Netanyahu ilk dəfə uzunmüddətli müharibə planını açıqladı - İranı hədəf göstərdi...
İsrailin baş naziri Netanyahu İsrail parlamentində (Knesset) çıxışında oktyabrın 26-da İrana qarşı hava hücumu ilə bağlı açıqlamalar verib. Netanyahu çıxışı zamanı ilk dəfə uzunmüddətli müharibə planlarını da açıqlayıb.
İrana hava hücumunun hərtərəfli olduğunu bildirən Netanyahu, Tehranın bölgədə dəstəklədiyi qüvvələrinin hücumu dəf edə bilmədiklərini iddia edib.
İsrailin uzunmüddətli strategiyasının "İranın şər oxunu ortadan qaldırmaq" olduğunu ifadə edən Netanyahu bu məqsədlərdən əl çəkməyəcəklərini bildirib.