"Putin uğur qazansa Ukraynada dayanmayacaq" - ABŞ Konqresindən AÇIQLAMA
ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Ceffris Kiyevin məğlub olacağı təqdirdə, ABŞ-nin Ukraynaya qoşun yeritməli olacağını istisna etməyib. Bu barədə konqresmen CBS telekanalına müsahibəsində deyib. “Ukraynanın süquta uğramasına imkan verə bilmərik, çünki bu baş verərsə, Amerikanın münaqişəyə təkcə pulumuzun köməyi ilə deyil, həm də qoşunlarımızla qarışmalı olacağı ehtimalı böyük olacaq”, – o qeyd edib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Sovet İttifaqını bərpa etmək istəyir. Rusiyanın Gürcüstan və Ukraynanın ərazilərinə soxulmasına diqqət çəkən konqresmen Putinin dayanmayacağını vurğulayıb: "Bu cür ardıcıl aqressiya qarşısında Vladimir Putinə Ukraynada uğur qazanmağa imkan versək, onun yalnız Ukraynada dayanacağına inanmalıyıqmı? Təbii ki, yox”.
Mətləb Salahov