Bazar ertəsi günü, 7 iyul 2025
     

Arif Qeybiyev işığı...

Image

"Mənim oğlum çempion idi. Mənim oğlum hər işdə çempion idi", - dedi Rəna ana.
 Doğru deyirdi. Kimdən soruşdumsa, "Arif oğul idi" dedi.

O illərdə Astara İdman və Gənclər idarəsinin rəisi olan Əliyev Ərçə ilə söhbətimizdən: 

"Çox vətənpərvər idi. O, 16 dəfə Azərbaycan çempionu, kross üzrə Azərbaycan rekordçusu, dünya və Avropa oyunlarının mükafatçısı, idman ustası Fikrət Qafarovun yetirməsidir. 2015-ci ildə Avropa oyunlarında 2 saniyə fərqlə təsəlliverici yığmaya düşdü. Həm də Olimpiya oyunlarının Astarada baş tutan Məşəlaparma mərasiminin məşəlaparanlarından biri idi. Yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibi idi Arif. Yeniyetmələr, gənclər, həm də böyüklər arasında milli komandanın üzvü idi. Öz üzərində daim çalışan, Vətənə, dövlətə, dövlətçiliyə sadiq olan oğul idi. İdmançı yox, MAXE (Müddətdən artıq xidmət edən hərbi qulluqçu) olmaq istədi".
 Arif İsmayıl oğlu Qeybiyev 6 iyun 1997-ci ildə Astaranın Səncərədi kəndində anadan olub. Orta təhsilini kənd məktəbində alıb. Atletika ilə məşğul olub. Məktəbliykən 2013-cü ildə 3 km-lik məsafəyə qaçış üzrə Azərbaycan çempionu adına və qızıl medala sahiblənir.
 Məktəbi bitirdikdən sonra Astara rayon Pedaqoji Kollecin idman fakültəsinə daxil olub... Aytac Hüseynova Arifin xoşbəxt tələbəlik illərinin dostudur.

"Çox mərd, gülərüz, şən, dürüst idi. Ona görə dostluğumuz tuturdu. Hər oğlanla dostluq etmək olmur. Sirlərimizi də bölüşərdik. Arif çox qızların diqqətini çəkirdi. O isə İranəyə vurulmuşdu, bunu da ilk mənə söylədi. Bu sirri də mən açdım İranəyə. Sevgiləri qarşılıqlıydı. Ailə qurdular. İdmanda da uğurları çox olub".
 Qazandığı uğurlara görə adı ölkə və rayon üzrə ilk üçlükdədir. Atletika üzrə yarışlarda 50-dən çox diplomun 30-dan çoxu birinciliyə görədir. Üçqat Azərbaycan çempionu 2016-cı ildə Həqiqi Hərbi xidmətə çağırılır və ilk xidmət yeri Bakıda Daxili İşlər Nazirliyinin Daxili Qoşunları olsa da, sonrada xidmətini Naxçıvanda Xüsusi Təyinatlıların bölüyündə davam edir. 2018-ci ildə hərbi xidmətini bitirir. Amma rahatlıq tapmır.
 Artıq hərbiçi olmağa qərar vermişdi. Ordu sıralarına qəbul olmaq üçün 3 dəfə sənəd verir, yalnız 4-cü müraciətindən sonra istəyinə çatır. 2018-ci ildə hərbi xidmətə yollanır. Ağcabədidə, 2019-cu ilin avqustundan isə Füzulidə tankçı kimi xidmət edir... Həmişə narahat valideynlərinə, xanımına: "Qorxmayın, tankçıların ölmə ehtimalı azdır", - deyə ürək-dirək verib.
Arifin həyat yoldaşı İranəyə son mesajını oxudum, 27-də səhər 5:42-də yazıb. Mesajında bunları bildirib: "Aşkım, nigaran qalma. Özündən, anamdan, gözəl qızımdan muğayat ol. Sizi sevirəm".
Sonra yenə mesaj yazıb: "Əsas sizsiz. Əsas qızımdan muğayat ol, bir də anamdan. Haqqınızı halal edin. Sizi sevirəm. Yaşasın Azərbaycan! Vətən sağ olsun! Sizi sevirəm".
 Arif eyni mesajı iki dəfə göndərib- səhər 5:47 və 6:02-də. O gecə yatmayıb Arif. Son mesajlarını yazdığınımı hiss edib? Nələr düşünüb? İndi heç kim bilmir...
 İranə nisgilli səslə dedi ki, Arif toyunda gəlin maşınını da bayraqlarla bəzəyibmiş...
 Atası oğlunun şəhidliyindən 12 gün öncə bu dünya ilə vidalaşır. Bəlkə hiss edib ki, oğlu şəhid olacaq... Son dəfə doğma kəndinə, atasının dəfninə gələn Arif: "Mən ancaq şəhid kimi dönəcəm", - deyib. Yaxınları Arifin qızı Gülnurdan və tək qalan anasından nigaran baxışlarını xatırlayırlar.
 27 sentyabr 2020-ci ildə illərdir gözlədiyimiz torpaqların azadlıq savaşı başlayan günə kimi də Arifi qorxmaz, cəsur biri kimi tanıyırdılar. O günə kimi də Arif elin-obanın fəxri idi. Onun barəsində hər kəs ən gözəl sözləri demək istəyirdi.
 Valideynlərinə, sevgisinə, övladına sevgi doluydu.
 Amma bütün bu sevgilərdən ötə bir sevgi də vardı onun üçün - Vətən sevgisi.

Bütün sevdiklərinə: "Sizi sevirəm, amma Vətən bir başqadır", - deyərdi...

Ariflə hərbi xidmətdə olan əsgəri danışır: "Bu itkini sözlə ifadə edə bilmərəm. Elə ürəyi vardı ki... Mən hələ elə ürək sahibinə rast gəlməmişəm. İndi bu gündən baxanda anlayıram ki, həyatımın xoşbəxt günləri onunla keçirdiyim günlər olub. Savaş nələr yaşatdı, nələr öyrətdi. Hələ də inana bilmirəm ki, o şəhid olub. Elə şən idi. Üzündə nur vardı - ürəyinin nuru... Mən əsgər yoldaşlarımın da adından danışıram. Bu günlərdə onun tankını gördük... Elə bildik ki, indi düşüb gələcək, yenə gülümsəyəcək, yenə hamımıza ürək-dirək verəcək... Ancaq bu baş vermədi".
 Əslində əsgərin göz yaşları danışırdı. Ürək ağrıları sözə çevrilirdi.

"Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda", "Cəsur döyüşçü" medalları ilə təltif olunan Arif heç özünə xilaf çıxmadı. Təkcə Vətənə deyil, dostluğuna da sadiq oldu. Yanan tankdan dostunu qurtarmaq üçün canından keçdi.
 Bacısının dediyi kimi, Arif canından keçməyə getmişdi. Şəhid olmaq idi arzusu və arzusuna çatdı.
 Ananın səsini, sözlərini isə nə vaxt unudacağam, unudacağammı? Bilmirəm... Amma səs beynimdə dolaşır: "Mənim oğlum Vətənini hamıdan çox istəyib. Həmişə Azərbaycan Bayrağını ucalara qaldırıb. Neçə dəfə yarışlarda olub, bayrağımızı ucaldıb. Mən oğlumla həmişə fəxr eləmişəm..."
 Hər fəxrin içində göz yaşı var- bilirik. "Ağlama ana", demək olmur. Amma hamının eşitdiyi bir səs deyir ki, ana, Arif hamımızın fəxridir. O, Azərbaycan Bayrağı kimi həmişə ucalarda olacaq. Vətən azadlığı kimi müqəddəs qalacaq.

Arifin ruhu Vətəni işğaldan azad olunduğu üçün rahatdır. İranənin dediyi kimi, valideynlərinə düşkün olan Arif atasının ölümündən sonra anasından daha çox nigaran idi.
 Rəna xanımsa deyir ki, oğlumdan sonra mənə heç nə lazım deyil, bu ev-eşik Arifin idi.  Oğlumun yadigarını - nəvəmi görmək istəyirəm... Onunla nəfəs alıram.
 23 yaşlı tək oğlunu itirən ana üçün nəvənin-oğul yadigarının nə olduğunu övlad sevgisini yaşayanlar bilir. Döyüş yoldaşları bir də bunları dedi: "Bilirsiniz, o cür qədd-qamətli, işıq dolu igid bircə güllənin qurbanı oldu. Adama çox təsir edir. Başqa bir döyüşçümüzün tankı yanırdı. O, bir anda tankından çıxıb, onu xilas etməyə getdi. Tankın lyukunu açmağa çalışdı, vurdular. Bir snayper gülləsi... Elə bil işığımız söndü..."
 Yox, işığımız sönmədi. Əksinə, Arif qaranlıq tariximizə işıq salır. Bir vaxt Olimpiya məşəlini qaldıran Arif indi Qələbə məşəlimizdir. Odu sönməyəcək Qələbə məşəli!
Kamalə Abiyeva




VİDEO

SON XƏBƏRLƏR

07.07.2025 / 23:45
Qazaxıstan öz neftini Azərbaycan üzərindən ixrac edə bilər - Bakı-Supsa kəməri...

07.07.2025 / 23:29
Ermənistan parlamenti Ohanyanın deputat toxunulmazlığını ləğv etdi

07.07.2025 / 22:31
"Nəticə budur - faktlar bir-bir artır..." - Aydın Quliyev yazır

07.07.2025 / 21:29
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

07.07.2025 / 21:18
Rusiyada Azərbaycan diaspor rəhbərlərinin “ovuna çıxıblar”... Faktlar çoxalır...

07.07.2025 / 21:03
Quba-Xaçmaz bölgə sakinləri "fındıq elanlarından" qəzəbləniblər...

07.07.2025 / 20:48
Zəngəzur dəhlizi ABŞ və Rusiyanı üz-üzə qoyub...

07.07.2025 / 20:34
Ermənistan konstitusiyanı dəyişməkdən birdəfəlik imtina etdi, lakin Bakının tələbini icra edəcək...

07.07.2025 / 20:19
Neft bazarında vəziyyət qarışır, Azərbaycan preventiv tədbirlər görməyə məcburdur

07.07.2025 / 20:05
Xəzərdə Özbəkistanın öz “paromları” işləyəcək - Azərbaycanın “70 faiz güzəşt”i böyük iş görür...

07.07.2025 / 19:50
ECO-nun Qarabağ sammiti Əfqanıstandan Rusiyaya “yol açdı”...

07.07.2025 / 19:36
Rusiya Ukraynada kimyəvi silah tətbiq etdi - ağır ittiham, dünya şokda...

07.07.2025 / 19:22
Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

07.07.2025 / 19:10
İrandan Azərbaycana 42 kq narkotik keçirilməsi cəhdinin qarşısı alındı - DTX və DSX-dən birgə əməliyyat...

07.07.2025 / 19:02
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı

07.07.2025 / 18:51
Rusiya Əfqanıstanı “İslam əmirliyi” kimi tanıyan ilk ölkə oldu...

07.07.2025 / 18:37
İranda türk dili problemi - Xankəndi sammiti tarixi mərhələ açdı...

07.07.2025 / 18:23
Kənd yerlərimizdə nikahsız doğulanların sayı sürətlə artır...

07.07.2025 / 18:09
ECO-nun Xankəndi sammiti - regional əməkdaşlıqda yenilik üçün yeni şərtlər var...

07.07.2025 / 17:56
Trampın Putinə ümidləri Ukraynada tam dağıldı...

07.07.2025 / 17:43
Aşuranı İranla eyni gündə və saatda keçirməyə məcburuq?..

07.07.2025 / 17:31
Pezeşkian ona qarşı sui-qəsd planının olduğunu iddia etdi - arxasında ABŞ deyil, onlar dayanırdı...

07.07.2025 / 17:26
Rusiyada daha bir müəmmalı ölüm - Putinin bu gün səhər işdən çıxardığı nazir Starovoyt evində ölü tapıldı...

07.07.2025 / 17:15
Bakıda oğurluq edən 2 şəxs saxlandı

07.07.2025 / 17:08
Rusiya hava limanlarındakı xaos Putini qəzəbləndirdi - 300-ə yaxın uçuşun dayandırılması nazirin başında çatladı…

07.07.2025 / 16:52
Filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək...

07.07.2025 / 16:48
Ersin Tatar Azərbaycan və Şimali Kiprin biznes icmalarını daha fəal əməkdaşlığa çağırdı

07.07.2025 / 16:33
Azərbaycan Avropa İttifaqına boru kəməri ilə ən çox qaz ixrac edən ölkələrin ilk beşliyində...

07.07.2025 / 16:25
Fransa daha bir zərbəni Belçika və Perudan aldı - “Rafale” qırıcılarından imtina etdilər...

07.07.2025 / 16:10
Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb

07.07.2025 / 16:06
Ərdoğan Özgür Özələ qarşı 500 min TL-lik iddia qaldırdı

07.07.2025 / 15:26
Diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin açılışı oldu - FOTO

07.07.2025 / 15:19
BMU məzunu tam təqaüdlə Çin universitetinə qəbul olub

07.07.2025 / 15:10
Sabunçuda soyğunçuluq edənlər saxlandı

07.07.2025 / 14:54
Qanı bahasına torpağı Vətən edən daha bir igidimiz – Murad Bədirov...

07.07.2025 / 14:48
Nəsimidə iki nəfəri hədələyərək soyan şəxs yaxalandı...

07.07.2025 / 14:37
Bölgələrimizdə dağılmaqda olan tarixi hamamlar yada düşmür...

07.07.2025 / 14:30
"Moskva ilə Bakı arasında fikir ayrılıqları konstruktiv şəkildə həll edilməlidir" - Peskov

07.07.2025 / 14:25
Vərəsəliklə bağlı qanunvericiliyə yeniliklər edildi

07.07.2025 / 14:17
Çinlə imzalanmış cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə təsdiq edildi

07.07.2025 / 14:16
Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin edildi - SƏRƏNCAM

07.07.2025 / 14:08
"İşğaldan əvvəl zəng vurub deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir, burada ancaq ermənilər yaşamalıdır" - Kərkicahan sakini

07.07.2025 / 13:50
Paşinyan Qaregini dövlət çevrilişini dəstəkləməkdə və zina etməkdə günahlandırdı

07.07.2025 / 13:45
Telefon manyaklığı PİK HƏDDƏ - oğul ana qatili oldu...

07.07.2025 / 13:22
DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi

07.07.2025 / 13:05
Армения опустилась ниже плинтуса - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.07.2025 / 12:42
Türkiyə ordusunda şəhid sayı 12-yə yüksəldi...

07.07.2025 / 12:30
Tramp BRİKS ölkələrini hədələdi- "heç bir istisna olmayacaq".

07.07.2025 / 12:10
İran mətbuatı ECO -nun 17-ci Zirvə görüşünü geniş işıqlandırıb

07.07.2025 / 12:01
Kərim Vəliyev Səudiyyə Ərəbistanına gedib

07.07.2025 / 11:23
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

07.07.2025 / 11:21
Uşaqlar üçün art-terapiya seansları davam edir

07.07.2025 / 11:13
Ərdoğan xərçəngə tutulan müşavirini xəstəxanada ziyarət edib

07.07.2025 / 11:05
Şübhəli bilinən 52 nəfər saxlanılıb - Polis məlumat yaydı

07.07.2025 / 11:03
Baxın Rusiya münasibətlərin pozulmasını kimin üstünə yıxır - CANLI

07.07.2025 / 11:00
Baş prokuror bu tarixdə vətəndaşları qəbul edəcək

07.07.2025 / 10:41
Azərbaycan və Özbəkistan dünya çempionatını birgə keçirmək istəyirlər

07.07.2025 / 10:32
Əməkdar artist Kiprdə dincəlir

07.07.2025 / 10:23
Bakı Limanına yeni baş direktor təyin edildi - DOSYE

07.07.2025 / 10:19
İngiltərədə ailələrə dəstək - yarım milyon uşaq üçün 500 milyon funt-sterlinqlik!

07.07.2025 / 10:12
"İlham Əliyev ən etibarlı tərəfdaşlarımızdan biridir" - Leonid Slutski

07.07.2025 / 10:06
Bu gün Ursula Fon der Leyenə etimadsızlıq müzakirə olunacaq - korrupsiyaya görə...

07.07.2025 / 10:01
"Əlavə rüsumlar tətbiq edəcəm" - Tramp bu dəfə BRICS ölkələrini hədələdi

07.07.2025 / 09:38
Türkiyədən açıqlama - şəhid hərbçilərin sayı 8-ə çatıb

07.07.2025 / 09:32
İdmançılarımızdan 1 gümüş, 2 bürünc medal

07.07.2025 / 09:28
CHP lideri barədə araşdırma başlanıldı - Ərdoğana təhdid və təhqirə görə..

07.07.2025 / 09:27
Yol qəzası “20 Yanvar” metro stansiyası ətrafında güclü tıxac yaradıb - TƏCİLİ

07.07.2025 / 09:20
Türkiyəli jurnalist azadlığa çıxdı - ölkədən çıxışına qadağa qoyuldu

07.07.2025 / 09:12
Sabirabadda 3 otaqlı ev və tövlə yanıb

07.07.2025 / 09:06
Tramp Mask barədə danışdı - "bu gülünc işdir"

07.07.2025 / 09:01
Hakan Fidan və Abbas Arakçı Braziliyada görüşüblər

07.07.2025 / 00:17
İraqda terrorçuların mağarasına girən 19 türk əsgəri qazdan zəhərləndi, 5-i şəhid oldu

06.07.2025 / 23:40
Cüdoçumuz Avropa Kubokunda gümüş medal qazanıb

06.07.2025 / 22:34
Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevə təşəkkür etdi

06.07.2025 / 21:30
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi - qardaş Türkiyənin yanındayıq...

06.07.2025 / 20:53
İƏT-in 17-ci Zirvə görüşü nəticəsində Xankəndi Kommunikesi qəbul edildi

06.07.2025 / 18:25
Rusiyanın kubalıları iş elanları ilə aldadıb Ukraynaya müharibəyə göndərdiyi ortaya çıxdı – “hər gün çoxlu əsgər itirirlər”

06.07.2025 / 17:32
Rusiya Gümrüyə əlavə hərbi qüvvə yığır - Ermənistanda təhlükəli hərəkətlilik… Moskva nəyə hazırlaşır…

06.07.2025 / 17:09
Azərbaycan ABŞ-a başsağlığı verdi...

06.07.2025 / 15:26
Mask Trampa qarşı yeni partiya qurdu - Amerika Partiyası…

06.07.2025 / 13:36
"Sülh prosesi müstəsna olaraq Azərbaycan və Ermənistanın rəhbərliyi altında həyata keçirilməlidir" - Elçin Əmirbəyov

Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910