Ermənistan əsir və itkin azərbaycanlılarla bağlı ağ yalanlar yaydı....
Ermənistanın Əsir, itgin və girovlarla bağlı komissiya adı qoyduqları qurum ağ yalanlar yayıb.Düşmən tərəfin məlumatına görə 90- cı illərdə həlak olmuş 140 azərbaycanlının bədən qalıqlarını Azərbaycana təhvil versələr də, guya 90- cı illərdən əsir və itgin hesab etdikləri 993 nəfər erməni barədə Azərbaycan heç bir məlumat vermir
Yalana baxın .993 nəfər erməni Azərbaycanda hansı şəraitdə əsir, itkin və girov götürülmüş sayıla bilər? Azərbaycan Ermənistana və öz ərazisi hesab etdiyi keçmiş Dağlıq Qarabağa nə vaxt hərbi hücum etdi ki?!
Əksinə , Azərbaycanın Əsirlər, itgin və girovlarla bağlı Dövlət Komissiyası 4500 - dən çox azərbaycanlının siyahısını tutsa da ,bu günə qədər Ermənistandan onların taleyi ilə bağlı heç bir məlumat ala bilmir .Bu məsələdə Ermənistan əməkdaşlıqdan açıq yayınır.993 nəfər erməninin 90- cı illərdə guya itgin düşdüyü xəbərini ermənilər hansı fakta əsasən yayırlar? Ancaq azı 4500 azərbaycanlı əsir, itgin və girov düşmüş kimi qəbul olunan azərbaycanlının siyahısı beynəlxalq təşkilatlarda da var.
Nahid Salayev