Zelenski ABŞ-dan təsdiqlənmiş hərbi yardımın yalnız 10 faizini aldıqlarını dedi - bu gülməli deyil...
Ukraynanın NATO və Avropa Birliyinə üzv olmaq cəhdlərini təhlükə olaraq görən Rusiyanın bu ölkəyə qarşı 24 fevral 2022-ci ildə başlatdığı hərbi əməliyyatlar davam etdirir. Rusiyaya qarşı müqavimət göstərən Ukrayna isə Qəbdəki müttəfiqlərindən yetərincə dəstək ala bilmir.
Ukrayna prezidenti Zelenski ölkəsinin bu il ABŞ Konqresinin təsdiq etdiyi hərbi yardımın yalnız 10 faizini ala bildiyini deyib.
Ölkəsinin müharibədə yaşadığı çətinliklərə və qış aylarında yaşanacaq çətinliklərə diqqət çəkən Zelenski, ABŞ-ın ölkəsinə verdiyi hərbi dəstəklə bağlı deyib: "Öz işinizi görürsünüz. Ehtiyatlara. xüsusi bölmələrə, avadanlıqlara güvənirsən, ancaq təsdiqlənmiş hərbi yardım paketinin yalnız 10 faizini alırsan, bu gülməli deyil".
Zelenski ABŞ Konqresinin artıq bunu təsdiqlədiyini və gecikmənin büdcə ilə bağlı olmadığını, bürokratiya, logistika, ideyalar və şübhələr kimi səbəblərdən qaynaqlandığını bildirib.
Verilən hərbi yardımlara toxunan Zelenski deyib ki, verilən hərbi yardım üçün şərtlər irəli sürülür. O, Rusiya-Ukrayna müharibəsinin təkcə meydanda aparılmadığını qeyd edib.
TAHİR