Çərşənbə axşamı günü, 8 iyul 2025
     

Bu ailə dəyəri italyanlarda 70 faizdən çox qalıb - biz "0"-a yaxınlaşırıq...

Image

Azərbaycanda ailə dəyərlərinə gənc nəslin münasibətinin elə də qənaətbəxş olmadığı məlumdur. Təəssüflər olsun ki, bəzi ölkələrlə müqayisədə bizim gənclər ailə dəyərlərindən uzaqlaşmağa, oğul övladlar ailə həyatı qurduqdan sonra valideynləri ilə birgə yaşamamağa meyl göstərirlər. 

Düzdür, bunu hamıya şamil etmək olmaz, amma ata-anası ilə bir evdə yaşamaq istəməyən oğulların sayı az deyil. Bu da məyusedicidir. Bu mövzuya toxunmağımız təsadüfi deyil. Avropa Statistika Komitəsinin apardığı bir araşdırma diqqətimizi çəkdi və bu araşdırmada qarşılaşdığımız faktlar bizə öz cəmiyyətimizə baxmağı təlqin etdi. 

Avropa Statistika Komitəsinin apardığı araşdırmalar, elan etdiyi rəqəmlərə görə, Cənubi Avropa ölkələrində, xüsusilə də İtaliya, İspaniya, Portuqaliya və Yunanıstanda 20-29 yaşında evlənmiş oğlanların 70 faizdən çoxu ata evində qalıb yaşamağa, ata və anasından ayrılmamağa üstünlük verir. Yəni evləndikdən sonra həyat yoldaşı ilə ayrı bir evə köçmək, ata-anasından kənarda yaşamaq istəmirlər. 

Bəli, o ölkələrdə 70 faizdən artıq oğlanlar evləndikdən sonra da ata evində qalmağa, yaşamağa üstünlük verirlər. Amma bizdə, təəssüf ki, bunun əksi özünü göstərir, 21-22 yaşında ailə quran kimi oğlanlar valdeynlərindən "məni ayırın, ayrı ev verin" tələbi irəli sürür və ayrı yaşamağa çalışır, çox vaxt da buna nail olur. Yəni oğlanlar evləndikdən sonra ayrılmağa çalışırlar. Bütövlükdə, gəlin qayınata evinə gəlmir və iki ayağını bir başmağa dirəyib, "biz başqa evdə yaşamalıyıq, lap kirayədə də yaşamağa razıyam, bircə qayınata-qaynanadan uzaq olum" deyir. Bu, cəmiyyətimizə tanış mənzərədir və oğlan evi qız evinə elçi gedən kimi qız valdeynləri "oğlanın ayrı evi var? Qızım ayrı yaşamalıdır" tələbini irəli sürürlər. Amma görürsüzmü, italyanların, portuqalların, ispanların və yunanların 70 faizdən artıq oğlanları evləndikdən sonra da ata ocağını tərk etmir, həyat yoldaşı ilə birgə ata-ana ilə yaşamağa üstünlük verir. Fərqə baxırsız? Əslində, bu  tərsinə olmalıdır. Bizim milli adət-ənənələrimizə görə, oğlan evləndikdən sonra da ata ocağında yaşamalıdır, ayrılma, başqa evə köçmə başqa bir mərhələdə baş verməlidir. Amma təəssüf ki, indi belə deyil. Görsənən odur ki, o ölkələrin oğlanları bizim oğlanlara nisbətən ata ocağına, ailə dəyərlərinə daha çox bağlıdırlar. 

Sosioloqlar təəssüflə bildirirlər ki, bizim cəmiyyətimizdə mövcud olan bu hal ənənələrimizə, ailə dəyərlərimizə ziddir. Onlar hesab edirlər ki, ölkə televiziyalarında təqdim olunan bəzi verilişlər gəncləri ailə dəyərlərindən qoparmağa köklənib. Ekspertlər qeyd edir ki, bu sahədə ciddi maarifçilik işləri aparılmalıdır və gənc nəslə ailə dəyərlərimiz aşılanmalıdır. Qərbi Avropa ölkələrində və bəzi ölkələrdə maarifçilik işlərinin güclü aparıldığını deyən ekspertlər hesab edir ki, harda ailə dəyərləri güclü şəkildə təbliğ olunursa, orda evlənən oğlanlar ata ocağını tərk etmir və ailəsi ilə birgə yaşamağa üstünlük verir. Sosioloqların sözlərinə görə, bizdə də son on-on beş ilə qədər evlənən oğlanlar ata evində yaşayırdı. Amma son zamanlar, xüsusən də qız ailələrinin təsiri və səhv təbliğat nəticəsində ailə dəyərlərimizə bu şəkildə zədə düşüb. 

Lalə Mehralı: "Vəziyyət o həddə çatıb ki..."

Sağlam Cəmiyyət Hərəkatının eksperti Lalə Mehralı "Bakı-Xəbər"ə şərhində "Əslində, ailə böyükləri ilə yaşamaq istəməməyin səbəbi qızlarımızla bağlıdır. Onlar bu barədə gələcək həyat yoldaşlarına təzyiq göstərirlər. Əksər vaxtlarda qızlar evlilikdən sonra yaşamaq istədiyi sərbəstliyi, rahatlığı tək yaşamaqda görür. Evləndiyi şəxsin kimliyi, şəxsiyyəti, mənəviyyatı o qədər də əhəmiyyətli deyil, qazancı, ayrıca evi, maşını olsun yetər. İndi gənc qızlar öz aralarında maşını, fərdi evi olmayan biri ilə sevgili olan, nişanlanan qıza axmaq kimi baxırlar. 

Vəziyyət o həddə çatıb ki, hətta rayonlarda, kəndlərdə belə ömründə Bakıda olmayan, coğrafi cəhətdən paytaxtın ölkənin hansı istiqamətində yerləşdiyini bilməyən qızlar elçisinə Bakıda ev şərti qoyur. Vaxt vardı, qızlar elçi gələnin savadına, ağlına, şəxsiyyətinə dəyər verirdi, mənəviyyatını, insanlığını ölçüb-biçirdi, indi cibinin qalınlığı, maşınının böyüklüyü, Bakıda evinin varlığı əhəmiyyət daşıyır"-deyə bildirdi. 

O hesab edir ki, bizim ailə quran oğlanların ata evində yaşamaq istəməməsi, daha doğrusu, evləndiyi qızın təkidi ilə ailəsindən uzaqlaşması gəlin-qaynana faktoru ilə də əlaqəlidir: "Təbii ki, burda bizdəki milli qayınana-gəlin faktoru da rol oynayır. Bizim formalaşmış qayınana obrazımız necədir? Gəlinə zülm edən, yola getməyən, münaqişə yaşayan... Əslində belə olmasa belə, alt şüurumuza yazılan obraz belədir. Qızlar ona görə çəkinir, qorxur, birlikdə yaşamağın mümkün olmayacağını düşünür. Amma hər ana öz qızına nümunə olsa, öz gəlininə qayınana yox, ana olsa qızlardakı bu qorxu da yox olar".

Fatimə Hacıbəyli: "Bizdə gənc oğlanlar ailə qurduqdan sonra əsasən ayrı yaşamağa üstünlük verirlər, bu da mənfi haldır"

"Vəfa" Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəylinin fikrincə də, bu məsələdə Qərbi Avropa ölkələrindən gerdə qalmağımız təəssüfedicidir. "Çox təəssüf ki, bizdə gənc oğlanlar ailə qurduqdan sonra əsasən ayrı yaşamağa üstünlük verirlər, bu da mənfi haldır. Burada qız ailələrinin, yeni gəlinlərin təsiri aydın özünü göstərir. Düzü, Portuqaliyada, İtaliyada, İspaniyada və Yunanıstanda ailə quran oğlanların 70 faizinin ailəsi ilə birgə yaşaması faktı mənim üçün yenidir. Əslində, biz həmişə düşünürük ki, bizim ailə dəyərlərimiz daha etibarlı şəkildə qorunur. 

Təəssüf ki, bizim ailə dəyərlərimiz indiki səviyyəyə düşüb. Burada qız ailələrinin və bəzi oğlan ailələrinin məsuliyyəti az deyil. Analar qızlarına ərinin ata evində yaşamalı olduğunu təlqin etməlidir. Adət-ənənələrimizin, ailə dəyərlərimizin zədələnməsi yolverilməzdir. Bu məsələdə Qərbi Avropa ölkələrindən geridə qaldığımızdan təəssüflənirəm. Əslində biz xalq olaraq həmişə öz ailə dəyərlərimizin monolitliyi ilə başqa xalqlardan fərqlənmişik, uzun əsrlər nümunə olmuşuq. İstərdim ki, gənc ailələr müstəqil yaşamağa tələsməsinlər, ailə içində bişsinlər, yaşamağı, həyatı öyrənsinlər"-deyə müsahibimiz qeyd etdi. 

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

08.07.2025 / 10:22
Vaqif Poeziya Günləri yenidən poeziya sevərləri bir araya gətirir!

08.07.2025 / 10:17
Kəlbəcərdə “UAZ” aşıb, iki nəfər xəsarət alıb

08.07.2025 / 10:12
Tramp Nobel Sülh Mükafatına namizəd oldu

08.07.2025 / 10:10
Dəmiryolçular İtaliyada tətilə başlayıb

08.07.2025 / 10:04
Biləsuvar sakininin maşınından 2 kiloqram narkotika tapıldı

08.07.2025 / 10:01
"Kilsəni əxlaqsızlardan şəsxən özüm azad edəcəm" - Paşinyandan səs-küylü açıqlama

08.07.2025 / 09:35
Pentaqon təsdiqlədi - Ukraynaya əlavə müdafiə silahları göndəriləcək

08.07.2025 / 09:25
Lənkəranda sürücü yol qəzasında ölüb

08.07.2025 / 09:20
"Mərkəzi Avropa ölkələri bizim etibarlı tərəfdaşlarımızdır" - Hikmət Hacıyev

08.07.2025 / 09:20
Rusiyada işdən çıxarıldıqdan saatlar sonra meyiti tapılan nazirin ölümü ilə bağlı müəmmalar artır...

08.07.2025 / 09:12
Texasdakı daşqın qurbanlarının sayı 100 nəfəri ötüb

08.07.2025 / 09:06
Məşhur qapıçı daha 2 il "Barselona"da

08.07.2025 / 09:00
Tramp 14 ölkəni hədələdi - avqustun 1-dən ticarət tarifləri artırılır...

08.07.2025 / 08:56
ADY qatarları yay qrafikinə keçir- açıqlandı

08.07.2025 / 08:37
Bəzi məktəblərdə attestat qiymətləri üstündə alver qızışır...

07.07.2025 / 23:45
Qazaxıstan öz neftini Azərbaycan üzərindən ixrac edə bilər - Bakı-Supsa kəməri...

07.07.2025 / 23:29
Ermənistan parlamenti Ohanyanın deputat toxunulmazlığını ləğv etdi

07.07.2025 / 22:31
"Nəticə budur - faktlar bir-bir artır..." - Aydın Quliyev yazır

07.07.2025 / 21:29
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

07.07.2025 / 21:18
Rusiyada Azərbaycan diaspor rəhbərlərinin “ovuna çıxıblar”... Faktlar çoxalır...

07.07.2025 / 21:03
Quba-Xaçmaz bölgə sakinləri "fındıq elanlarından" qəzəbləniblər...

07.07.2025 / 20:48
Zəngəzur dəhlizi ABŞ və Rusiyanı üz-üzə qoyub...

07.07.2025 / 20:34
Ermənistan konstitusiyanı dəyişməkdən birdəfəlik imtina etdi, lakin Bakının tələbini icra edəcək...

07.07.2025 / 20:19
Neft bazarında vəziyyət qarışır, Azərbaycan preventiv tədbirlər görməyə məcburdur

07.07.2025 / 20:05
Xəzərdə Özbəkistanın öz “paromları” işləyəcək - Azərbaycanın “70 faiz güzəşt”i böyük iş görür...

07.07.2025 / 19:50
ECO-nun Qarabağ sammiti Əfqanıstandan Rusiyaya “yol açdı”...

07.07.2025 / 19:36
Rusiya Ukraynada kimyəvi silah tətbiq etdi - ağır ittiham, dünya şokda...

07.07.2025 / 19:22
Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

07.07.2025 / 19:10
İrandan Azərbaycana 42 kq narkotik keçirilməsi cəhdinin qarşısı alındı - DTX və DSX-dən birgə əməliyyat...

07.07.2025 / 19:02
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı

07.07.2025 / 18:51
Rusiya Əfqanıstanı “İslam əmirliyi” kimi tanıyan ilk ölkə oldu...

07.07.2025 / 18:37
İranda türk dili problemi - Xankəndi sammiti tarixi mərhələ açdı...

07.07.2025 / 18:23
Kənd yerlərimizdə nikahsız doğulanların sayı sürətlə artır...

07.07.2025 / 18:09
ECO-nun Xankəndi sammiti - regional əməkdaşlıqda yenilik üçün yeni şərtlər var...

07.07.2025 / 17:56
Trampın Putinə ümidləri Ukraynada tam dağıldı...

07.07.2025 / 17:43
Aşuranı İranla eyni gündə və saatda keçirməyə məcburuq?..

07.07.2025 / 17:31
Pezeşkian ona qarşı sui-qəsd planının olduğunu iddia etdi - arxasında ABŞ deyil, onlar dayanırdı...

07.07.2025 / 17:26
Rusiyada daha bir müəmmalı ölüm - Putinin bu gün səhər işdən çıxardığı nazir Starovoyt evində ölü tapıldı...

07.07.2025 / 17:15
Bakıda oğurluq edən 2 şəxs saxlandı

07.07.2025 / 17:08
Rusiya hava limanlarındakı xaos Putini qəzəbləndirdi - 300-ə yaxın uçuşun dayandırılması nazirin başında çatladı…

07.07.2025 / 16:52
Filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək...

07.07.2025 / 16:48
Ersin Tatar Azərbaycan və Şimali Kiprin biznes icmalarını daha fəal əməkdaşlığa çağırdı

07.07.2025 / 16:33
Azərbaycan Avropa İttifaqına boru kəməri ilə ən çox qaz ixrac edən ölkələrin ilk beşliyində...

07.07.2025 / 16:25
Fransa daha bir zərbəni Belçika və Perudan aldı - “Rafale” qırıcılarından imtina etdilər...

07.07.2025 / 16:10
Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb

07.07.2025 / 16:06
Ərdoğan Özgür Özələ qarşı 500 min TL-lik iddia qaldırdı

07.07.2025 / 15:26
Diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin açılışı oldu - FOTO

07.07.2025 / 15:19
BMU məzunu tam təqaüdlə Çin universitetinə qəbul olub

07.07.2025 / 15:10
Sabunçuda soyğunçuluq edənlər saxlandı

07.07.2025 / 14:54
Qanı bahasına torpağı Vətən edən daha bir igidimiz – Murad Bədirov...

07.07.2025 / 14:48
Nəsimidə iki nəfəri hədələyərək soyan şəxs yaxalandı...

07.07.2025 / 14:37
Bölgələrimizdə dağılmaqda olan tarixi hamamlar yada düşmür...

07.07.2025 / 14:30
"Moskva ilə Bakı arasında fikir ayrılıqları konstruktiv şəkildə həll edilməlidir" - Peskov

07.07.2025 / 14:25
Vərəsəliklə bağlı qanunvericiliyə yeniliklər edildi

07.07.2025 / 14:17
Çinlə imzalanmış cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə təsdiq edildi

07.07.2025 / 14:16
Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin edildi - SƏRƏNCAM

07.07.2025 / 14:08
"İşğaldan əvvəl zəng vurub deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir, burada ancaq ermənilər yaşamalıdır" - Kərkicahan sakini

07.07.2025 / 13:50
Paşinyan Qaregini dövlət çevrilişini dəstəkləməkdə və zina etməkdə günahlandırdı

07.07.2025 / 13:45
Telefon manyaklığı PİK HƏDDƏ - oğul ana qatili oldu...

07.07.2025 / 13:22
DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi

07.07.2025 / 13:05
Армения опустилась ниже плинтуса - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.07.2025 / 12:42
Türkiyə ordusunda şəhid sayı 12-yə yüksəldi...

07.07.2025 / 12:30
Tramp BRİKS ölkələrini hədələdi- "heç bir istisna olmayacaq".

07.07.2025 / 12:10
İran mətbuatı ECO -nun 17-ci Zirvə görüşünü geniş işıqlandırıb

07.07.2025 / 12:01
Kərim Vəliyev Səudiyyə Ərəbistanına gedib

07.07.2025 / 11:23
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

07.07.2025 / 11:21
Uşaqlar üçün art-terapiya seansları davam edir

07.07.2025 / 11:13
Ərdoğan xərçəngə tutulan müşavirini xəstəxanada ziyarət edib

07.07.2025 / 11:05
Şübhəli bilinən 52 nəfər saxlanılıb - Polis məlumat yaydı

07.07.2025 / 11:03
Baxın Rusiya münasibətlərin pozulmasını kimin üstünə yıxır - CANLI

07.07.2025 / 11:00
Baş prokuror bu tarixdə vətəndaşları qəbul edəcək

07.07.2025 / 10:41
Azərbaycan və Özbəkistan dünya çempionatını birgə keçirmək istəyirlər

07.07.2025 / 10:32
Əməkdar artist Kiprdə dincəlir

07.07.2025 / 10:23
Bakı Limanına yeni baş direktor təyin edildi - DOSYE

07.07.2025 / 10:19
İngiltərədə ailələrə dəstək - yarım milyon uşaq üçün 500 milyon funt-sterlinqlik!

07.07.2025 / 10:12
"İlham Əliyev ən etibarlı tərəfdaşlarımızdan biridir" - Leonid Slutski

07.07.2025 / 10:06
Bu gün Ursula Fon der Leyenə etimadsızlıq müzakirə olunacaq - korrupsiyaya görə...

07.07.2025 / 10:01
"Əlavə rüsumlar tətbiq edəcəm" - Tramp bu dəfə BRICS ölkələrini hədələdi

07.07.2025 / 09:38
Türkiyədən açıqlama - şəhid hərbçilərin sayı 8-ə çatıb

07.07.2025 / 09:32
İdmançılarımızdan 1 gümüş, 2 bürünc medal

07.07.2025 / 09:28
CHP lideri barədə araşdırma başlanıldı - Ərdoğana təhdid və təhqirə görə..

Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910