KÖHNƏ VERSİYA            

Tarix yazan ansambl - Əhsən Dadaşovun əbədiyaşar “Xatirə”si...

Image

Çağdaş musiqi tariximizi yaradanların qoyduqları izlər, ərsəyə gətirdikləri məktəblər bu gün də yaşayır. Biz o məktəbləri yaradan böyük musiqiçilərimizlə iftixar duyuruq. Belə məktəbləri yaradanlardan biri də görkəmli tarzən, əməkdar artist Əhsən Dadaşovdur. Bu böyük musiqi xadiminin yaratdığı  “Xatirə” Xalq Çalğı Alətləri ansamblıdır. 

Yaradıcılığı boyu xalq musqisindən güc alan və xalqımızın qayım-qədim tarzənlik sənətini özünə yol yoldaşı seçən Əhsən Dadaşovun yaratdığı “Xatirə” Xalq Çalğı Alətləri ansablının Azərbaycan musiqi mədəniyyəti  tarixində ayrıca yeri var.

64 ildir ki, musiqisevərlər “Xatirə”nin konsertlərinə xüsusi sevgi ilə dinşək kəsilir, neçə gənc musiqiçi, ifaçı, xanəndə bu ansambldan sənət dünyasına vəsiqə alır.

Azərbaycan xalq çalğı alətlərinin tarixində “Xatirə” Xalq Çalğı Alətlərinin ayrıca bir yeri var. Ə.Dadaşovun ürəyinin odundan, könlünün sevgisindən yaranan bu ansablsız musiqi tariximiz kasıb görünərdi. Mübağiləsiz belədir. Çünki bu ansamblın fəaliyyətinə,  xalq mahnılarımızın, muğamlarımızın, bəstəkar mahnılarımızın geniş təbliğindəki roluna, yetişdirdiyi müğənnilərin, xanəndələrin adlarına baxmaq fikrimizi əsaslandırmağa kifayət edər. Bu nəhəng məktəbin yetirmələrinin əksəriyyəti ifaçılıq tariximizin əfsanələridir.  

Əhsən Dadaşov xalq musiqisinə, muğamlara dərin bağlarla bağlı olsa da, bəstəkar mahnılarının da təbliğinə xüsusi diqqət yetirirdi. Məhz bu səbəbdən neçə-neçə gənc bəstəkarın əsəri “Xatirə” Xalq Çalğı Alətləri Ansamblının ifasında musiqi aləmində tanınırdı. 

Bəs “Xatirə” Xalq Çalğı Alətləri Ansamblı necə yarandı?

Bu ansamblın yaranma tarixi barədə çap olunan məqalələrdə qeyd olunur ki, Televiziya və Radio Komitəsinin nəzdində   Əhməd Bakıxanovun rəhbərlik etdiyi ansambldan başqa ikinci bir xalq çalğı alətləri ansamblının yaranması zərurəti meydana çıxanda Ənvər Əlibəyli və Cahangir Cahangirov bu ansamblı incə ruhlu musiqiçi, qəlbi milli musiqimizin ritmləri ilə döyün, gözəl tarzən Əhsən Dadaşovun yaratmasını məsləhət biliblər. 

Yazılanlara görə, 1960-cı ildə Əhsən Dadaşov  “Xatirə” ansamblını yaradır. Bu ansambl özünəməxsusluğu ilə seçilir, tez bir zamanda şöhrət tapır və müğənnilərdən müraciətlər gəlməyə başlayır, bəstəkarlar əsərlər gətirirlər. Əhsən Dadaşovun rəhbərliyi ilə bu ansabl tarix yazır. 

Bu barədə Xalq artisti Ceyran Haşımova “Bakı-Xəbər”ə bildirdi ki, Əhsən  Dadaşovun yaratdığı “Xatirə” Xalq Çalğı Alətləri Ansamblının musiqi tariximizdə silinməz izləri var. “Çox gözəl sənətkar idi, mehriban idik, iş yoldaşı olmuşuq. Sonra o, ansamblı yaratdı və çox gözəl kollektiv formalaşdırdı, Azərbaycanın çox görkəmli sənətkarları, müğənniləri Əhsən müəllimin ansamblında oxuyurdular. Əhsən Dadaşov gözəl sənətkar idi, amma çox hayıf ki, həyatdan vaxtsız köçdü. “Xatirə” Xalq Çalğı Alətləri Ansamblının musiqi tariximizdə ayrıca yeri var. Əhməd Bakıxanovun ansamblı vardı, sonra Əhsən Dadaşov yaratdı, mən də “Lalə” Qızlar Ansamblını yaratdım. 

Cavan qızlar mənim ansamblıma gəlirdilər, bir az yaşlılar Əhsən Dadaşovun ansamblına gedirdi. Əhsən Dadaşovun ansamblında görkəmli sənətkarlar oxuyurdular. Şövkət Ələkbərova “Xatirə”nin müşaiəti ilə bir sıra mahnılar ifa etdi. 

Bu ansambl qastrol səfərlərinə gedirdi, Azərbaycan musiqisini layiqincə təmsil və təbliğ edirdilər”.

“Xatirə” Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəri olmuş xalq artisti Adil Bağırovla da söhbətləşdik. A. Bağırovla  keçənlərə boylandıq. “Əhsən müəllim bu ansamblı təxminən 1960-cı ildə yaratdı. O vaxt Azərbaycan  Televiziyasının nəzdində bir neçə kollektiv vardı, indi də var. Xalq Çalğı Alətləri Orkestri, Xor Kollektivi, Simfonik Orkest və sair fəaliyyət göstərirdi. O vaxt Xor Kollektivini ancaq bir pianoçu müşaiyət edirdi. Bu da lazımı gözəllik vermirdi, çünki xalq mahnıları və muğamların ifası tək bir piano ilə əmələ gəlmirdi. Xorun da rəhbəri bəstəkar, xalq artisti Ramiz Mustafayev idi. Ramiz Mustafayev Əhsən müəllimdən xahiş etmişdi ki, biz sədrlə danışaq sən kiçik bir ansambl heyəti düzəlt xor kollektivi   xalq və bəstəkar mahnıları, muğamlar ifa edəndə  birgə işləyək. O vaxt Əhsən müəllimlə Ramiz müəllim bir yerdə Televiziya və Radio Komitəsinin sədri Ənvər Əlibəyliyə müraciət edirlər, o da razılıq verib və indiki AzTV-nin nəzdində 12 nəfərdən ibarət kiçik bir kollektiv yaradılıb. Əhsən müəllim 12 nəfərdən ibarət ansamblı yaratdı. Ansambl yarananda orda mən də vardım, Şəfiqə Eyvazova, Vəcihə Səfərova və başqa sənətkarlar vardı. Biz xorla işləyirdik. Tezliklə “Xatirə” ansamblının şöhrəti yayılmağa başladı. Şövkət xanım Ələkbərova zəng edib dedi ki, mən Əhsən müəllimin ansamblı ilə bir neçə mahnı yazmaq istəyirəm. Şövkət xanım ansambla dəvət edildi, o gəldi, ondan sonra Konservatoriyanın tələbələri olan gənc bəstəkarlar ansambla müraciət etməyə başladılar. O dövrdə Emin Sabitoğlu və Ramiz Mirişli gənc bəstəkarlar idilər. Emin Sabitoğlu və Ramiz Mirişli demək olar ki, Şövkət xanım üçün bizim hər yeni məşqimizə yeni mahnı yazıb gətirirdilər. Şövkət xanım da o mahnıları bizim ansambılla oxuyurdu”.

“Xatirə”nin şöhrəti artdıqca  müğənnilər bu ansamblnın müşaiəti ilə oxumağa maraq göstərir, o illərdə Arif Babayev, İslam Rzayev, Yalçın Rzazadə və başqaları bu ansamblla gözəl əsərlər ifa edib lentə yazdırırlar. 

Həmin illərdə tez-tez radio və televiziyada, tədbirlərdə Əhsən Dadaşovun rəhbərliyi ilə “Xatirə” Xalq Çalğı Alətləri Ansamblının ifası eşidilirdi. Bu ansambl məktəb rolu oynayır və bir çox müğənnilər bu ansambla gəlib oxuyurdular. 

Əhsən Dadaşov “Xatirə” ansamblına 15 il rəhbərlik edir, ömrü vəfa etmir görkəmli sənətkarın, neçə-neçə arzusu yarımçıq qalır. O, həyatdan erkən köçür, amma davamçıları ansamblı “ölməyə” qoymur, onu böyük ustadın xatirəsinə ən əziz töhfə kimi inkişaf etdirirlər, yaşadırlar. 

“Əhsən müəllim ansambla 15 il rəhbərlik etdi. Əhsən müəllim rəhmətə gedəndən sonra belə məsləhət oldu ki, ansambla mən rəhbərlik edim. Bu yaxınlara qədər təxmçinən 45 il bu ansamblın bədii rəhbəri olmuşam. Əhsən müəllimin yaratdığı o məktəbi, o yolu layiqincə qorumuşuq. Bizim ansamblda yaşlı xanəndələrlə yanaşı gənc ifaçılar da təmsil olunur. Muğam müsbiqəsindən də cavan müğənniləri seçib ansamblla işə cəlb etmişəm, AzTV-də onları işə düzəltmişəm, onların konsertlərini təşkil etmişəm”. 

64-65 il müddətində “Xatirə” Xalq Çalğı Aləti Ansamblının musiqi tariximizdə oynadığı rola da toxunan A.Bağırov qeyd etdi ki, ansamblın konsertlərindən ibarət saysız lent yazıları, konsert çəkilişləri var. Ansamblının bütün dövlət tədbirlərinə dəvət edildiyini deyən müsahibimiz bildirdi ki, hər zaman çıxışlar ediblər. “O vaxt ulu öndərin təşəbbüsü ilə Azərbaycanın hər yerində radio-televizya günləri keçirilirdi, zəhmətkeşlərlə görüşlər olurdu, biz həmişə bölgələrdə konsertlər verirdik. Bununla yanaşı xarici ölkələrdə də Azərbaycan musiqisini təbliğ və təmsil edirdik”- Adil Bağırov qeyd etdi. 

Böyük sənətkar dünyasını dəyişsə də, amma ədədiyaşarlıq qazandı, ömrünə-gününə yoldaş olan tarının simlərində,  yanıqlı mizrabında, bir də yaradıb ərsəyə gətirdiyi “Xatirə” Xalq Çalğı Alətləri Ansamblının simasında yaşadı. Ömründən ömür qatıb  yaratdığı ansambl hazırda görkəmli sənətkarın adını daşıyır. 1976-cı ildə Ə.Dadaşov haqq dünyasına qovuşur, ansambla bədii rəhbər vəzifəsinə Adil Bağırov təyin edilir və bir neçə ildən sonra “Xatirə” Xalq Çalğı Alətləri Ansamblına Əhsən Dadaşovun adı verilir. Adil müəllim deyir ki, həm Əhsən Dadaşovun ailəsinin istəyi, həm də özünün və ansambl üzvlərinin təşəbbüsü ilə “Xatirə”yə Əhsən Dadaşovun adının verilməsi qərarına gəlinib.        

Bu böyük bir zərurət idi və eyni zamanda sənətkarın haqqının verilməsi idi. O, musiqi tariximizdə öz nəfəsi olan bir musiqi ansamblı yaratmışdı və bu ansambl milli musiqimizi layiqincə tərənnüm edirdi. 

“Əhsən Dadaşovun əməyi, zəhməti itməsin, izləri yaşasın deyə ansambla onun ad adı verilsin”

“O vaxt indiki AzTV-nin rəhbəri rəhmətlik Ənvər Əlibəyli idi. Belə qərara gəlindi ki, Əhsən müəllimin adı, zəhməti itməsin  deyə və ailəsinin,eləcə də bizim xahişimizə görə Azərbaycan Televiziya və Radiosunun “Xatirə” Xalq Çalğı Alətləri Ansamblına Əhsən Dadaşov adı verilsin. Bu ansambl Əhsən müəllimin xatirəsini yaşadır” - deyə Adil müəllim bildirdi. O vurğuladı ki, Əhsən Dadaşovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının musiqi mədəniyyəti tariximizdə çox böyük rolu, məxsusi dəst-xətti var. 

Xalq musiqisinin incəliklərini dərindən bilən, ondan ilhamlanan Ə.Dadaşovun “Xatirə” kimi bir ansambl yaratması, ona uzun illər rəhbərlik etməsi xalq olaraq bizim böyük qazancımızdır, tükənməz qazancımız. 

Sənətin sirrlərinə böyük ustadların bələdçiliyi və özünün bənzərsiz, qeyri-adi istedadı ilə vaqif olan böyük sənətkar bəstəkar Səid Rüstəmovdan, Mənsur Mənsurovdan , Ənvər Mənsurovdan  dərs almışdı. Mirzə Mənsur Mənsurov, Ənvər Mənsurov Əhsən Dadaşovun tar ifaçılığı sənətində muğam üzrə müəllimləri olmuşdular. O, klassik muğam ifaçılıqlarının bütün incə xüsusiyyətlərini dərindən öyrənib və bu sahədə mahir ifaçılardan biri olub.  Radio və televziyada, hazırda sosial mediada, yutubda “Rast”, “Orta Mahur”, “Şur”, “Zabul-Segah” və başqa muğamları ifasında zövqlə dinlədiyimiz böyük sənətkar Əhsən Dadaşov yaratdı “Xatirə”ni. O, muğamı, xalq mahnılarını bu şəkildə dərindən bilməsəydi o cür ansambl yarada bilməzdi. Bu mükəmməl musiqiçi, böyük sənətkar, əvəzsiz musiqi təşkilatçısı Əhsən Dadaşovun yaratdığı ansambl musiqi tariximizdə silinməz imzası, ünvanı ilə bilinir, tanınır... Əhsən müəllimin ünvanını ana tarımız və “Xatirə” Xalq Çalğı Alətləri Ansamblı yaşadır, tanıdır...

İradə SARIYEVA
Məqalə Azərbaycan Mətbuat Şurasının, “ƏHSƏN” Yaradıcılıq Təşəbbüsləri Mərkəzinin və Xəzər Media Mərkəzinin Əməkdar artist Əhsən Dadaşovun yaradıcılığı ilə bağlı birgə yazı müsabiqəsinə təqdim olunur.







VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Paşinyan Azərbaycanla kiçik müharibə ssenarisi üzərində işləyir... - VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Ermənistanın örtülü taktikası - Azərbaycanı beynəlxalq məhkəmə iddialarından geri çəkmək istəyir...

Bayden administrasiyası azərbaycanlı “jurnalistləri” belə “rasxoda” verir...

Ehtiyatda xüsusi təyinatlı idi, 4 uşaq atası idi, könüllü getdi və şəhid oldu - Daşdəmir Paşayev...

SON XƏBƏRLƏR

12.12.2024 | 00:11
Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO

12.12.2024 | 00:05
Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günüdür

11.12.2024 | 23:15
Blinken Azərbaycanla bağlı qərəzli bəyanat verdi, XİN-dən də tutarlı cavab aldı...

11.12.2024 | 22:38
Azərbaycanda Qiymətləndiricilər Palatası yaradıldı, sədr də seçildi

11.12.2024 | 21:50
Daxili Qoşunların Hərbi İnstitutunda Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib - FOTO

11.12.2024 | 21:22
Əsəd çökən kimi Suriyanın tranzit mərkəz rolu qabardı - Qətərdən Avropaya qaz xətti...

11.12.2024 | 21:07
Ermənistanın örtülü taktikası - Azərbaycanı beynəlxalq məhkəmə iddialarından geri çəkmək istəyir...

11.12.2024 | 21:03
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO

11.12.2024 | 20:52
Bayden administrasiyası azərbaycanlı “jurnalistləri” belə “rasxoda” verir...

11.12.2024 | 20:37
Paşinyandan yeni pozuculuq - Azərbaycanla Sazişdə konstitusiya dəyişikliyi öhdəliyi olmasın...

11.12.2024 | 20:24
Gürcüstanda yeni prezident seçkisi ərəfəsində təlatüm yenidən qızışır...

11.12.2024 | 20:10
Türk lirəsi Suriyanı tutdu, ermənilər təlaşda - Azərbaycan-Türkiyə işbirliyinə yeni meydan...

11.12.2024 | 20:02
Tarixi kəşf: Müqəddəs Nikolay kilsəsində Sarkofaq tapıldı

11.12.2024 | 19:53
Azərbaycanda ilk: “Paxlava və Şirniyyat Festivalı”

11.12.2024 | 19:44
Ehtiyatda xüsusi təyinatlı idi, 4 uşaq atası idi, könüllü getdi və şəhid oldu - Daşdəmir Paşayev...

11.12.2024 | 19:31
Əsəd bir qaz kəmərinin qurbanı oldu - işi İran və Rusiya pozdu...

11.12.2024 | 19:17
Ermənistanın Hələbə göndərdiyi minatəmizləmə batalyonu əslində Əsədi müdafiə edirdi...

11.12.2024 | 19:03
Əsədin iflası qaçılmaz idi - orduya maaş da verə bilmirdi...

11.12.2024 | 18:48
Qərbin düşməni Əsəd, Ermənistanın qardaşı Əsəd - rejimin cinayətlərində Ermənistan hakimiyyətlərinin də əli var...

11.12.2024 | 18:33
Əsəd bacarsaydı, Dağlıq Qarabağı Ermənistan kimi tanıyardı...

11.12.2024 | 18:19
Əsəd Şərqdə bütün antiqərbçi qüvvələrin dostu idi - Ermənistanın da...

11.12.2024 | 18:05
Beynəlxalq tədbirlərə ev sahibliyi - siyasi və sosial fəallığın mənbəyi...

11.12.2024 | 17:51
Ermənistan İran üzərindən Əsədə hərbi yardım karvanları göndərdi...

11.12.2024 | 17:38
Əsəd Kəşmir məsələsində Hindistanı niyə dəstəkləyirdi?..

11.12.2024 | 17:25
Erməni terror təşkilatları Əsəd rejiminin əsas yardımçılarından idi...

11.12.2024 | 17:18
Messi və komanda yoldaşları Heydər Əliyev Mərkəzində... - FOTO

11.12.2024 | 17:12
"Elmin qocalmasının" bir səbəbi var - gənclər elmdən niyə qaçır?..

11.12.2024 | 16:58
Əsədin Suriyadan Rusiyaya 135 milyardla qaçdığı ortaya çıxdı - Moskvada iki göydələndə 18 lüks mənzil...

11.12.2024 | 16:46
BMT-dəki Rusiya nümayəndəsindən Colaninin başına pul qoyan ABŞ-a ironik təklif - 10 milyonu bizə verin, adresi sizə deyək...

11.12.2024 | 16:41
Bakıda Messi və ulduz komanda yoldaşlarının azarkeşlərlə görüşü keçirildi

11.12.2024 | 16:05
Ceyhun Bayramovla Hakan Fidan Suriyadakı son vəziyyəti müzakirə etdi

11.12.2024 | 15:45
Lionel Messi Azərbaycana təşəkkür etdi

11.12.2024 | 15:22
Abşeronda silsilə oğurluq edən keçmiş məhkum yaxalandı

11.12.2024 | 15:07
Bir çox travmatoloji xidmətin icbari tibbi sığortaya əlavə edilməsi planlaşdırılır

11.12.2024 | 15:02
Suriya “TORTU”...

11.12.2024 | 14:53
İsrail dayanmır… Suriyanın hərbi bazaları, donanması bombalanır - Netanyahu Əsədi devirən müxalifləri hədələdi…

11.12.2024 | 14:40
Prezident İlham Əliyev Azəri, Çıraq və Günəşli yataqları ilə bağlı qanunu imzaladı

11.12.2024 | 14:30
Kürdəmirdə inək oğrusu tutuldu...

11.12.2024 | 14:11
Görkəmli Qırğız yazıçısı, TÜRKSOY-un Baş katibi Sultan Rayevin “Daşqın” kitabının təqdimatı keçirilib

11.12.2024 | 14:08
Güney Azərbaycan siyasi təşkilatlarının 21 Azər-in 79-cu ildönümü münasibətilə bəyanatı

11.12.2024 | 14:00
Elçibəyin Rəsulzadə qəsəbəsindəki evi qarət olundu...

11.12.2024 | 13:51
DİN rəsmisindən diplomsuz plastik cərrahlarla bağlı açıqlama - cəzalanmalar olacaq...

11.12.2024 | 13:30
"Azərbaycanın ali təhsil sistemində tətbiq edilən bəzi yanaşmalar müasir dövrün tələblərinə cavab vermir" - Nazir

11.12.2024 | 13:22
Gələn ilin bayram günləri açıqlandı...

11.12.2024 | 13:04
Армянский ТГ канал называет узбеков, таджиков и чеченцев террористами. Абсурд! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.12.2024 | 12:48
Bakı Təşəbbüs Qrupu Roma Papasına müraciət ünvanladı

11.12.2024 | 12:34
Lənkəranda yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələndi

11.12.2024 | 12:11
"Azərkosmos"un peyk həlləri ilə Qırğızıstanda təbii fəlakətin qarşısı alındı

11.12.2024 | 11:30
Prezident İlham Əliyev Amerika İsrail İctimai Əlaqələr Komitəsinin prezidentini və yeni seçilmiş prezidentini qəbul edib - FOTO

11.12.2024 | 11:20
Ya sanksiyanı seç, ya da Rusiya qazını - Bolqarıstan dilemma qarşısında...

11.12.2024 | 11:10
"Kuruluş Osman" serialında yeni aktyor

11.12.2024 | 11:05
Bu ölkədə həbs dalğası böyüyür - Milli Polis Agentliyinin baş komissarı da həbs edildi

11.12.2024 | 11:03
Bəşər Əsəd çökdü, Ermənistanı niyə titrətmə tutub? - CANLI

11.12.2024 | 11:00
Bu il Azərbaycandan Avropaya 12 milyard kubmetrə yaxın qaz ixrac olunub - nazirdən PAYLAŞIM

11.12.2024 | 10:30
Samuxda ev yanıb

11.12.2024 | 10:20
ABŞ generalı Suriyaya gedib

11.12.2024 | 10:10
Müxalifət Suriyada konstitusiya komitəsi yaradır

11.12.2024 | 10:05
Neftçalada motosiklet su kanalına düşüb, sürücü ölüb

11.12.2024 | 10:00
Tramp investor dostunu Türkiyəyə səfir göndərir

11.12.2024 | 09:30
"Dünya köklü dəyişikliklərlə üz-üzədir" - Orbandan ŞOK BƏYANAT

11.12.2024 | 09:25
Toy məclisində uşaqlara oyuncaq əvəzi silah paylayan valideynlər var…

11.12.2024 | 09:20
Çempionlar Liqası: "İnter" uduzdu, "Bavariya", "Liverpul" və "Real" qalib gəldi

11.12.2024 | 09:15
Şolts və Ərdoğan Suriyanı müzakirə ediblər

11.12.2024 | 09:10
"Biz Keniya ilə əlaqələrimizin inkişafına böyük əhəmiyyət veririk" - İlham Əliyev

11.12.2024 | 09:06
Messi və dostları Bakıdadır

11.12.2024 | 09:00
Bu gün Cəlilabadda 5 minə qədər abonent qazsız qalacaq

11.12.2024 | 08:37
Sosial şəbəkələrdə tələbələrin qızğın "kurs işi alveri" gedir...

10.12.2024 | 22:30
"Ölüm düşərgələrindən" yayılan fotolardan sonra Putinin Əsədə sığınacaq verilməsi qərarına yenidən baxıla bilər?...

10.12.2024 | 21:12
Rusiya bazası Suriyada təhlükəsizlik təminatı aldı, həmişəlik qalmaq təminatı isə...

10.12.2024 | 20:57
“Şirvan erməniləri?” - öz cəmiyyətlərinə təzə zəhər atırlar...

10.12.2024 | 20:42
Əsədin iflası Türkiyə-Rusiya münasibətlərinin gələcəyini gündəmə gətirdi...

10.12.2024 | 20:29
Mirzoyan əsl səbəbi etiraf edə bilmədi - COP29-dək saziş niyə imzalanmadı...

10.12.2024 | 20:29
Əsəd Suriya xalqının öz mühakiməsinə verilməlidur...Putinin onu himayə etməsinin heç bir haqqı yoxdur...

10.12.2024 | 20:23
Əsəd Azərbaycana qarşı bacardığı hər şeyi etdi, etmədiyi tək bir düşmənçiliyi isə sadəcə bacarmadı...

10.12.2024 | 20:15
Suriya PYD terror təşkilatının lideri Trampın inauqurasiyasına dəvət aldı...

10.12.2024 | 20:08
BDU dünyanın ən yaxşı universitetlərinin fənn reytinqində yer alıb

10.12.2024 | 20:01
Əsəd çökdü, Zəngəzur dəhlizi və Qərbi Azərbaycan gündəm oldu

10.12.2024 | 19:47
AMEA-nın həqiqi və müxbir üzvlərinin yeni seçimində problem yaranıb...

10.12.2024 | 19:33
Qərb Suriyada Türkiyəni yeni hədəf seçdi, PKK kartı önə çıxdı, senator sanksiyalarla hədələdi...

10.12.2024 | 19:19
Qərb dünən Suriyada terrorçu saydığı qüvvələrlə əməkdaşlığa başladı...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031