Türkiyədən ABŞ-a açıq mesaj - Blinkeni qarşılamağa yüksək vəzifəli məmur göndərilmədi, üstəlik də…
Qəzzadakı savaşda İsrailin ən böyük dəstəkçisi ABŞ-ın dövlət katibi Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşmək üçün Ankaraya gəlib.
Blinkeni daşıyan təyyarə gecə saatlarında Esenboğa hava limanına enib. Ancaq Türkiyədən heç bir yüksək vəzifəli şəxsin Blinkeni qarşılamağa getməməsi və perronun işıqlarının sönməsi diqqət çəkib.
Türkiyə ilk dəfə olaraq bir amerikalı rəsmini xarici işlər naziri və ya Türkiyənin yüksək vəzifəli rəsmisi olmadan qarşılayır.
Blinkenin qarşılama nümayəndə heyətində yalnız ABŞ-ın Ankaradakı səfiri Ceffri Fleyk, Xarici İşlər Nazirliyinin Amerika üzrə ikitərəfli siyasi məsələlər üzrə baş direktoru səfir Yaprak Balkan və Ankara valisinin müavini Namık Kamal Nazlı olub.
Digər tərəfdən, vətəndaşlar Ankarada Blinkenin Hakan Fidanla görüşəcəyi bölgəyə getmək üçün təyin olunan yolda üzərində HƏMAS-a bağlı “İzzəddin əl-Qəssam Briqadaları”nın sözçüsü Əbu Ubeydənin böyük fotosu olan bayraq asıblar.
TAHİR