Rusiya və İran Qərb sanksiyalarına qarşı birgə mübarizəyə başlayır - bəyannamə imzalandı
Moskva və İran arasında Qərbin sanksiyalarına qarşı mübarizəyə dair bəyannamə imzalanıb. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.
“Biz birtərəfli məcburetmə tədbirlərinin mənfi nəticələrinə qarşı mübarizə, yüngülləşdirmə və kompensasiya yolları və vasitələri haqqında bəyannamə imzaladıq. Bu, ABŞ və onun müttəfiqlərinin qanunsuz sanksiyalarının aradan qaldırılması üçün dünya ictimaiyyəti üzvlərinin səylərinin əlaqələndirilməsinin artırılması istiqamətində vacib addımdır”, - deyə o, Moskvada iranlı həmkarı ilə görüşdə bildirib.
Nazir qeyd edib ki, tərəflər, həmçinin ikitərəfli gündəlik və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Görüş Xəzəryanı ölkələrin (Rusiya, İran, Qazaxıstan, Azərbaycan, Türkmənistan) nazirlər görüşü çərçivəsində keçirilir.
ZÜMRÜD