Bakı Olimpiya Stadionu noyabrın 4-dən etibarən tam istifadəyə veriləcək...
Bakı Olimpiya Stadionunun ərazisi noyabrın 4-dən etibarən tam istifadə ediləcək. Trend xəbər verir ki, bu barədə COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf COP29 Azərbaycan Əməliyyat Şirkəti ilə memorandum imzalanma mərasimində bildirib.
“Bakı Olimpiya Stadionunun ərazisi və müvəqqəti qurğular 4 noyabrdan etibarən tam istifadə ediləcək”, - deyə o bildirib.
Qeyd edək ki, cari ilin 4 noyabr tarixindən etibarən Bakıda COP29-a dair ilkin sessiya [işçi qrupu] görüşləri başlanacaq.