Cənubi Afrikadan nümayəndə: "İrqçliyə qalib gəlsək, İslamofobiyaya qalib gələ bilərik"
"İrqçliyə qalib gəlsək, İslamofobiyaya qalib gələ bilərik." Bu barədə Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində "Tolerantlığı, sülhü və insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış" adlı panel müzakirəsində Cənubi Afrikadan nümayəndə, keçmiş səfir "Hamı üçün Dünya" QHT-sinin təsisçisi Ebrahim Rasool deyib.
"İslamofobiya genişlənib, bu yalnız Qərbdə deyil, Şərqdə də müşahidə olunur, müsəlman azlıqları qərəzlə, ayrı-seçkiliklə üzləşir. İrqçliyə qalib gəlsək, İslamofobiyaya qalib gələ bilərik. Biz irqliçik, İslamofobiya qurbanları arasında fərq qoymamalıyıq. Afrika qitəsinin sakinləri, onların üzləşdiyi irqçilik problemlərinə öz problemimiz kimi baxmalıyıq”.
O deyib ki, aparteidin, irqçiliyin, İslamofobiyanın qurbanlarına qarşı eyni münasibət göstərilməli, birgə mübarizə aparılmalıdır. O, Cənubi Afrikadakı müsəlman icmasının mübarizəsi, onların hüquqları ilə bağlı qanunvericiliyə dəyişikliklə bağlı nailiyyətlər barədə danışıb.
Mətləb