Almaniya Moskvadakı səfirini geri çağırdı...
Almaniya məsləhətləşmələr üçün Moskvadakı səfirini geri çağırır. Bu barədə Rusiya mediası Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadla xəbər yayıb.
Almaniyanın Moskvadakı səfiri Aleksander Lambsdorf Almaniya Sosial-Demokrat Partiyasının (SDPG) resurslarına kiberhücumla bağlı Rusiyanın ünvanına səsləndirilən ittihamlardan sonra məsləhətləşmələr üçün geri çağırılır.
Almaniyanın xarici siyasət idarəsindən bildirilib ki, səfir bir həftə sonra Moskvaya qayıdacaq.
ZÜMRÜD