Bazar günü, 20 iyul 2025
     

Xətai rayonunu 1.2 milyon manata sökən "RAMCO" QSC nə şirkətdir?

Image

"RAMCO" QSC Kənd Təsərrüfatı Nazirliyinin tenderlərinin favoritidir

Bakıda daha çox söküntü işlərı ilə məşğul olan şirkət kimi tanınan "RAMCO" QSC heç də yalnız söküntü işləri ilə məşğul olmurmuş. Əslində QSC 24 il əvvəl tikinti şirkəti kimi fəaliyyətə başlayıb. "RAMCO" QSC 2020-ci idə koronavirusla mübarizə fonduna ianə köçürən şirkətlər sırasında da yer alıb. QSC fonda nə az, nə çox, 50 min manat pul köçürüb.

Bakının Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov və Yavər Əliyev küçələrinin ətrafındakı yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsinə 1 milyon 296 min 436,17 manat xərclənəcək.

Dövlət satınalmalarının vahid internet portalının məlumatına görə, 2025-ci ilin sonunadək başa çatdırılması planlaşdırılan tikinti işləri Xətai Rayon İcra Hakimiyyətinin elan etdiyi tenderin qalibi olan "RAMCO" QSC tərəfindən aparılacaq.

Müqavilənin predmeti olan işin dəyəri smeta qiymətindən 438 min manat (25%) az göstərilib. Lakin bu cür qaranlıq hesablara malik şirkətin udduğu tenderlər bununla yekunlaşmır.

Ötən ilin iyul ayında Ağdam rayonu, Sarıcalı yaşayış məntəqəsinin tikintisi məqsədilə I faza üzrə şaquli planlaşdırma və söküntü işlərinin satın alınmasını nəzərdə tutan tenderdə"RAMCO" QSC qalib seçilib. Tenderin nəticənə görə qalib şirkətə 680 612 manat ödənilib.

Bununla yanaşı, "RAMCO" QSC əvvəlki illərdə aşağıdakı tenderlərin qalibi olub.

29.10.2019-cu il tarixdə Maliyyə Nazirliyinin inzibati binasında cari təmir işlərinin aparılmasının satın alınması üzrə tender keçirilib. Tenderdə  "RAMCO" QSC qalib elan edilib və tenderin nəticələrinə görə "RAMCO" QSC-nin hesabına 273 559 manat vəsait köçürülüb.

13.11.2020-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Cəlilabad Bölgə Təcrübə Stansiyasında hasarın çəkilişi və yaşıllıq işlərinin aparılması" işinin satın alınması üzrə tender keçirilib. "RAMCO" QSC qalib elan edilib və tenderin nəticələrinə görə şirkətin hesabına 189 769 manat vəsait köçrülüb.

18.05.2021- ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Əkinçilik ETİ-nin Tərtər Bölgə Təcrübə Stansiyasının xarici elektrik təchizatı" işinin satın alınması üzrə tender keçirilib. "RAMCO" QSC qalib elan edilib və tenderin nəticələrinə görə şirkətin hesabına 24 399 manat vəsait köçürülüb.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Əkinçilik ETİ-nin Cəlilabad Bölgə Təcrübə Stansiyasının xarici elektrik təchizatı" işinin satın alınması üzrə tender keçirilib. Tenderdə "RAMCO" QSC qalib elan edilib və tenderin nəticələrinə görə şirkətin hesabına 27 699 manat vəsait köçürülüb.

30.06.2021-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Əkinçilik ETİ-nin Tərtər Bölgə Təcrübə Stansiyasında təmir və abadlıq işlərinin aparılması" işinin satın alınması üzrə tender keçrilib. Tenderdə "RAMCO" QSC qalib elan edilib və tenderin nəticələrinə görə şirkətin hesabına 179 789 manat vəsait köçürülüb.

23.08.2021-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Salyan rayonu Pambıqkənd kəndinin ərazisində Pambıq emalı sexinə giriş-çıxış yolunun çəkilməsi" işinin satın alınması üzrə tender keçirilib. Tenderdə "RAMCO" QSC qalib elan edilib və tenderin nəticələrinə görə şirkətin hesabına 284 799 manat vəsait köçürülüb.

22.09.2021-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Əkinçilik ETİ-nin Tərtər Bölgə Təcrübə Stansiyasında sahədaxili kommunikasiya xətlərinin çəkilməsi və əlavə tikinti-quraşdırma işlərinin görülməsi" işinin satın alınması üzrə tender keçirilib. Tenderdə "RAMCO" QSC qalib elan edilib və tenderin nəticələrinə görə şirkətin hesabına 225 917 manat vəsait köçürülüb.

10.11.2021-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Salyan rayonu Pambıqkənd kəndinin ərazisində yerləşən Pambıq emalı sexinin xarici elektrik təchizatı" işinin satın alınması üzrə tender keçirilib. Tenderdə "RAMCO" QSC qalib elan edilib və tenderin nəticələrinə görə şirkətin hesabına 39 994 manat vəsait köçürülüb.

Onu da qeyd edək ki, bu ilin iyul ayında "RAMCO" QSC siyasi, sosial və əmək hüquqlarını pozması səbəbindən inzibati xəta üzrə məhkəməyə verilib. Sirkətin əmək müqaviləsi bağlanmadan işçiləri əmək münasibətlərinə cəlb etdiyi aşkarlanıb.

"RAMCO" QSC-nin rəsmi səhfəsində qeyd edilir ki, şirkətin əsası 2010-cu ildə qoyulub. "RAMCO" QSC-nin başlıca məqsədi ölkəmizdə və ölkə hüdudlarından kənarda, sənaye və mülki obyektlərin, müxtəlif təyinatlı yolların, tunellərin, hidrotexniki və meliorasiya qurğularının tikintisinin peşəkarcasına həyata keçirilməsidir. Şirkətin hədəfi idarəetmədə aşkarlıq və hesabatlılıq prinsiplərini rəhbər tutaraq daima təkmilləşmək və tikinti sektorunda respublikamızın öndə gələn şirkətlərindən birinə çevrilməkdir.

Rəsmi səhifədə şirkətin rəhbərliyi barədə heç bir məlumat verilmir. Şirkətin kimə məxsus olması və Kənd Təsərrüfatı Nazirliyinin tender favoritinin olmasının səbəblərini araşdırmaqda davam edirik.

Akif NƏSİRLİ



VİDEO

SON XƏBƏRLƏR

19.07.2025 / 21:37
Prezident: "Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır"

19.07.2025 / 21:28
"Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır" - Prezident

19.07.2025 / 21:16
Azərbaycan Prezidenti: "Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir"

19.07.2025 / 21:15
Azərbaycan Rusiyanı beynəlxalq məhkəməyə verəcək...

19.07.2025 / 21:11
"Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var" - Prezident

19.07.2025 / 21:01
Prezident İlham Əliyev: "Azərbaycan mediasının inkişafı məni çox sevindirir"

19.07.2025 / 20:57
"Biz xarici investorları enerji sektoruna cəlb edirik" - Prezident

19.07.2025 / 20:50
Prezident: "Mən süni intellektdən istifadə etmirəm"

19.07.2025 / 20:39
Prezident İlham Əliyev: "İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik"

19.07.2025 / 20:32
"Azərbaycan və Ermənistana razılığa gəlməkdə kömək etmək səylərinə görə Prezident Trampa minnətdarıq" - Prezident

19.07.2025 / 20:28
Azərbaycan Prezidenti qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb

19.07.2025 / 20:17
Prezident Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirdi

19.07.2025 / 20:10
Prezident İlham Əliyev Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadaladı

19.07.2025 / 19:59
"Cənubi Qafqaz sabit məkan olacaq" - Prezident İlham Əliyev

19.07.2025 / 19:56
Prezident Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqladı

19.07.2025 / 19:49
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda iştirak edib - FOTO

19.07.2025 / 19:41
"Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır" - Prezident

19.07.2025 / 19:23
"Biz indi beynəlxalq səhnədə daha fəalıq" - Prezident

19.07.2025 / 19:15
Prezident: "İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun"

19.07.2025 / 19:12
"Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır" - Prezident

19.07.2025 / 19:10
Bakı ilə İrəvanın arasında Paris özünü bu dəfə belə pərdələyir - "göz yaşları"...

19.07.2025 / 19:03
Azərbaycan Prezidenti: "ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük"

19.07.2025 / 18:40
"Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir" - Prezident

19.07.2025 / 18:35
Ərdoğan Trampın “50 gün” hədəsindən Putini xilas etmək istəyir...

19.07.2025 / 18:28
Prezident İlham Əliyev: "Bizim etibarlı tərəfdaş imicimiz var"

19.07.2025 / 18:20
"Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır" - Prezident

19.07.2025 / 18:06
AB Azərbaycan qazına möhtac... Rəsmi Brüssel isə bizə pislikdən əl çəkmir…

19.07.2025 / 18:01
Prezident: "Zəngəzur dəhlizinin potensialı ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirilir"

19.07.2025 / 17:38
Azərbaycanın MDB İqtisadi Şura iclasından imtinasının ardınca maraqlı bəyanat səsləndi...

19.07.2025 / 17:36
"Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir" - Prezident

19.07.2025 / 17:24
Prezident İlham Əliyev: "Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb"

19.07.2025 / 17:09
Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı keçirilib - FOTO

19.07.2025 / 16:52
Yunus peyğəmbərdən sonra üçüncü Yunus... Yunus Oğuz - 65

19.07.2025 / 16:37
Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

19.07.2025 / 16:10
"Dünya liderləri Prezident İlham Əliyevdən çox şeyləri öyrənə bilər" - Rusiyalı politoloq

19.07.2025 / 15:33
Ermənilər Ağdamda qəbirlərdən protezləri də oğurlayıblar...

19.07.2025 / 14:16
Azərbaycan-Pakistan mövcud strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

19.07.2025 / 12:18
Milli Məclisdən Belçika parlamentinə sərt cavab - regionda yeni gərginlik ocağı yaratmağa çalışırlar...

19.07.2025 / 11:45
Prezident İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqlədi

19.07.2025 / 11:33
Azərbaycanda geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sistemi tətbiq ediləcək - SƏRƏNCAM

19.07.2025 / 10:12
ŞOK - Özbəkistanda İŞİD-ə məxsus terror qruplaşması aşkar edildi!

19.07.2025 / 10:08
İrəvanda keçmiş deputat hakimiyyətin devrilməsinə çağırışa görə həbs edilib

19.07.2025 / 10:01
"Napoli" Vikter Osimhen üçün "Qalatasaray"a "HƏ" dedi

19.07.2025 / 09:53
Milli Məclis Belçika Nümayəndələr Palatasının qətnaməsinə kəskin etirazını bildirib

19.07.2025 / 09:27
Müəllimlər kimi həkimlər də "yazı-pozu" ilə hədsiz yükləniblər...

19.07.2025 / 08:42
Ət 1 manat da bahalaşdı....

18.07.2025 / 23:20
Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecə keçirildi - FOTO

18.07.2025 / 22:32
İctimai Birlik sədri Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 22:18
“65 illik yubileyiniz mübarək olsun, ustad!” - Missiya TV-nin baş redaktorundan Aydın Quliyevə təbrik...

18.07.2025 / 21:51
Prezident İlham Əliyev İraq Prezidentinə başsağlığı verdi

18.07.2025 / 21:50
Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatlar nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

18.07.2025 / 21:35
Ermənistanı elə Avropanın özü vurmağa hazırlaşır - Makron nə ilə fərqlənir?..

18.07.2025 / 21:23
65 İLLİK ÖMÜR YOLUNA DƏYƏR VERƏN İNSANA! - Milli İstiqlalçıların Aydın Quliyevə yubiley təbriki...

18.07.2025 / 21:20
31 tona yaxın qızıl almışıq - yığım, ya emal üçün?

18.07.2025 / 21:06
İmamoğlunun həbsindən sonra Türkiyənin iç siyasətində mümkün təmayüllər - sabitlik qalacaqmı?..

18.07.2025 / 20:53
Bakıdan Parisə sərt sillə - dünya mediası Azərbaycanın möhtəşəm uğuruna heyrandır...

18.07.2025 / 20:39
Avropa İttifaqı yeni SSRİ olmaq istəyir - Cənubi Qafqazda ilk olaraq Gürcüstanı əzəcək...

18.07.2025 / 20:26
Qonşularla müqayisədə iki rəqəm bizi geridə qoyur...

18.07.2025 / 20:14
Çin-Hindistan-Rusiya ittifaqı? - XİN-in yeni strategiyasında ən ağır maneə...

18.07.2025 / 20:00
Azərbaycanın çay ixracı azalır... Niyə?

18.07.2025 / 19:47
Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

18.07.2025 / 19:35
"Erməni kilsəsi İŞİD-dir, molla rejimi ilə bir addımlayır" - təhqirin biri "1 qəpik"…

18.07.2025 / 19:26
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Aydın Quliyevi təbrik etdi

18.07.2025 / 19:22
Suriyada Türkiyə-İsrail müharibəsi hər an başlaya bilər...

18.07.2025 / 19:09
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 19:04
Müəllimlər müəllimi Sabir Qurbanov - FOTO

18.07.2025 / 19:04
BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir

18.07.2025 / 18:50
İsrailin Suriyanı vurması Azərbaycanın siyasətinə bəzi çətinliklər yaradır...

18.07.2025 / 18:46
Bakıda Türkiyə-Azərbaycan Qardaşlıq Forumu keçirildi

18.07.2025 / 18:31
Azərbaycan Türkmənistanın Transxəzər problemini həll edəcək...

18.07.2025 / 18:17
Dünyanın yaradıcı insanlarının bir qrupu “Azərbaycan” Nəşriyyatına toplaşdı - 150 illik işığın əhatəsi... - FOTO

18.07.2025 / 18:03
Ay Paşinyan, Şanxay təşkilatı hara, Avropa Birliyi hara?..

18.07.2025 / 17:49
İrəvanda “Arsax deyən son dilləri də kəsirlər”...

18.07.2025 / 17:36
İrəvan Moskvanı konyakla məst edə bilmədi, ancaq Kreml İrəvanı konyakla vurdu...

18.07.2025 / 17:23
Prezident İlham Əliyev Təzəbinə və Xanyurdu sakinlərinə - Biz burada əbədi yaşayacağıq, daha heç kim bizi bu yerlərdən çıxara bilməz

18.07.2025 / 17:05
"Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir" - Azərbaycan XİN

18.07.2025 / 16:51
Xadimələrə maşınını yudurdan məktəb direktoru işdən çıxarıldı

18.07.2025 / 16:36
Polis Maştağada əməliyyat keçirdi - 881 kq çətənə kolu yetişdirilən istixana aşkarlandı...

18.07.2025 / 15:55
Bakıda 12 min manatlıq oğurluq edən və avtomobil qaçıran şəxslər saxlandı

18.07.2025 / 15:43
Valideyn himayəsindən məhrum uşaqlar üçün yaradıcı və psixoloji inkişaf layihəsi

18.07.2025 / 15:40
Prezident Xocalının Xanyurdu kəndində olub, kəndə köçən bir qrup sakinlə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910