Ukrayna Çeçenistanda xüsusi təyinatlıların universitetini vurdu...
Çeçenistanda yerləşən “Rusiyanın Xüsusi Təyinatlı Qüvvələrinin Universiteti”nə dronlarla hücum olub. Bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov sosial şəbəkə hesabında məlumat yayıb.
“Bu gün səhər saat 06:30-da Qudermesdə, “Rusiyanın Xüsusi Təyinatlı Qüvvələrinin Universiteti”nin ərazisində, pilotsuz uçuş aparatının hücumu nəticəsində boş binanın damında yanğın baş verib. Tələfat və xəsarət alan yoxdur. Yanğını söndürüblər” – Çeçenistanın lideri yazır.
Məlumat üçün bildirək ki, Çeçenistan hakimiyyəti ilk dəfədir ki, Çeçenistan ərazisinə dronların hücumu haqda xəbər verir.
TAHİR