ABŞ-dan İran və “Hizbullah”a xəbərdarlıq - İsrailə hücum olsa...
Vaşinqton İrana və “Hizbullah” hərəkatına xəbərdarlıq ünvanlayıb ki, İsrailə hücum edəcəkləri təqdirdə ABŞ cavab verməyə hazır olacaq. Bu barədə “The New York Times” adları açıqlanmayan Amerika rəsmilərinə istinadən məlumat yayıb.
«Rəsmi şəxslər bəyan ediblər ki, ABŞ prezidenti Co Baydenin administrasiyası regional tərəfdaşlar vasitəsilə İrana və “Hizbullah” «siqnallar göndərib ki, İsrailə hücum edəcəkləri təqdirdə ABŞ onlara qarşı hərbi aksiyalara hazır olacaq», - nəşr xəbər verir.