"... Üç min şəhidlə bağlı “44 GÜN – TARİXİ ZƏFƏR” çoxcildliyi tariximizin qan yaddaşıdır"
"Respublika Xatirə Kitabının Vətən müharibəsində həlak olmuş üç min şəhidlə bağlı “44 GÜN – TARİXİ ZƏFƏR” adlı çoxcildliyi də tariximizin qan yaddaşıdır. Məlumat üçün bildirim ki, çoxcildliyin birinci və ikinci cildləri artıq geniş ictimaiyyətə təqdim olunub. Kitabda Vətən müharibəsində həlak olmuş şəxslər barədə ensiklopedik məlumat verilib, digərlərinin də adlarının əbədiləşdirilməsi istiqamətində növbəti cildlər üzərində işlər görülür.
“Heç kim unudulmur, heç nə yaddan çıxmır!” devizi ilə çıxış edən Xatirə kitabı xalqımızın qəhrəman övladlarının şücaətini, döyüş və hünər yollarını əks etdirən yeganə məlumat bazasıdır. Bu kitabın bugünkü və gələcək nəslin daş yaddaşına çevrilməsi özü tarixi bir hadisədir". Bu barədə Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova "44 gün-" Tarixi Zəfər" kitabın III cildinin Şuşa şəhərində təqdimatında bildirib.
İradə SARIYEVA
Şuşa