İsrail İrana ikinci hücum hazırlığına başladı - bu dəfə Netanyahunun iqamətgahına hücuma cavab veriləcək...
İsrailin Kanal 13 televiziyasının məlumatına görə, İsrail Təhlükəsizlik Kabineti, oktyabrın 19-da baş nazir Binyamin Netanyahunun Kayseriyadakı iqamətgahını hədəf alan pilotsuz təyyarə hücumundan sonra İrana mümkün ikinci hücumu müzakirə etmək üçün bazar günü gecə bir neçə saat davam edən iclas keçirib.
İsrail mətbuatının yaydığı məlumata görə iclasında bildirilib ki, Netanyahunun iqamətgahına edilən hücuma hələlik cavab verilməyib. Buna ayrıca cavab veriləcək. Baxmayaraq ki, Ağ Ev, Dövlət Departamenti İsraili artıq məsələyə son qoymağa şağırıb... Qeyd edilir ki, ya birbaşa bu hücumu həyata keçirdiyi düşünülən "Hizbullah"a qarşı sui-qəsd təşkil olunacaq, ya da İrana qarşı yeni hücum həyata keçiriləcək.
İsrail mediası yazır ki iclasında İsrailin müdafiə naziri Qallantın kabinet üzvlərinə deyib ki cümə günü gördüyünüz hücum əslində 19 oktyabrda Livandan "Hizbullah" tərəfindən Netanyahunun iqamətgahına edilən hücuma cavab deyildi. Bu hücumun bədəli ayrıca ödənilməlidir. Nazir bildirib ki, oktyabrın 19-da baş nazir Netanyahu və həyat yoldaşının şəxsi iqamətgahına kamikadze PUA hücumuna da cavab veriləcək və bu, cümə gecəsi gördüyümüzdən fərqli olacaq.
TAHİR