KÖHNƏ VERSİYA            

Əli Əhmədovun "yüksək qiymət-keyfiyyət" məntiqinə ekspert rəyləri...

Image

Yüksək qiymət həmişə keyfiyyət göstəricisi ola bilmir

Bu gün Azərbaycan bazarlarında məhsulun keyfiyyətinə nəzarət mexanizmi modeli çox məhdud imkanlara malikdir. Ölkədə keyfiyyətə nəzarət mərkəzləşmiş şəkildə həyata keçirilir. Bir qədər də konkretləşdirsək, on minlərlə istehsal, emal, becərmə, satış, xidmət və s. obyektləri olan bir ölkədə keyfiyyətə yalnız Qida Təhlükəsizliyi Agentliyi birbaşa mərkəzləşdirilmiş nəzarət etməklə cavabdehdir. 

On minlərlə obyektdə keyfiyyətə mərkəzləşdirilmiş qaydada nəzarət etmək fiziki baxımdan mümkün deyil. Hər obyektə bir nəfər təhkim edilsə, bu quruma on minlərlə işçi lazım olacaq. Bu baxımdan Azərbaycanda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna hələ çox dəyişikliklər edilməli, keyfiyyətə nəzarətin kütləvi metodlarından istifadə üçün hüquqi baza yaradılmalıdır.

Birinci vitse-spiker Əli Əhmədov Milli Məclisin iclasında müzakirəyə çıxarılan “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna dəyişiklik olunmasına münasibət bildirərkən deyib: “Təbii ki, bu bazar iqtisadiyyatına zidd deyil. Ucuz mala şübhəli münasibət formalaşıb. Orta qəbul edilmiş qiymətdən aşağı olan malı alan olmur. Hər bir malın hazırlanması, onun texnologiyalara uyğun şəkildə istehsal olunması üçün müəyyən qədər xərclər çəkilməlidir.

Ona görə də hər malın yoxlanması mümkün olmadığından, qiymət amilindən malın keyfiyyətinə nəzarət kimi istifadə edilir. Azərbaycanda bununla bağlı məşhur bir ifadə var: “ucuz ətin şorbası olmur”. Güman edirəm ki, bu qanun layihəsi istehlakçılarının hüquqlarının qorunması məqsədinə xidmət edir”.

Bəli, doğrudan da bazarda keyfiyyətli məhsul orta qəbul edilmiş qiymətlərdən ucuz olmamalıdır, deputatın bu fikri ilə razılaşmamaq olmur. Amma məsələ burasındadır ki, ölkə bazarlarında keyfiyyətsiz məhsullar o qədərdir ki, onların içərisindən hansının keyfiyyətinin yüksək olduğunu müəyyənləşdirmək üçün ixtisaslı mütəxəssisə ehtiyac var. Hər adamın isə ixtisasli mütəxəssislə bazara getmək imkanı yoxdur. Məsələn, satışda 5 manata da kərə yağı var, 22 manata da kərə yağı var. Bu kəskin fərqli hər iki məhsulun kərə yağı olması istər-istəməz şübhə doğurur. Necə olur ki, sahibkarın birinə kərə yağını 5 manata, digərinə isə 22 manata satmaq sərf edir? Bu halda vəziyyət belədir ki, ucuz qiymətə teklif edilən "kərə yağı" əslində marqarin, palma və başqa bu kimi ucuz və keyfiyyətsiz yağlardan hazırlanmış məhsuldur. Sadəcə olaraq, müasir texnologiya, qida rəngləri və dadlandırıcılarının köməyi ilə o, kərə yağı şəklinə salınıb. Əhalinin əksəriyyətinin alıcılıq qabiliyyəti aşağı olduğundan da daha çox ucuz "kərə yağı"ları satılır. Kasıb alıcı elə bilir ki, ucuz yağ almaqla büdcədinə qənaət edir. Lakin bir neçə vaxt bu ucuz və keyfiyyətsiz yağla qidalanan insanlar tezliklə xəstəxanalara müraciət etməli olur ki, müalicə üçün kərə yağı alışından qənaət etdiyi vəsaitdən bir neçə dəfə daha çox xərc çəkir. Bu halda keyfiyyət-qiymət əlaqəsi tam məntiqə uyğun olaraq işləyir.

Hamıya bəllidir ki, ölkə iqtisadiyyatının əsas hissəsi inhisarçiların, rəqibsiz sahibkarların əlindədir. Ona görə də, bir çox hallarda brend yaratmış şurkətlər belə daha çox qazanmaq üçün istehlakçıların onlara olan etibarından sui-istifadə edirlər. Belə ki, sahibkar bir müddət keyfiyyətli istehsal etdiyi məhsulun sonra inqrediyentlərinin keyfiyyətini aşağı salır. Yəni qənaət etmək üçün keyfiyyətsiz xammaldan istifadə etməyə başlayır. Məhsulun rəngini və dadını kimyəvi vasitələrlə bərpa edir və keyfiyyətli məhsul qiymətinə satmağa başlayir. Bu halda qiymət keyfiyyətə nəzarət funksiyasını itirir. Ona görə də müasir mərhələdə qiymətin keyfiyyət göstəricisi olmasını iddia etmək həmişə özünü doğrultmur. Bu səbəbdən də ölkənin qida təhlükəsizliyi sistemini yalnız qiymət-keyfiyyət əlaqəsinə etibar etmək olmaz.

Birinci növbədə ölkə bazarlarında biz yüksək keyfiyyət və optimal qiymət müşahidə etmək istəyiriksə, iqtisadiyyatda inhisarçılığa son qoyulmalı və ya heç olmasa azaldılmalıdır. Çünki iqtisadiyyatda inhisarçılıq azaldıqca rəqabət mühiti qızışır. Rəqiblərin bazarda bir-biri ilə kəskin mübarizə apardığı bir şəraitdə heç bir sahibkar əlavə mənfəət əldə etmək məqsədi ilə istehsal etdiyi məhsulun keyfiyyətini aşağı salmaq barədə fikirləşə bilməz. Rəqabət mühitində sahibkar rəqibi üzərində üstünlüyü ələ almaq üçün daima istehsal etdiyi mal və xidmətlərin keyfiyyətini yüksəltmək, qiymətlərini isə aşağı salmaq istiqamətində axtarışlar edir və bir çox hallarda uğurlu nəticələrə nail olur. Məhz bazar iqtisadiyyatının bütün istiqamətlərdə inkişafının hərəkətverici qüvvəsi bu sxemdir. Bazar iqtisadiyyatının çarxlarını döndərən mühərriki rəqabətdir. Rəqabət bazarda həm keyfiyyəti yüksəldir, həm də optimal-ədalətli qiymətin formalaşmasını təmin edir. Rəqabətli iqtisadiyyatda sahibkar üçün ən çətin iş qiymətləri bahalaşdirmaqdır. Çünki daima rəqib xofu sahibkarın başı üzərində asılmış "domokıl qılıncı" kimi onu izləyir. Hətta əsrlərlə təcrübəsi olan brend istehsalçıları belə daim rəqiblərindən qorunmaq üçün qiymətə və keyfiyyətə özləri nəzarət edir.

O ki qaldı qida təhlükəsizliyi sisteminin qurulmasına, yuxarıda qeyd etdiyimiz kimi, on minlərlə istehsal, emal, xidmət və s. obyektlərində keyfiyyətə mərkəzləşdirilmis qaydada nəzarət etmək mümkün deyil. Azərbaycanda indi tətbiq edilən qida təhlukəsizliyi modeli yalnız vəziyyətin öyrənilməsi, müayinəsi üçün yararlı sayıla bilər. Amma daxili bazarda problemin aradan qaldırılmasına qadir model deyil.

Fikrimizcə, ölkəyə çoxlu sayda müstəqil laboratoriyalar gətrilməlidir. Həmin laboratoriyalara məhsul və xidmətlərin keyfiyyətini müayinə etmək və vətəndaşa nəticə barədə arayış təqdim etmək səlahiyyəti verilməlidir. Bununla yanaşı, vətəndaşın keyfiyyətsiz məhsul və xidmətə görə günahkara yüksək məbləğdə təzminat tələb etmək hüququnu verən hüquqi baza yaradılmalıdır. Yəni vətəndaş rastlaşdığı keyfiyyətsiz mal və ya xidmətin keyfiyyətsizliyini rəsmiləşdirmək və keyfiyyətsiz əmtəəyə görə günahkar olan tərəfdən təzminat tələb etmək imkanına malik olmalıdır. Bu sxem üzrə vətəndaşa bir necə sahibkar yüksək məbləğdə təzminat ödədikdən sonra bütün iqtisadi subyektlər özləri özlərinə nəzarət edəcək ki, əllərindən keyfiyyətsiz mal və ya xidmət çıxmasın, çıxsa onu yüksək məbləğdə təzminat ödəmək gözləyir. Yəni qida və xidmət təhlükəsizliyinin təmin edilməsi işinə bütün cəmiyyəti cəlb etmək, kütləvi ictimai nəzarəti təmin etmək lazımdir. Yalnız bu model vasitəsilə biz ölkə bazarlarında keyfiyyətə tam nəzarət imkanı qazana bilərik.

Akif NƏSİRLİ







VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Paşinyanın yarımçıq saziş təklifi Rusiyada da sərt tənqid edildi - Bu, demaqogiyadır, özünü aldatmaqdır - VİDEO

İsrailin “Dəmir gümbəzi”, Türkiyə və Azərbaycan üçün “Polad gümbəz” - Ərdoğan hədəfi göstərdi...

“Vardanyan Rusiyanın nəyinə lazımdır ki, Azərbaycandan onu tələb etsin?!”...

Bu ailə dəyəri italyanlarda 70 faizdən çox qalıb - biz "0"-a yaxınlaşırıq...

SON XƏBƏRLƏR

31.10.2024 | 21:22
Avropada müsəlmanlara qarşı irqçilik 39-dan 47 faizə yüksəldi...

31.10.2024 | 21:08
Ermənistan üçün "Moldova dərsləri"... Heyf, nəticə çıxarılmır...

31.10.2024 | 21:01
Mənzil qiymətinə qoyunlar satılır - 100 min dollara, adı da "Talisman" - VİDEO

31.10.2024 | 20:54
Qərbin Gürcüstan seçkilərinə qeyri-müəyyən münasibəti davam edir...

31.10.2024 | 20:40
Xətai rayonunu 1.2 milyon manata sökən "RAMCO" QSC nə şirkətdir?

31.10.2024 | 20:37
Azərbaycan XİN-dən İrəvandakı Fransa səfirinə tutarlı cavab...

31.10.2024 | 20:31
Türkiyənin Turizm Mərkəzlərindən olan Ayvalık Mahalının sualtı zənginliyi nümayiş etdirilib

31.10.2024 | 20:24
Azərbaycanın Xəzər donanmasının güclənməsi Rusiyada narahatlıq doğurub...(?)

31.10.2024 | 20:11
Hindistan Ermənistanı yeni müharibəyə hazırlayır - Rusiya ilə bəzi sazişlər ləğv olunur...

31.10.2024 | 19:57
Doğuş üstündə ana ölümləri ilk dəfədir çoxalmağa başlayıb...

31.10.2024 | 19:52
Mehriban Əliyeva və ailə üzvləri Bakıda təmirdən sonra istifadəyə verilən uşaq bağçası-körpələr evində yaradılan şəraitlə tanış olublar - FOTO

31.10.2024 | 19:44
Fransa səfiri Azərbaycana böhtan atdı - "Kəndin torpaqları işğal olunub"...

31.10.2024 | 19:30
Britaniya naziri “Azərbaycanın ali rəhbərliyi” dedi və ünvanı səhv saldı...

31.10.2024 | 19:17
Beynəlxalq münasibətlər sistemində Azərbaycanın rolunun güclənməsində lobbi faktoru...

31.10.2024 | 19:08
Prezident İlham Əliyev İspaniya Hökumətinin Sədrinə başsağlığı verib

31.10.2024 | 19:04
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin səkkizinci iclası keçirildi - FOTO

31.10.2024 | 18:50
Ermənistan Hindistanın “Akaş” raketlərinin ilk alıcılarından oldu...

31.10.2024 | 18:36
Azərbaycanla Rusiyanın İmişli-Parsabad dəmiryol layihəsi – 40 min adam işləyəcək...

31.10.2024 | 18:23
Əli Əhmədovun "yüksək qiymət-keyfiyyət" məntiqinə ekspert rəyləri...

31.10.2024 | 18:10
Erməni diasporu ABŞ prezidentliyinə hər 2 namizədə qarşı şantaja başladı - "ikiniz də məsuliyyət daşıyırsız"...

31.10.2024 | 17:57
Kəndlərimizdə mal-heyvan saxlamırlar? - İdxal inanılmaz dərəcədə artır...

31.10.2024 | 17:44
BRİKS ölkələri “Oyunları” Rusiyada keçirməkdən niyə çəkinir? - Azərbaycan namizəd ola bilərmi?..

31.10.2024 | 17:31
Gürcüstanda konstitusiya böhranı yarana bilər - Zurabişvili 10 gün ərzində qərar verməsə...

31.10.2024 | 17:27
Arif Qeybiyev işığı...

31.10.2024 | 17:24
Lənkəranın bitməyən yararsız yollar və işıq dirəkləri problemi...

31.10.2024 | 17:18
Rusiya naziri Azərbaycanın turizmi ilə bağlı danışdı - maraqlıdır...

31.10.2024 | 17:12
Yasamalda çoxmərtəbəli binada yanğın - 12 nəfər tüstüdən zəhərləndi

31.10.2024 | 17:06
Zelenski Ağ Evi məxfi danışıqları mətbuata sızdırmaqda ittiham etdi - Bunu necə başa düşək?..

31.10.2024 | 17:02
Dövlət Komitəsində kollegiya iclası keçirilib

31.10.2024 | 16:55
Almaniya gəmi ilə İsrailə 150 ton partlayıcı göndərdi - alman vəkillər gəmini dayandırmaq üçün hərəkətə keçdi...

31.10.2024 | 16:42
Paşinyan: "Ermənistan vətəndaşlarının böyük əksəriyyəti dövlət müstəqilliyinin dəqiq tarixini bilmir"

31.10.2024 | 16:40
Zakir Həsənov "Mərakeş Aviaşou 2024" sərgisinin açılışında... - FOTO

31.10.2024 | 16:38
"Bizə Qələbə sevinci yaşadan şəhidlərimizi anmaq, onların adlarını və xatirələrini əbədiləşdirmək bizim borcumuzdur" - Nəzakət Məmmədova

31.10.2024 | 16:34
“44 gün – Tarixi zəfər” adlı kitabın III cildinin təqdimatı Şuşada oldu

31.10.2024 | 16:32
"... Üç min şəhidlə bağlı “44 GÜN – TARİXİ ZƏFƏR” çoxcildliyi tariximizin qan yaddaşıdır"

31.10.2024 | 16:20
Ağadadaş Ağayev məhkəməyə gəlmədi, həbsi tələb edildi...

31.10.2024 | 16:12
"Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqlar prosesində ciddi proqres var" - Ceyhun Bayramov

31.10.2024 | 16:07
MEDİA Agentliyi ilə “Qarabağ” arasında əməkdaşlıq perspektivləri müzakirə olunub - FOTO

31.10.2024 | 15:48
"Kartdan karta" işləyən daha 70 sahibkara maliyyə sanksiyası tətbiq edildi

31.10.2024 | 15:44
Ruanda Prezidenti COP29-da iştirak edəcək

31.10.2024 | 15:30
COP29 zamanı menyular QR kodla təqdim olunacaq, qidalanmada yerli məhsullara üstünlük veriləcək

31.10.2024 | 15:27
“Nar” mobil rabitə təlimlərinə davam edir! - FOTO

31.10.2024 | 15:16
Vuçiç Putinə Ukraynada atəşkəs təklif etdi və bu cavabı aldı - xüsusi hərbi əməliyyat davam edəcək...

31.10.2024 | 15:09
Banqladeş Prezidenti COP29-da iştirak edəcək

31.10.2024 | 14:53
Zelenski ABŞ-dan təsdiqlənmiş hərbi yardımın yalnız 10 faizini aldıqlarını dedi - bu gülməli deyil...

31.10.2024 | 14:33
"COP29 çərçivəsində ölkələrin götürdükləri öhdəliklərin daha da artmasını istəyirik" - BMT rəsmisi

31.10.2024 | 14:29
Rusiyadan Azərbaycana gətirilən biznesmeni Akif Çovdarovla nə bağlayır?..

31.10.2024 | 14:08
“General Hospital” Tibb Mərkəzinin vəzifəli şəxslərinə cinayət işi açıldı...

31.10.2024 | 14:05
Qarabağ Dirçəliş Fondu mina təhlükəsi barədə maarifləndirici tədbir keçirdi

31.10.2024 | 14:00
Paralimpiya çempionu İmaməddin Xəlilovun ustad dərsi keçirilib

31.10.2024 | 13:44
Tramp demokratları mənasız xarici müharibələrdə günahlandırır

31.10.2024 | 13:30
COP29-da restoran və kafelərdə qida ödənişli olacaq

31.10.2024 | 13:16
Bakı Olimpiya Stadionunda 56 yeni kafe və restoran qurulub

31.10.2024 | 13:03
Почему армяшки против России? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

31.10.2024 | 12:45
Beynəlxalq axtarışa verilmiş 5 nəfər ölkəyə gətirildi

31.10.2024 | 12:30
"Yaxın gələcəkdə qalan 1-2 maddə üzrə də razılığa gələcəyik" - Mirzoyan

31.10.2024 | 12:14
Sürücülərə xəbərdarlıq - sabahdan bu zolaqlara girənlər 100 manat cərimələnəcək...

31.10.2024 | 12:00
Bakıda 14 yaşlı məktəbli itkin düşüb

31.10.2024 | 11:48
COP29-da 60-a yaxın bəyanatın veriləcəyi gözlənilir...

31.10.2024 | 11:38
Prezident Ruandanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO/YENİLƏNDİ

31.10.2024 | 11:36
Banqladeşin yeni səfiri Prezident İlham Əliyevin qəbulunda... - FOTO/YENİLƏNDİ

31.10.2024 | 11:20
Sumqayıtda dəmir yolu stansiyası yenilənir

31.10.2024 | 11:20
Prezident İlham Əliyev Konqo səfirinin etimadnaməsini qəbul edib - FOTO/YENİLƏNDİ

31.10.2024 | 11:18
Prezident İlham Əliyev Albaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO/YENİLƏNDİ

31.10.2024 | 11:10
Dünya birjalarında neft bahalaşıb

31.10.2024 | 11:05
Azərbaycan Kubokunda 1/8 finalın son iştirakçıları müəyyənləşəcək

31.10.2024 | 11:03
Ermənistan bir daha isbat etdi ki, o, sülh istəmir - CANLI

31.10.2024 | 11:00
9 ay ərzində 12000-dən çox texnogen mənşəli hadisə baş verib

31.10.2024 | 10:30
Bu ölkədə sənədsiz miqrantlara tibbi yardım göstəriləcək

31.10.2024 | 10:15
Naxçıvanda "Toyota" avtomobili yanıb

31.10.2024 | 10:10
Daha 3 boksçumuz dünya birinciliyində yarımfinala vəsiqə qazanıb

31.10.2024 | 10:06
Neftçalada motosiklet aşıb, sürücü ölüb

31.10.2024 | 10:04
Prezident Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış oldu - FOTO/YENİLƏNDİ

31.10.2024 | 10:00
Prezident İlham Əliyev Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub - FOTO/YENİLƏNDİ

31.10.2024 | 09:30
"Rusiya diktatoru Ukraynadakı müharibədə qalib gələ bilməyəcək" - Pentaqon rəhbəri

31.10.2024 | 09:24
Bankların problemli kreditləri ilə bağlı mübahisəli rəqəmlər - 480, ya 962 milyon?

31.10.2024 | 09:20
Livandan uçan PUA ələ keçirilib - İsraildən AÇIQLAMA

31.10.2024 | 09:10
"Təzminat olmayacaq" - Almaniya Prezidenti Yunanıstanın tələbini rədd etdi

31.10.2024 | 09:05
Futbol tariximiz üçün daha bir biabırçı nəticə - 0:10!

31.10.2024 | 09:00
İstanbulda CHP-çi bələdiyyə sədri həbs edilib

XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031