilində ciddi narahatlığa səbəb olub. Nəşr bildirir ki, Ağ Ev vəziyyəti şərh etməkdən imtina edib.
Mətləb