Naxçıvanda dələduzluq edən şəxs saxlanılıb
Daxil olan müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə işə düzəltmək adı ilə bir neçə şəxsin külli miqdarda pul vəsaitini mənimsəyən Babək rayon sakini Babayev Məmmədbağır müəyyən olunaraq saxlanılıb. Faktlarla bağlı araşdırmalar aparılır. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, M.Babayevin əməllərindən zərər çəkmiş digər şəxslər varsa bu barədə "102” Zəng Mərkəzinə və ya Naxçıvan MR Daxili İşlər Nazirliyinin ( +036 545-08-03, 545-28-96) telefon nömrələrinə məlumat vermələri xahiş olunur.
Mətləb