KÖHNƏ VERSİYA            

Erməni nazir “hərbi əsirlər” mövzusunu danışıqlara daxil etmək istəyir...

Image

Xəyal Bəşirov: “Bunu qarşılıqlı şəkildə gündəmə gətirmək və “hərbi əsirlərin” mübadiləsi görüntüsünü yaratmaq cəhdi, təbii ki, Ermənistanın növbəti saxtakarlığıdır” 

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan jurnalistlərə bildirib ki, yaxın vaxtlarda Ermənistan və Azərbaycan tərəfləri əsir və itkin düşmüş şəxslərlə bağlı görüş keçirəcəklər. O bildirib ki, komissiyaların tərkibi və yeri hələ seçilməyib. Abazyan deyib ki, tarixlər barədə əlavə məlumat veriləcək.

“Nəticələrlə bağlı açıqlama verməyə tələsməyək”, - deyə o, bu görüşdən müəyyən nəticələr gözləmək olarmı sualına cavab verib.

Abazyan deyib ki, Bakı və İrəvan arasında yaxın zamanda itkin düşmüş və “saxlanılan şəxslərə” dair görüş keçirilə bilər.

Ermənistan tərəfi, həmişə olduğu kimi, yenə də öz məkrli məqsədlərindən çıxış edir. Bunlar iki dəxli olmayan məsələni bir-birinə birləşdirirlər. Qondarma “hərbi əsirlər” məsələsi ilə itkin düşmüş şəxslər məsələsini bir-birinə calaq edirlər. Bunları bir-birinə calamaq qəti şəkildə olmaz, çünki Azərbaycanda hərbi əsir yoxdur. Ermənistanın qondarma "hərbi əsir" məsələsini gətirib itkin düşənlərin gözünə qatmaq istəməsi o deməkdir ki, onlar itkin düşmüş şəxslərin məsələsinin müzakirəsində həqiqətən də maraqlı deyillər. Çünki məsələ belə qoyulursa, "hərbi əsir" adı qoyduqları adamları da gətirib itkin düşmüş şəxslərə qoşmaq istəyirlərsə bu alınmayacaq, bu danışıq baş tutmayacaq.

Hərbi əsirlər olmaya-olmaya Ermənistanın bu məsələni itkin düşmüş şəxslərlə birləşdirməsi nə dərəcədə doğru yanaşmadır?

“Cinayətkar ünsürlərə “hərbi əsir” adı verib onların  Azərbaycanın itkin düşmüş, girov götürülmüş vətəndaşları ilə bir yerə qoyulması cəhdi yolverilməzdir, bunlar bir-biri ilə fərqli məsələlərdir”

Siyasi Hüquq və Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistan yenə də pozuculuq siyasətini davam etdirir. O qeyd etdi ki, Ermənistan sülh sazişinin mətninə aid olmayan, eyni zamanda prosesi uzadacaq, prosesin yekunlaşmasına mane olacaq məqamları gündəmə gətirməyə çalışır: “Bundan əvvəl dırnaqarası ifadələr işlədirdilər, “Artsax”, “Dağlıq Qarabağ”, “status” kimi uydurmalardan danışırdılar ki, onların Azərbaycan qəti şəkildə sülh gündəliyinə daxil edilməsinə qarşı oldu.  Hətta Azərbaycan sülh prosesinin sürətlə getməsi, qısa müddət ərzində sülhün əldə olunması üçün “Zəngəzur dəhlizi” məsələsinin də sülh gündəliyindən çıxarılmasına razılıq verdi. Əslində, faktiki olaraq “Zəngəzur dəhlizi” məsələsi 10 noyabr 2020-ci il tarixli bəyanatın tələblərinə uyğun idi. Yəni orda qeyd olunmuşdu. Biz gördük ki, bu məsələ prosesi uzadır, biz onun hələlik sülh gündəliyindən çıxarılmasına və gələcəkdə müzakirə predmetinə çevrilməsinə razılıq verdik. Amma Ermənistan tərəfi olmayan “hərbi əsir” məsələsini ortaya atır. Bəli, azərbaycanlıların Ermənistanda itkin düşməsi, bu ölkədə hərbi və mülkü əsir olaraq 4 minə yaxın insanımızın müqəddəratının bugünə qədər məlum olmaması məsələsi var. Amma bunu qarşılıqlı şəkildə gündəmə gətirmək və “hərbi əsirlərin” mübadiləsi görüntüsünü yaratmaq cəhdi, təbii ki, Ermənistanın növbəti təxribatıdır, növbəti saxtakarlığıdır. Düşünürəm, əslində Ermənistan bu məsələni bu şəkildə gündəmə gətirməli idi ki, o artıq Azərbaycanla həqiqətən də sülh istəyir, Azərbaycana qarşı ərazi iddiasından əl çəkir, eyni zamanda bunu konstitusional qaydada edir, öz konstitusiyasına, digər qanunvericilik aktlarına dəyişiklik edərək bu iddiasına birdəfəlik son qoyur. Həmçinin, bizim Ermənistanla gələcəkdə münasibətlərimizin normallaşması, diplomatik əlaqələrin yaranması üçün qalan probemlərdən biri Azərbaycanın Ermənistandakı hərbi əsirlərinin, mülki insanlarının, qadınlarımızın, körpələrimizin, köməksiz vəziyyətdə olan insanlarımızın müqəddəratı ilə bağlı məsələdir. Birinci Qarabağ müharibəsi dövründə bizim 4 minə yaxın insanımızın, İkinci Qarabağ müharibəsində 6 vətəndaşımızın müqəddəratı bugünə qədər bəlli deyil. Ermənistan onlarla bağlı heç bir məlumat vermək istəmir. Hər bir halda bizə məlumdur ki, Ermənistan onlara qarşı hansı cinayətləri törədib, amma Ermənistan tərəfi düşmənçilik daşını birdəfəlik atmaq, özünü dünyaya sülh tərəfdarı olaraq həqiqətən də reallıqda göstərmək  istəyirsə bu addımları atmalıdır”.

X.Bəşirovun sözlərinə görə, Ermənistan tərəfin son zamanlar ortaya atdığı “hərbi əsir” məsələsi isə absurddur, olmayan bir şeydən necə danışmaq olar? “Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyandan əvvəl bu absurd məsələni bir neçə Ermənistan nümayəndəsi dilə gətirib, ən son isə Ermənistan prezidenti bu fikri səsləndirmişdi. O qeyd etmişdi ki, Azərbaycanla hərbi əsirlərin qaytarılması məsələsi müzakirə edilir. Təbii ki, bununla bağlı Azərbaycanın rəsmi mövqeyi bəllidir. Azərbaycan ərazisində separatizmlə, bölücülüklə, cinayətkarlıqla və sairlə məşğul olan və hazırda həbsdə olan şəxsləri onlar “hərbi əsir” adlandırırlar. Halbuki, onlar “hərbi əsir” yox, cinayətkar ünsürlərdir. Araik Artunyunyan, Ruben Vartanyan, Bako Saakyan, Arkadi Qukasyan kimi cinayətkar ünsürlər var ki, onlar Azərbaycan ərazilərində qanunsuz olaraq cinayətkar bir rejim yaradıb, onu “dövlət” adlandırıblar və özlərini həmin “dövlətin rəhbərləri” kimi qələmə verirdilər. Həmin o cinayətkarların əlləri Azərbaycan xalqının qanına batıb, onlar İkinci Qarabağ müharibəsinə qədər də ağır cinayətlər törətdiblər, bu da sübut olunub. Həmin o şəxslərin əlləri Azərbaycan xalqının qanına batıb, bunu yaxın tarix göstərir. Eyni zamanda onlar İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın döyüş meydanından kənarda yerləşən ayrı-ayrı mülki şəhərlərinə, dinc insanlarına qarşı terror həyata keçiriblər. Döyüş cəbhəsindən uzaqda olan Gəncəyə, Bərdəyə, Tərtərə və başqa şəhərlərimizə raket atıblar, nə qədər mülki əhalimiz şəhid olub, insanların mal-mülkünə ziyan dəyib, evlər, binalar dağıdılıb. Cinayətkar ünsürlər tərəfindən törədilmiş o cinayətlər nəticəsində yaranan faciələrin 4 illiyini qeyd edirik bu günlərdə. O adamlar Azərbaycana qarşı müharibə cinayətləri törədiblər, Azərbaycan xalqına qarşı etnik, milli-irqi, dini təmizləmə həyata keçiriblər. “Smerç”, “Toçka-U” raketlərindən, kasetli bombalardan və digər qadağan olunmuş silahlardan istifadə ediblər. Hətta onlar bunu açıq şəkidlə bəyan edirdilər. Araik Artunyunyan özü hələ tutulmamışdan əvvəl müsahibə zamanı deyirdi ki, Azərbaycanın cəbhə bölgəsindən kənarda yerləşən mülki şəhərlərinə raketlərin atılmasına o göstəriş verib.  Bu cinayətkar ünsürləri “hərbi əsir” adlandırmaq özü-özlüyündə erməni rəsmilərin nə qədər yalan, nə qədər saxtakar, nə qədər ikiüzlü olmalarından xəbər verir. 

Cinayətkar ünsürlərə “hərbi əsir” adı verib onların  Azərbaycanın itkin düşmüş, girov götürülmüş vətəndaşları ilə bir yerə qoyulması cəhdi yolverilməzdir, bunlar bir-biri ilə fərqli məsələlərdir”.

X.Bəşirovun sözlərinə görə, Ermənistan cəmiyyəti, Ermənistan dövləti, Ermənistana rəhbərlik edən şəxslər  həqiqətən də Azərbaycanla sülh istəyirlərə, Cənubi Qafqaz bölgəsində növbəti eskalasiyalardan yana deyillərsə, düşmənçilik siyasətini bir kənara qoymaq istəyirlərsə, özləri belə cinayətkar ünsürlərdən qurtulmağa çalışmalıdırlar. X.Bəşirov qeyd etdi ki, Azərbaycan da o şəxsləri antiterror tədbirləri zamanı zərərsizləşdirdi və onları həbs etdi, indi də bu cinayətkarları ədalət mühakiməsinin qarşısına çıxarmaq istəyir. “Ermənistanın bu məsələdə Azərbaycana dəstək olmaq, təşəkkür etmək əvəzinə həmin o cinayətkar ünsürləri “hərbi əsir” adlandırması ondan xəbər verir ki, Ermənistana bu gün rəhbərlik edən şəxslərin mahiyyəti həmin o cinayətkar ünsürlərdən fərqlənmir. O cinayətkar ünsürlərin yürütdükləri düşmənçilik siyasətini onlar bu gün də davam etdirmək niyyətindədirlər. Düşünürəm ki, bu, sülh prosesinə mane olur. Ermənistan nə qədər bu şəkildə davam edəcəksə Azərbaycanla sülh əldə olunmayacaq. Bunun da əsas baiskarı məhz Ermənistan və Ermənistana rəhbərlik edən, pozuculuqla məşğul olan şəxslərdir” - deyə X.Bəşirov qeyd etdi. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031