ABŞ-dan təhlükəli qərar - Öncə təyyarədaşıyanlar, indi də nüvə sualtı qayığı göndərildi… Aralıq dənizi qaynayır…
ABŞ Mərkəzi Komandanlığı öz donanmasında nüvə sualtı qayıqlarından birini İsrail sahillərinə göndərib. Bu barədə Mərkəzi Komandanlığın sosial media hesabında məlumat verilib. Ohayo sinifli sualtı qayığın bölgədəki Mərkəzi Komandanlığın məsuliyyət zonasına çatdığı bildirilib.
Bölgəyə gedən sualtı qayıq ballistik raketlərlə təchiz olunub və Amerika donanmasının ən böyüyü qayığı kimi tanınır. ABŞ ordusu bundan əvvəl bölgəyə iki təyyarədaşıyan gəmi göndərmişdi.
Bu arada Səudiyyə Ərəbistanı, Qətər və İordaniya İsrail nazirinin Qəzzaya nüvə bombası atılması açıqlamasına sərt reaksiya verib.
Qeyd edək ki, ifrat sağçı İsrail naziri Eliyahu radio proqramında nüvə bombalarından istifadənin Qəzza üçün variantlardan biri olduğunu deyib.
Səudiyyə Ərəbistanından verilən açıqlamada, "İsrail hökumətində bir nazirin blokada altındakı Qəzza zolağına nüvə bombası atılması ilə bağlı ifratçı ifadələrini şiddətlə qınayırıq" deyilir.
TAHİR