KÖHNƏ VERSİYA            

"Xankəndinin “Zəfər meydanı”nda qalanan Novruz tonqalı tarixi ədalətin bərpasının təsdiqidir" - Vüqar Rəhimzadə

Image

Artıq dördüncü ildir ki, bayramları, əlamətdar günləri fərqli ovqatda, böyük ruh yüksəkliyi ilə qeyd edirik. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz 30 ildə hər bayram günlərində dilədiyimiz arzuları reallıqla əvəzlədi. 30 ildə xalqımız bu arzu, amal ilə yaşayırdı ki, torpaqlarımız işğaldan azad edilsin, soydaşlarımız doğma yurd-yuvalarına qayıtsın, bu torpaqlarda yeni həyat başlasın. Bu arzular artıq gerçəklikdir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gündə elə bir qəhrəmanlıq səhifəsi yazdı ki, həmin Zəfər bu gün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını qürurlandırır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin martın 18-də Xankəndi şəhərində Novruz tonqalını alovlandırdıqdan sonra Azərbaycan xalqına bayram təbrikində qeyd etdiyi kimi, bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq. Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaq və bu torpaqlarda həyat qaynayacaq.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, hər bir bayram tədbiri bir hesabat xarakteri daşıyır. Prezident İlham Əliyevin çıxışı 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünün reallıqları barədə aydın təsəvvür yaradır. Tarixi Zəfərimizə gedən yol məlumdur. Azərbaycan işğalın davam etdiyi illərdə münaqişənin sülh yolu ilə həllinə səy göstərdi. Ermənistan isə əksinə qeyri-konstruktiv mövqeyi ilə məsələnin həlli prosesinin 30 il uzanmasına səbəb oldu. Düşmən danışıqlara imitasiya naminə qatılaraq vaxt qazanmağa çalışdı. Azərbaycan bu illər ərzində hər bir sahədə inkişaf etdi, zəngin təcrübəsi ilə diqqətdə oldu. Dövlət başçısı İlham Əliyevin bayram təbrikində qeyd olunduğu kimi, Azərbaycan xalqı iyirmi il ərzində torpaqların azad olunmasına hazırlaşdı. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər getdi. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artdı. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etdi, münaqişənin həlli üçün hüquqi, siyasi zəmin yaradıldı. Ölkəmiz iqtisadi inkişafa nail oldu. İqtisadi müstəqilliyimizin təmin edilməsi ölkəmizin siyasi mövqeyinin möhkəmləndirilməsini şərtləndirdi. Güclü iqtisadiyyat imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır.

YAP Xətai rayon təşkilatının sədri Azərbaycanda son 20 ildə ordu quruculuğu sahəsində görülən işlərdən, əldə edilən uğurlardan bəhs edib. Bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası möhkəmləndi, beynəlxalq standartlara uyğun şəkildə formalaşdı. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşdı. Ordumuz Qələbəyə hazırlandı. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizə qədər Azərbaycan Ordusu hansı gücə, imkanlara malik olduğunu 2016-cı ilin aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında nümayiş etdirdi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizi şərtləndirən əsas amillərdən biri də gənclərin torpaq, Vətən sevgisi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, elə bir gənc nəsil yetişdirildi ki, bu nəsil bizim xalqımız üçün əbədi qürur mənbəyi olacaq. Bu nəsl bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirdi. Gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda yetişdirildi. Məhz gənc nəslin misilsiz qəhrəmanlığı sayəsində şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanı döyüş meydanında alındı. Ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etdik.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri 44 günlük İkinci Qarabağ müharibəsində Ermənistana tarixdə unuda bilməyəcəyi dərsi versə də düşmən bundan nəticə çıxarmadı. Tarixi Zəfərimizdən ötən üç ilin reallıqlarına diqqət yetirsək görərik ki, işğalçı dövlət 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmədi, qanunsuz silahlı birləşmələri ərazilərimizdən çıxarmadı, hərbi təxribatları ilə diqqətdə oldu. Bu vəziyyət lokal antiterror tədbirlərinin həyata keçirilməsini qaçılmaz etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq. Bir günlük antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa olundu. Dövlət başçısı İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Cari ilin mühüm hadisələrindən bəhs edərkən yeni dövrün başlanğıcı olan 7 fevral prezident sekiləri xüsusi qeyd edilir. Fevralın 7-də Prezident İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs verməsi qürurverici hadisələrimiz sırasındadır.

YAP Xətai rayon təşkilatının sədri Qələbəmizin növbəti rəmzindən bəhs edib. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərinin əsas meydanında Novruz tonqalını alovlandırarkən bu meydanı “Zəfər meydanı” adlandırdı. Dövlət başçısı İlham Əliyevin bu meydanda Novruz tonqalını alovlandırması, Azərbaycan xalqını Xankəndidən təbrik etməsi Ermənistana və ona havadarlıq edən dövlətlərə növbəti mesaj oldu. Bir daha bütün dünyaya bəyan edildi ki, bu torpaqların əsil sahibi bizik. Prezident İlham Əliyev təbrikində bu mühüm məqama da diqqəti yönəltdi ki, bu ilin 26 fevral tarixində Xocalı şəhərində xocalılılarla birlikdə Xocalı Memorial Kompleksinin təməli qoyuldu. Xankəndidəki qanunsuz inşa edilmiş şeytan yuvası – dırnaqarası parlament binası və onun yanındakı terror təşkilatının binası həmin tarixdə sökülməyə başladı və yerlə-yeksan edildi. Separatçıların izi-tozu da qalmadı.

Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyev artıq dörd ildir Novruz tonqalını işğaldan azad edilmiş ərazilərimizdə alovlandırır. 2021-ci ildə bu sevinci Qarabağın tacı Şuşa, 2022-ci ildə Suqovuşan, ötən il Talış kəndi yaşadı. Müzəffər Ali Baş Komandan bu məkanlardan Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırıb. Xankəndi şəhərindən Azərbaycan xalqına Novruz təbriki də mühüm çağırışlarla, mesajlarla zəngin oldu. Dövlət başçısı bəyan etdi: “Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.”







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Mədəniyyət Nazirliyi Yasamalda bu fakta görə niyə cinayət işi başlatmadı?..

AŞPA-da Azərbaycanın 10 düşmənindən biri Jurnalistləri Müdafiə Komitəsi imiş...

21 yaşlılara silah hüququ tanımaq kimlərinsə "silah biznesinə" dəstəkdən başqa bir şey deyil...

SON XƏBƏRLƏR

25.01.2025 | 22:36
Türkiyə Suriyada son və risqli hərbi əməliyyatın ərəfəsindədir - Allah saxlasın....

25.01.2025 | 22:00
Əsəd devrildi, sövdələşmə bitdi - Rusiya Suriyanın Tartus limanından geri çəkilir...

25.01.2025 | 20:03
Dünyanın ən iri beynəlxalq depozitar institutu xəbərdarlıq etdi - Rusiya aktivlərinə həbs qoyulsa...

25.01.2025 | 17:35
Rusiya XİN Ukraynada müharibənin 100 günə bitəcəyinə inamı itirir...

25.01.2025 | 17:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Davosda CGTN telekanalına müsahibəsindən görüntülər paylaşılıb - VİDEO

25.01.2025 | 16:59
12 milyard dollar - Qərb sanksiyalarına qarşı Putinlə Paşinyan gizli işbirliyi içindədir...

25.01.2025 | 16:05
Trampın Bakı-İrəvan sülh prosesinə təsir göstərmək imkanları var - bir şərtlə...

25.01.2025 | 14:41
Ermənilər eyforiyada - "Tramp Vardanyanı Bakı məhkəməsindən xilas edəcək"...

25.01.2025 | 13:50
Yaşar Güler Hikmət Mirzəyevi qəbul etdi...

25.01.2025 | 13:17
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən 3 nəfər saxlandı

25.01.2025 | 12:51
Azərbaycanda ev qiymətinə telefon nömrələri satışa çıxarıldı

25.01.2025 | 12:30
İran səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı

25.01.2025 | 11:43
Şəmkirdə dəhşətli qəza - 5 nəfər öldü...

25.01.2025 | 11:00
Meksika Trampa meydan oxudu - ABŞ təyyarəsinin enişinə icazə verilmədi!

25.01.2025 | 10:30
"Səbail" "Kəpəz"ə, "Sabah" "Sumqayıt"a qarşı

25.01.2025 | 10:20
Ağsuda silahlı narkokuryerlər saxlanılıb

25.01.2025 | 10:11
Prezident İlham Əliyevin Davosda çinli jurnalistlə səmimi söhbəti - VİDEO

25.01.2025 | 10:06
6 minə qədər taksi sürücüsü imtahandan uğurla keçib

25.01.2025 | 10:00
Türkiyədə daha 2 aktyor dindirilmək üçün məhkəməyə çağırıldı

25.01.2025 | 09:52
ABŞ bütün xarici yardımları dayandırdı - Dövlət Departamentindən QƏRAR

25.01.2025 | 09:33
Çinin hibrid və elektrik maşınlarında ağır problemlər üzə çıxır...

25.01.2025 | 09:30
Pentaqonun yeni rəhbəri açıqlandı - içki aludəçiliyində və qadınlara qarşı zorakılıqda ittiham olunurdu...

25.01.2025 | 09:20
Zaqatala sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb

25.01.2025 | 08:44
Rusiyaya 1.2 dollara pomidor satıb 3 dollara geri alırıq...

25.01.2025 | 00:39
“Trampın 2020-ci ildəki qələbəsi “oğurlanmasaydı” Ukraynada böhran baş verməzdi” - Putin

24.01.2025 | 23:16
Şahbaz Şərif Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşdü

24.01.2025 | 22:40
VULKAN EVLƏNMƏK İSTƏYƏNDƏ DELFİNLƏRİ ELÇİ GÖNDƏRİR?

24.01.2025 | 21:18
Makron Əlcəzairdən üzr istəmək əvəzinə bu ölkənin vətəndaşlarını həbs etdirir...

24.01.2025 | 21:02
Rusiya 800 min əsgər itirib - Tramp şok rəqəm açıqladı...

24.01.2025 | 20:47
Silahın haraya göndərilməsi də dövlət sirri sayılacaq - pərdəarxası incə mətləb...

24.01.2025 | 20:33
Delimitasiyanın ən mürəkkəb mərhələsi başlanır - Ermənistan gərginliyi toqquşmaya çevirə bilər...

24.01.2025 | 20:18
Tramp İranla münasibətləri bir nəfərə tapşırdı - Tehran Zəngəzur dəhlizinin açılmasına razılıq verə bilər...

24.01.2025 | 20:04
Cinayətkarlıqla mübarizə üzrə Koordinasiya Şurasının rəhbəri dəyişdirildi...

24.01.2025 | 19:51
Avropanın qaz dilemması dərinləşir, ABŞ sıxır - Azərbaycan güclənir...

24.01.2025 | 19:39
Həyatına dəyər verən adam bu dietoloqun qrupuna qoşulmaz...

24.01.2025 | 19:25
Ermənistan bu il KTMT-dən rəsmi çıxacaq...

24.01.2025 | 19:12
İqtisadi tərəqqidə sahibkarların yeri və rolu artır...

24.01.2025 | 18:58
Ermənistanın eyni anda Aİ və Aİİ-yə üzvlüyü Mirzoyanla Lavrovu üz-üzə qoydu...

24.01.2025 | 18:45
Bakıda mühakimə edilən Vardanyanın vəkili bu yalanlarla onu daha ağır duruma salır...

24.01.2025 | 18:31
Mədəniyyət Nazirliyi Yasamalda bu fakta görə niyə cinayət işi başlatmadı?..

24.01.2025 | 18:17
Paşinyan Davosda etiraf etdi - Azərbaycan regional gücdür...

24.01.2025 | 18:04
Rusiya və İran sanksiyalarına görə Ermənistanın iqtisadi vəziyyəti ağırlaşacaq...

24.01.2025 | 17:50
Trampın yeni sülh formulu... OPEK-i neft qiymətlərini aşağı salmağa çağırdı – Ukraynada müharibə dərhal bitəcək...

24.01.2025 | 17:44
“Putin Trampla danışıqlara hazırdır, siqnal gözləyirik" - Kreml

24.01.2025 | 17:37
Azərbaycan alimlərinin elmmetrik bazası tələblərə cavab vermir... - MÜSAHİBƏ

24.01.2025 | 17:24
İrəvandan Moskvaya qarşı daha bir gediş - rus sərhədçiləri ABŞ-ın köməyi ilə Ermənistandan çıxarılacaq...

24.01.2025 | 17:17
AŞPA-da Azərbaycanın 10 düşmənindən biri Jurnalistləri Müdafiə Komitəsi imiş...

24.01.2025 | 17:05
Azərbaycanlılara 21 yaşda silah almaq hüququ verildi...

24.01.2025 | 17:02
Xeyirxah əməllər sahibi

24.01.2025 | 16:53
Dövlәt Ehtiyatları Agentliyinin vergidәn yayındığı ortaya çıxdı...

24.01.2025 | 16:45
“Dünya İqtisadi Forumu dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir” - Vüqar Rəhimzadə

24.01.2025 | 16:32
Zəlimxan Yaqubun 75 illik yubileyi qeyd olundu

24.01.2025 | 16:25
Ermənistan KTMT-yə dönmək niyyətində olmadığını bəyan etdi – Moskvaya mesaj...

24.01.2025 | 16:17
"Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılmasında nəzərəçarpan irəliləyiş əldə edilib" - Nazir

24.01.2025 | 16:08
Rusiyadan Trampa çağırış – Baydenin Ukrayna səhvlərini düzəldin...

24.01.2025 | 16:05
QƏDİM TƏBABƏTƏ AİD ƏLYAZMALAR NƏŞR OLUNUR

24.01.2025 | 15:58
Dalğıclar dənizdə batma təhlükəsi ilə üzləşən şəxsi belə xilas etdi - VİDEO

24.01.2025 | 15:43
Dələduzluqda təqsirləndirilən şirkət rəhbəri məhkəmədə qandallandı...

24.01.2025 | 15:40
“Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu - FOTO

24.01.2025 | 15:27
Davos Forumu - imkanlarımızı nümayiş etdirmək üçün qlobal əməkdaşlıq platforması

24.01.2025 | 15:26
Vilayət Eyvazov: "Əldə edilmiş müsbət nəticələr Daxili İşlər Nazirliyinin əməkdaşlarını arxayınlaşdırmır"... - FOTO

24.01.2025 | 15:24
"Ötən il İnterpol vasitəsilə axtarışa verilən 118 şəxsin yeri müəyyən olunub" - DİN

24.01.2025 | 15:10
Qəhrəmanlar unudulmur - FOTO

24.01.2025 | 15:00
Minimum əmək haqqı artdı: fərdi sahibkarlar nə qədər sosial haqqlar ödəyəcəklər? - Deputat açıqladı...

24.01.2025 | 14:47
"Aqroservis"in bölmə direktoru həbs olundu...

24.01.2025 | 14:30
Aktauda təyyarə qəzası ilə bağlı istintaqın ilkin nəticələri gələn həftə açıqlana bilər...

24.01.2025 | 14:21
Zərdabda narkokuryerlik edən şəxs saxlandı

24.01.2025 | 14:00
"Fransa hakimiyyəti Kanak xalqının dinc etirazlarını zorakılıqla yatırdı..." - BTQ

24.01.2025 | 14:00
Təyyarə qəzasında xəsarət alanlardan müalicəsi davam etdirilir, 1 nəfərin vəziyyəti ağır stabildir - BİRGƏ MƏLUMAT

24.01.2025 | 13:44
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edən 2 sürücü saxlandı

24.01.2025 | 13:30
"Qəzaya uğrayan AZAL təyyarəsinin ekipajının danışıqlarından “sızmış” məlumatlar “qara qutular”dakılarla uyğun gəlmir" - Kanat Bozumbayev

24.01.2025 | 13:18
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunlarının komandanı ilə görüşdü

24.01.2025 | 13:10
Трамп поставил ультиматум Путину - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

24.01.2025 | 13:05
Bakıda moped və motosiklet oğurlayan şəxslər saxlandı

24.01.2025 | 12:57
Tramp daha bir müddətə ABŞ prezidenti ola bilər - konstitusiyada dəyişiklik təklif edildi...

24.01.2025 | 12:43
Bu xəstəxanalara göndərişsiz, sığorta ilə müraciət etmək olacaq...

24.01.2025 | 12:42
Bakıda oğurluq edən 2 keçmiş məhkum tutuldu

24.01.2025 | 12:30
Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir - VİDEO

24.01.2025 | 12:14
Qaradağda oğurluq edən şəxslər saxlandı

24.01.2025 | 12:00
Rusiyadan Kiyevə kütləvi PUA hücumu - 3 nəfər həlak olub

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031