ABŞ nümayəndəsi CQD-nin Məşvərət Şurasının toplantısında iştirak etmək üçün Bakıya gəldi
ABŞ Səfirliyi Enerji Resursları Bürosu katibinin köməkçisinin müavini Kimberli Harrinqtonu Bakıda salamlayıb. Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
"Xanım Harrinqton hökumət rəsmiləri ilə görüşlər keçirəcək, habelə ABŞ-ni Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 10-cu Nazirlər Toplantısında təmsil edəcək, COP 29-a ev sahibliyi edən Azərbaycanın vacib rolu barədə müzakirələr aparacaq", - məlumatda deyilir.
ZÜMRÜD