HƏMAS-ın qəbul etdiyi Qəzzada atəşkəs təklifinin pərdəarxası açılır – İsrail zolağı tərk edəcək...
HƏMAS İsrailin Rəfah hücum planından sonra açıqlama verib və atəşkəs təkliflərini qəbul etdiyini açıqlayıb.
Atəşkəsin pərdəarxası mərhələləri də üzə çıxıb. Qətər və Misir vasitəçilərinin irəli sürdüyü təklif hər biri 42 gün davam edəcək üç həll mərhələsini əhatə edir.
Məsələni yaxından izləyən mənbə “Əl-Cəzirə”yə, atəşkəsin İsrailin Qəzza zolağını şimal və cənuba bölən Netzarim dəhlizindən çıxması ilə başlayacağını bildirib. Mənbə qeyd edib ki, ikinci mərhələ İsrailin hücumlarını həmişəlik dayandırması və İsrail qüvvələrinin Qəzzadan tamamilə çıxarılmasını, üçüncü mərhələ isə Qəzza zolağının blokadasına son qoymasını əhatə edir.
TAHİR