ABŞ-dan Səudiyyəyə İsrail şərti - normallaşma olmasa müdafiə paktı da olmayacaq
İsrailin Körfəz ölkələri ilə münasibətləri Qəzza zolağında hücumlara görə, heç də yaxşıya doğru getmir. Təl-Əvivin ən böyük dəstəkçisi ABŞ isə bu vəziyyəti dəyişmək üçün əlindəki bütün kartlardan istifadə edir.
ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan İngiltərənin “Financial Times” qəzetinə müsahibəsində Körfəz ölkəsi Səudiyyə Ərəbistanına “İsrail” mesajı verib. Sallivan bildirib ki, Səudiyyə Ərəbistanı ilə İsrail arasında normallaşma razılaşması olmasa, Vaşinqton Ər-Riyadla müdafiə paktı razılaşmasını qəbul etməyəcək.
“Bütün perspektivdən baxsaq, ABŞ və Səudiyyə Ərəbistanı arasında ikitərəfli güzəştin şərti İsrail və Səudiyyə Ərəbistanı arasında normallaşma və Fələstin xalqı adından mənalı addımlar atmaqdır. Bunların hamısı bir arada olmalıdır. Bir parçanı digərindən ayıra bilməzsən” - Sullivan deyib.
TAHİR