Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi "KIZILELMA" ilk uçuşuna hazırlaşır...
Cümhuriyyətin 100-cü ildönümündə Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan "Bayraktar KIZILELMA" ilk uçuşunu həyata keçirəcək.
Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bunu Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.
"Kızılelma" ilk gündən ən böyük hədəfimiz olub, bu gün də yüksək hədəfə və ideala doğru addımlayır. "Kızılelma" inkişaf və sınaq fəaliyyətlərini davam etdirdi və bütün sınaqlar uğurla tamamlanıb. "Kızılelma" dünya aviasiya tarixinə iz salan uçuşlar edib ki, bunlardan biri "Bayraktar Akıncı" ilə birgə yaxından qol uçuşu idi. Bu, dünyada ilk dəfə edilib. Cümhuriyyətin 100-cü ildönümünə hədiyyə olaraq "Kızılelma"nın ilk uçuşunu həyata keçirəcəyik", - deyə o bildirib.
Məlumat üçün biildirək ki, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Bayraktar KIZILELMA 100% öz kapitalı ilə 2021-ci ildə istehsal edilib. "Bayraktar Kızılelma"nın 14 dekabr 2022-ci ildə ilk uçuşu, 23 yanvar 2023-cü il tarixində isə ikinci uçuşu uğurla tamamlanıb.
Xatırladaq ki, 25 aprel tarixində Bayraktar KIZILELMA və Pilotsuz Uçuş Aparatı Bayraktar AKINCI sınaq uçuşu zamanı ilk dəfə qol uçuşu həyata keçirib.
Bundan əlavə, 1 may tarixində dünyada ilk dəfə pilotsuz döyüş təyyarəsi KIZILELMA ilə F-16 qol uçuşu həyata keçirib.