Orban Gürcüstanda Avroittifaqın iç üzünü açdı - Brüssel üçün liberallar qalib gələndə demokratiya var, mühafizəkarlar qalib gələndə yoxdur...
"Liberallar qalib gələndə, Brüsseldə deyirlər ki, demokratiya var, mühafizəkarlar qalib gələndə, o zaman demokratiya olmayıb, bunu ciddi qəbul etməməlisiniz, bu, adi əhvalatdır. Bunu Macarıstanın Baş naziri, Avropa İttifaqı Şurasının sədri Viktor Orban Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə keçirilən birgə birifinqdə deyib.
Orban, Gürcüstanda azad, demokratik seçkilərin keçirildiyini bildirib.
“Bir çox çəkişmələrdə qalib gəlmiş Macarıstanın Baş naziri kimi sizə demək istəyirəm ki, gələcəkdə də, növbəti iki gün ərzində də mübahisələr olacaq. Seçkilərin nəticələri danılmazdır, azad və demokratik seçkilər keçirildi. Avropada mübahisələr yenə də olacaq, bunu ciddi qəbul etməməlisiniz, çünki bu, adi əhvalatdır. Oxşar şəkildə mübahisə mövcuddur, Brüsseldə hər zaman belədir. Öz mahiyyəti ilə mühafizəkar partiyalar qalib gələndə biz hər zaman belə mübahisələrin şahidi oluruq, çünki Avropa siyasəti yazılı göstərişə əsaslanır. Liberallar qalib gələndə, o zaman demokratiya var. Mühafizəkarlar qalib gələndə, o zaman demokratiya olmayıb. Belə mübahisələr Brüsseldə hər zaman baş verir...
Seçkilər Macarıstanda və ya istənilən başqa ölkədə keçirilsin, fərqi yoxdur, belə qəbul edirlər, belə başa düşürlər. Əgər liberallar qalib gəlsəydilər, o zaman bu, bütün Qərbi Avropada ən yaxşı formada olan demokratiya kimi yayılmış olacaqdı. İndi mühafizəkar mahiyyət və ruh qalib gəldiyi üçün artıq Avropada mübahisə mövcuddur. Daha yaxşı seçkilərdən sonra da, istənilən başqa ölkənin seçkilərindən sonra da belə olub və beynəlxalq mətbuatda da belə səslənir, amma bunu ciddi qəbul etməməlisiniz. Buna görə də, cənab baş nazir, mən sizi seçkilərdə qələbə və demokratik şəkildə keçirilməsi münasibətilə təbrik etmək və sizə çoxlu uğurlar arzulamaq istəyirəm. Siz gələcəkdə bizim strateji tərəfdaşlığımıza hər zaman arxalana bilərsiniz” – Viktor Orban bildirib.
Bəzi üzv dövlətlərin liderlərinin bəyanatları fonunda Gürcüstanın Avropa İttifaqına üzv olub-olmayacağı ilə bağlı sualı cavablandıran Orban deyib ki, “bu qədər əmin olmayın, bəzi ölkələr belə deyir, ancaq siz mütləq Avropa İttifaqına üzv olacaqsınız”.
TAHİR