Vuçiç Putinə Ukraynada atəşkəs təklif etdi və bu cavabı aldı - xüsusi hərbi əməliyyat davam edəcək...
Rusiya prezidenti Vladimir Putin və Serbiya prezidenti Aleksandr Vuçiç iki illikç fasilədən sonra ilk telefon danışığında Ukraynada atəşkəs rejimini müzakirə ediblər.
Telefon danışığının təfərrüatlarını "Bloomberg"ə açıqlayan Serbiya prezidentinin sözlərinə görə, görüş zamanı o, Putinə Ukraynadakı vəziyyətlə bağlı sual verib və atəşkəs təklifini dilə gətirib, lakin Putin bu məsələyə ümumiyyətlə maraq göstərməyib.
Vuçiç Putinin cavabını da açıqlayıb: “Putinə görə, xüsusi hərbi əməliyyatın bütün məqsədləri yerinə yetiriləcək”.
Vuçiç agentliyə müsahibəsində Putinə zəng etməsini isə belə izah edib: “Alicənab insanlar belə edər, əsl kişilər belə davranar”.
TAHİR