İsrail girovlar məsələsində Türkiyədən dəstək istədi...
İki gün əvvəl prezident Ərdoğanın Almaniyaya səfər çərçivəsində kansler Şoltsun gözü qarşısında verdiyi bəyanatlardan sonra haqlı olaraq belə rəylər yarandı ki, Türkiyə- İsrail münasibətləri daha da kərginləşə bilər.Ərdoğan" 7 oktyabrda HƏMAS vurdu deyənlər bundan sonra körpələrin, qadın və yaşlı sivillərin kütləvi qətliamından niyə danışmır" demişdi və " Tariximizdə Xolokost kimi utancverici fakt yoxdur" ifadələri ilə əslində Almaniyanın özünü də vurmuşdu. Gözlənilirdi ki, İsrail də sərt ritorikaya keçəcək.Lakin.....
İsrail girovların azad edilməsi məsələsində Türkiyəyə kömək üçün müraciət etdi .Ekspertlər bununla İsrailin Türkiyə ilə münasibətləri bir qədər yumşaltmaq istədiyini diqqətə çatdırır və həm də qəbul edirlər ki, İsrail Qəzza üzərində Türkiyənin böyük nüfuza malik olduğunu qəbul edir...
Namiq Quliyev