ABŞ-da biznesmenin evindən oğurlanmış 4 qızıl külçə ermənipərəst senator Menendesin evindən çıxdı
Korrupsiya və rüşvətxorluqda ittiham olunan ABŞ senatoru Bob Menendesin evində aparılan axtarış zamanı oğurlanmış 4 qızıl külçə aşkar edilib.
NBC kanalı xəbər verir ki, senatorun evindən tapılan qızıl külçələrin nömrəsi 2013-cü ildə biznesmen Freyd Daybesin evindən oğurlanan qızıl külçələrlə eyniyyət təşkil edir. Həmin il oğrular biznesmenin evinə daxil olaraq 22 qızıl külçə və 500 min dollar pul oğurlamışdılar. Bir ildən sonra polis oğruları tutub məsuliyyətə cəlb edib. İstintaq 500 min dolları və qızıl külçələri sahibinə qaytarıb. Lakin biznesmenə 22 külçə əvəzinə 18 külçə qaytarılıb. İndi isə həmin 4 qızıl külçə senator B. Menendesin evindən tapılıb.
Nyu-Cersi ştatından senata seçilən B. Menendes və erməni mənşəli həyat yoldaşı Nadin Arslanyan cari ilin oktyabr ayında xarici dövlətlərə casusluq etməkdə ittiham olunublar. Nyu-York prokurorluğu senator və ailəsi barədə araşdırma başladıb və qeyd olunan cinayət faktları ortaya çıxıb.
Nəzərə çatdıraq ki, senator B. Menendes daim Ermənistana lobbiçilik edib.
TAHİR