KÖHNƏ VERSİYA            

Azərbaycanın rusdilli mediasının 25 yaşlı gənci - "Novoye vremya"...

Image

Şakir Ağayev: “Dişimizlə-dırnağımızla yaratdığımız  “Novoye vremya”nın  25 yaşına gəlib çatmışıq” 

Çağımızın rusdilli media orqanlarından olan “Novoye vremya” qəzetinin 25 yaşı tamam olur. 

Bu münasibətlə “Novoye vremya” nəşrinin baş redaktoru Şakir Ağayevdən götürüyümüz müsahibəni təqdim edirik.

“Bu özü sübut edir ki, “Novoye vremya” qəzeti təkcə Rusiyada yox, həmçinin də rusdilli ölkələrdə  Azərbaycanın səsinə çevrilə bilib”     

- "Novoye vremya" necə yarandı? 

- 1999-cu ildə " Novoye vremya” qəzetini yaratmaq məqsədini qarşımıza qoymağımıza zərurət vardı. Bu qəzetin yaranması zərurəti dövrün ictimai-siyasi proseslərindən irəli gəlirdi. O zaman sosial media yox idi, çeşidli saytlar yaranmamışdı, çap mediası idi. Bizim düşüncələrimizlə yaratmaq istədiyimiz rusdilli qəzetə bazarda ciddi tələbat vardı. Bilirsiz ki, keçən əsrin 90-cı illərinin sonlarında Azərbaycanda mətbuat iki yerə ayrılmışdı, bir neçə krossvord qəzetini və sairi çıxmaq şərti ilə mətbuat tam siyasiləşmiş mətbuat idi. Əsasən müxalifət və iqtidaryönümlü qəzetlər vardı. Müstəqil siyasət yürüdən, müstəqil yol tutan, nə iqtidarı, nə müxalifəti yeri gəldi-gəlmədi tərifləmək, pisləmək mövqeyində olan belə bir qəzet Azərbaycan bazarında yox idi. Biz qərara aldıq ki, ictimai-siyasi proseslərə tamamilə fərqli düşüncələr, fərqli baxışlar, fərqli yanaşmalar  sərgilənən bir qəzet yaradaq. 1999-cu il senytabr ayının ikinci ongünlüyündə bununla bağlı ovaxtkı Mətbuat və İnformasiya Nazirliyinə müraciət etdik. Oktyabrın 1-də lisenziyamızı aldıq. O vaxt prosedur qaydaları bir az mürəkkəb idi. Bakı Ədliyyə İdarəsi təsdiq etməli idi və sair prosedur qaydaları vardı. Biz 8 gün ərzində bütün bu prosesləri keçdik. Bəlkə də ilk qəzetdir ki, qeydiyyata alınandan 8 gün sonra ilk nömrəsi çapdan çıxdı.

- Qəzetin ilk günləri yadınıza necə gəlir?

- Çox çətin günlər idi. Biz qəzetin ilk nömrəsini üç-dörd adamla buraxmışıq. Çünki redaksiyada üç-dörd adam vardı. İki kompüterlə, bir printerlə işə başladıq. O vaxt yazılar plyonkalara verilirdi. Çox çətinliklə işləyirdik, gecə saat-1-ə, 2-yə qədər işimiz davam edirdi, işçilər redaksiyada qalırdılar. Hətta elə olurdu ki, səhərə qədər işləyirdik. Amma bu çətinliklərə baxmayaraq, indikindən daha çox maraq və həvəs var idi. Bu da çap mediasına ehtiyacdan irəli gəlirdi. Biz bir müddət bu üç-dörd nəfərlə qəzeti buraxdıq, ilk vaxtdan bazara girdik. Təbii ki, sonradan bu üç-dörd nəfər böyük kollektivə çevrildi. İl yarımdan, iki ildən sonra qəzetdə 40-45 adam işləyirdi. Çox sevinirəm ki, bizim redaksiyadan çıxanlar arasında baş redaktorlar, mətbuat xidməti rəhbərləri vəzifəsini tutanlar, başqa strukturlarda işləyənlər var... Ən xoş da odur ki, bütün əziyyətlərin bəhrəsi olan qəzet köşklərdə satılır və sənin əməyinin məhsulu göz qabağındadır. 

- Bu qəzet körpəlikdən gəncliyə qədər böyük bir yol keçib, o yolda çətinliklər çox oldu, yoxsa əlinizdən tutanlar, dəstək olanlar?

- İnanın, çətinliklərimiz daha çox olub. Hamı kimi bizim üçün də çap mediasında çox böyük çətinliklər olub. 2003-2004-cü illər ərəfəsində biz onlarla, yüzlərlə məhkəmə proseslərində iştirak etmişik. Qəzet məhkəməyə verilib, cərmələnib, məhkəmə qərarları verilib. Amma heç nə bizi əqidəmizdən, tutduğumuz yoldan döndərə bilməyib, yolumuza  davam etmişik. Çox çətin, məşəqqətli, enişli-yoxuşlu yollar keçmişik. Bilirsiz ki, Azərbaycan çap mətbuatında reklam həmişə qıt olub. Dişimizlə-dırnağımızla yaratdığımız “Novoye vremya”nın 25 yaşına gəlib çatmışıq.

Təbii ki, əlimizdən tutanlar da olub. 25 il müddətində “Novoye vremya” qəzetinin sədaqətli oxucularına təşəkkür edirəm. Bizim əlimizdən tutan, təbii ki, oxucular olub. 

- Təbii ki, hər bir nəşrin həyatında onun yaradıcı kollektivi, gözəl imzalar xüsusu yer tutur. Rusdilli mediada rəhbərlik etdiyiniz qəzet də məktəb rolunu oynayıb. Kimlər gəldi, kimlər getdi, kimlər qaldı?

- Konkret adlar çəkmək istəmirəm. Çünki ehtiyat edirəm ki, birdən kimlərinsə adını çəkərəm, kimlərinsə adını unudaram, inciyərlər.

25 il müddətində 70-80 adam bizim kollektivdə işləyib. Əməkdaş olduğumuz adamlar arasında müxtəlif vəzifələrdə işləyənlər, jurnalistika ilə məşğul olanlar da var. Qürur duyuram ki, “Novoye vremya” yalnız bir çap mediası olmayıb, həm də bir məktəb olub. 1999-cu ildən bugünə kimi bizimlə işləyən, bizimlə yoluna davam edən insanlar. Bu qəzetin kollektivində çalışan hər bir insanın öz yeri olub, indi bizimlə  işləyən və işləməyənlərin hər birinə öz təşəkkürümü bildirirəm.  

"Novoye vremya" olaraq Rusiyada, rus dillinin hələ də işlək olduğu ölkələrdə Azərbaycanın səsinə çevrilə bildinizmi?

- Bəli. Bilirsiz ki, rus dili təkcə Rusiyada işləmir, postsovet məkanında, indiki MDB məkanında da işlənir, hamı danışa bilir. Eyni zamanda keçmişdə sosialist ölkələr deyilən ölkələr vardı, Şərqi Avropadan söhbət gedir. O ölkələrin də çoxunda insanlar rus dilini bilir. Bu gün Asiya ölkələrindən, Çindən, Monqolustandan, Vyetnamdan, Koreyadan, Kubadan tutmuş Afrika ölkələrinin çoxu, o cümlədən də Şərqi Avropa dövlətlərinə qədər rus dilini bilənlər var...

Sözsüz ki, biz rusdilli mətbuat olaraq Azərbaycanın səsinə çevrilə bildik. Bunu deməyə 25 illiyimizlə bağlı redaksiyamıza gələn çoxsaylı təbriklər də əsas verir. Millət vəkilləri, ziyalılar, elm xadimləri, mətbuat xidmətlərinin rəhbərləri, həmkarlarımız, baş redaktorlar, Rusiyanın ölkəmizdəki səfiri, Belarusun Azərbaycandakı səfiri bizi təbrik edib. Azərbaycanın Rusiyadakı sabiq səfiri, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlundan da təbrik almışıq. “İTARTASS”ın direktor müavini, həmyerlimiz, bütün dünyanın tanıdığı Mixail Qusman şəxsən təbrik edib. Rusiya Jurnalistlər İttifaqı ədalətli, prinsipial mövqeyinə və iki xalq arasında körpü rolunu oynadığına görə “Novoye vremya” qəzetini diplomla təltif edib, “Russkiy Mir” fondundan da, Azərbaycanda fəaliyyət göstərən Rus İcmasının rəhbərliyindən də, Moskvadakı bir sıra mətbu orqanlardan, Rusiya Yazıçılar İttifaqının Moskva bölməsindən də təbrik almışıq. Təbriklər həddən çoxdur və bu məktublarda onlar qəzeti tam təcəssüm etdiriblər. Çünki qəzetin oxucularıdırlar həm də. Bunun özü sübut edir ki, “Novoye vremya” qəzeti təkcə Rusiyada yox, həmçinin də rusdilli ölkələrdə  Azərbaycanın səsinə çevrilə bilib. Qəzetimizin böyük saytı var, 157 ölkədə oxunur, gün ərzində 15-20 min adam saytımızın oxucusudur. Gün ərzində yüzlərlə informasiya qoyulur, sayt tez-tez yenilənir.

- Çətinlikləriniz nədir? 

- Çətinliklərimiz bütün dünyada çap mediasının yaşadığı çətinliklərdir. Sosial şəbəkələrin, burda dezinformasiyaların, feyk xəbərlərin tüğyan etdiyi bir vaxtdayıq. Çox təəssüflər olsun ki, dünyanı idarə etmək istəyən dövlətlər, güclər insanları feyk xəbərlərə öyrədiblər. Belə bir vəziyyətdə Azərbaycanda da çap mediası özünün çətinliklərini yaşayır. Həmişə demişəm, yenə də deyirəm, bir şeyi anlamaq lazımdır ki, çap mediası salnamədir, arxivdir, tarixdir. 1917, 1918, 1920-ci il Azərbaycan tarixini bilmək üçün gedib çap mediasını arxivlərdən tapıb oxuyun. Çap mediası yaşamalıdır. 

Çox təəssüflər olsun ki, Azərbaycanın çap mediasında reklam məsələsi sıfır vəziyyətdədir. Mətbuatımız reklamla təmin olunmur. Ölkənin biznes adamları, şirkətlər qəzetlərə reklam verməkdə maraqlı deyil. Məmurlar, dövlət adamları, nazirliklər hətta qəzetlərdə sosial reklamları vermək istəmirlər. Baxmayaraq ki, qəzetlər onların müraciətlərini, məlumatlarını pulsuz çap edir. Bütün məlumatlar qəzetlərdə pulsuz çıxır, sonra da hamı deyir ki, qəzetlər özlərini dolandıra bilmir. Bu da çətinliklər yaradır. Azərbaycan qəzetinin iqtisadi bazası yoxdur. Təbii, Prezident İlham Əliyevə təşəkkür edirik ki, Medianın İnkişafı Agentliyini yaratdı. Bu agentlik neçə illərdir ki, çap mediasının yaşamasında böyük rol oynayır.  

- Bu 25 ildə nəyi özünüzün və qəzetin qazancı sayırsız?

- Özüm 2015-ci ildə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşam. 2020-ci ildə “Əməkdar jurnalist” fəxri adı almışam, bir çox ölkələrdən diplomlarla, ordenlərlə, medallarla təltif olunmuşam. Təbii ki, bu mənim qəzetdə baş redaktor kimi fəaliyyətimə verilən qiymətdir. Amma mənim və qəzetin ən böyük qazancı, sözsüz ki, oxucu məhəbbəti, ünvanımıza gələn təşəkkür məktubları olub. Oxucuların hansısa bir problemini həll etmişiksə bu bizim qazanclarımız sırasındadır. Qəzetin ən böyük qazancı öz oxucusunu məmnun etməkdi. Azərbaycanın torpaqları 30 ilə yaxın işğal altında olanda “Novoye vremya” qəzetinin daim baş yazısı Qarabağla bağlı olub. Bilirsiz ki, mən özüm qarabağlıyam, ağdamlıyam, bu mənim birbaşa borcum idi ki, Qarabağla bağlı məlumatları, erməni terrorizmi, işğalçılığı ilə bağlı informasiyaları dünya ictimaiyyətinə çatdıraq. Uzun illər erməni terrorizminin dünya terrorizminin tərkib hissəsi olması mövzusunda sisilə yazılar verdik. Hətta bizi hədələyənlər də oldu, amma biz silsiləni dayandırmadıq. Dünya terrorizminin başında duran elə Ermənistandır, ermənilərdir. Ən böyük qazancımız torpaqlarımızın,  ana yurdu Qarabağın, Ağdamın işğaldan azad edilməsi oldu. Yazdıqlarımız və arzuladıqlarımız nəhayət ki, həyata keçdi. Azərbaycan keçən il tam olaraq öz ərazi bütövlüyünü və suverliyini bərpa etdi. Dünyada başı uca gəzirik. 

- İndi rus dilində qəzet buraxmaq çətin deyil ki? 

- Təbii ki, çətindir. İndi ən böyük problem rus dilində yazanların az olmasıdır. Söhbət analitik yazılardan, təhlil yazılarından gedir. Hətta 20 il bundan əvvəlki dövrün rusdilli yazarları demək olar ki, yoxdur. Rusdilli qəzetin çətinliyi burdadır. 

- Arzunuz nədir?

- Ən böyük arzum Qarabağın işğaldan azad olunması idi ki, bu arzuma çatdım. İndi arzum təqaüdə çıxandan, yaxud Ağdam bərpa olunandan sonra doğma Ağdamda yaşamaqdır.  

- Gözləntiləriniz nədir? Çap mediasının yaşamını davam etdirməsi üçün daha çox nəyə ehtiyac var?

- İnanın ki, həm optimist, həm də realist adamam. Optimistəm ki, bu gün çap mediasını davam etdiririk. Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hələ ki, çap mediası çapını davam etdirir. Bu quruma təşəkkür edirəm.  Real baxsam, ciddi irəliləyiş gözləmirəm. Çünki iki-üç il əvvələ qədər bir-iki reklam verən vardısa, indi o da yoxdur. Bunu bütün çap mediası bilir. Getdikcə çap mediasının oxucusu azalır. Oxucu hardasa daha çox ucuz xəbərlərin dalınca qaçır. 

İradə SARIYEVA







VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Paşinyanın yarımçıq saziş təklifi Rusiyada da sərt tənqid edildi - Bu, demaqogiyadır, özünü aldatmaqdır - VİDEO

Prezident İlham Əliyev COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

İlham Əliyev əsaslı tənqid etdi - Türk dövlətlərinə nə qədər pul lazımdır?..

Türk dünyası dövlətlərinin bankları birləşdirilir...

SON XƏBƏRLƏR

14.11.2024 | 18:45
Bizdən ikiqat çox qaz istəyən bəzi avropalılar Azərbaycanı niyə tənqid edir?..

14.11.2024 | 18:32
Konstitusiya Günü hüquqi dövlət quruculuğunun simvoludur...

14.11.2024 | 18:18
Roma Papası Bakıya COP müraciətində ABŞ və Fransanı qınadı...

14.11.2024 | 18:05
Bu rəqəmlər COP29-u qaralayanlara öldürücü zərbə vurdu...

14.11.2024 | 17:53
Dünyanın 10 il müzakirə etdiyi məsələ COP-da yerindən hərəkətə başladı...

14.11.2024 | 17:47
Tanınmış politoloq COP29-la bağlı ABŞ Konqresinə müraciət etdi

14.11.2024 | 17:40
Pezeşkian Bakıya bu səbəblərdən gəlmədi - İranda rəsmilər bu barədə susur...

14.11.2024 | 17:27
COP29-dan müstəmləkə keçmişi olan bütün ölkələrə çağırış edildi...

14.11.2024 | 17:25
“Yaşıl” taksonomiya iqlim maliyyələşdirilməsini genişləndirmək üçün böyük imkanlar açacaq"

14.11.2024 | 17:17
Azərbaycanın QHT fəalları Avropada miqrantlara təzyiqlərlə bağlı etiraz aksiyası keçirdi... - FOTO

14.11.2024 | 17:14
Avropanın 3 böyük təşkilatı Fransa müstəmləkəçiliyini dəstəkləyir...

14.11.2024 | 17:12
COP29 çərçivəsində Mərkəzi Asiya ölkələri iqlim dəyişikliyi və buzlaqların qorunması üzrə birgə Bəyannamə imzalayıblar

14.11.2024 | 17:03
Peter Bekker COP29-da plenar iclasda çıxışına bu sözlərlə başladı - “Çox sağ ol, Azərbaycan!”

14.11.2024 | 16:55
Şimali Makedoniya Prezidenti Prezident İlham Əliyevi təbrik etdi

14.11.2024 | 16:53
COP29 Sədrliyi və Çoxtərəfli İqlim Fondları iqlim təsirinin fəsadları ilə bağlı birgə tədbir keçirib

14.11.2024 | 16:50
COP29-da Niderland və Fransanın müstəmləkəçiliyinə qarşı aksiya keçirildi - FOTO

14.11.2024 | 16:45
"Müstəmləkəçi ölkələr kasıb adlandırdıqları Afrikanın zəngin sərvəti sayəsində böyük dövlətlər olublar" - Hava Av

14.11.2024 | 16:44
COP29-da insan hüquqlarına əsaslanan iqlim ədaləti ilə bağlı müzakirə aparıldı

14.11.2024 | 16:31
"COP29 biznesləri, maliyyəçiləri, şəhərləri, millətləri bir araya gətirir" - Naycel Toppinq

14.11.2024 | 16:22
COP29 gündəlik mətbuat konfransında əldə edilmiş uğurlardan bəhs edildi

14.11.2024 | 15:48
"COP29-un keçirilməsi Azərbaycanın artan nüfuzunun göstəricisidir" - Ombudsman

14.11.2024 | 15:37
Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.11.2024 | 15:21
Ehtiyatlı olun! Zəhərlı paltarlar var! Hətta uşaq geyimləri də!

14.11.2024 | 15:14
"Afrikanın iqlim dəyişikliyinin qarşısını almaq üçün ildə 277 milyon dollara ehtiyacı var" - ADB prezidenti

14.11.2024 | 14:40
Prezident İlham Əliyev Maldiv Prezidenti ilə görüşdü - FOTO/YENİLƏNDİ

14.11.2024 | 14:37
Yaşıl gələcək proqramlarının maliyyələşdirilməsi COP29-da müzakirə olundu

14.11.2024 | 14:21
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib

14.11.2024 | 14:16
Prezident İlham Əliyev Yəmənin vitse-prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.11.2024 | 14:15
Prezident İlham Əliyev Nepal Prezidenti ilə görüşüb - YENİLƏNDİ

14.11.2024 | 14:08
"COP29-un Azərbaycanda keçirilməsi ən doğru seçimdir" - Putinin xüsusi nümayəndəsi

14.11.2024 | 13:50
Prezident İlham Əliyev Efiopiya Prezidenti ilə görüşüb - FOTO

14.11.2024 | 13:45
"Ən mühüm məsələ inkişaf etməkdə olan ölkələrin iqlim maliyyəsi ilə bağlı ehtiyacını qarşılamaqdır"

14.11.2024 | 13:31
Qlobal iqlimlə mübarizə üçün hər il təxminən 8 trilyon ABŞ dolları lazımdır - Braziliya Ali Audit Orqanı

14.11.2024 | 13:14
"COP29-da iqlim maliyyələşdirilməsi üzrə razılığa gələcəyimizə əminəm" - Afrika İnkişaf Bankı Qrupunun prezidenti

14.11.2024 | 13:03
Prezident İlham Əliyev Braziliyanın vitse-prezidenti ilə görüşüb - YENİLƏNDİ

14.11.2024 | 12:50
Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçiriləcək

14.11.2024 | 12:37
Bakıda “Ambisiyaların artırılması: Avropa və Mərkəzi Asiyada enerji və su sistemlərinin transformasiyası” mövzusunda tədbir keçirildi

14.11.2024 | 12:22
COP29 çərçivəsində “Daha yaxşı pambıq” mövzusunda panel müzakirələr keçirilib

14.11.2024 | 12:15
Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.11.2024 | 12:00
Azərbaycan yaşıl keçidi inkişaf etdirməyə sadiqdir - Mərkəzi Bankın sədri

14.11.2024 | 11:47
Dünya Bankı iqlim layihələrini maliyyələşdirmək üçün 150 milyard dollar ayırmağı planlaşdırır

14.11.2024 | 11:26
Prezident İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.11.2024 | 11:20
Trampın xanımı Ağ Evdə yaşamaq istəmir - səbəbini özü açıqladı..

14.11.2024 | 11:10
Naxçıvanda yol polisi sürücülərə və piyadalara müraciət etdi

14.11.2024 | 11:04
Ronaldinyo AFFA prezidenti ilə görüşüb

14.11.2024 | 10:53
Prezident İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.11.2024 | 10:26
Bakının bu ərazilərində qaz olmayacaq -ƏHALİYƏ XƏBƏRDARLIQ

14.11.2024 | 10:20
Göyçayda bədbəxt hadisə - çoban kanalda bataraq öldü

14.11.2024 | 10:14
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.11.2024 | 10:11
Sokratdan Qulu Məhərrəmliyə qədər

14.11.2024 | 10:10
Sabunçuda yük avtomobilinin vurduğu piyada 5 gün sonra xəstəxanada ölüb...

14.11.2024 | 10:05
Türk Dövlətləri Təşkilatı üzrə “Nazirlər Bəyannaməsi” imzalanıb

14.11.2024 | 10:02
Prezident İlham Əliyev Banqladeş Müvəqqəti Hökumətinin Baş müşaviri ilə görüşüb - FOTO

14.11.2024 | 10:00
Almaniya Kansleri pul barədə danışdı, gülüş obyektinə çevrildi...

14.11.2024 | 09:40
Bakıda “Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumu” keçirilir

14.11.2024 | 09:30
Misirdə dəhşətli yol qəzası olub, 13 nəfər ölüb

14.11.2024 | 09:20
Fatih Terim Bakıya gəlir

14.11.2024 | 09:10
Donald Tramp bu senatoru Dövlət katibi təyin edəcək

14.11.2024 | 09:05
Dünya mediası COP29 barədə yazır

14.11.2024 | 09:00
Bu, Azərbaycan üçün həyəcanverici andır - Metyu Brayza

13.11.2024 | 23:25
Avropanın məşhur klubları “Qarabağ”ın dəvəti ilə Bakıya gəlir...

13.11.2024 | 22:49
AKAF COP 29 ilə əlaqədar avarçəkmə yürüşü təşkil edəcək

13.11.2024 | 22:38
Rusiya 50 minlik ordu ilə Kursk əməliyyatına başlayır - Trampın andiçməsinə qədər…

13.11.2024 | 22:00
Polşa Baş Qərargah rəisindən xəbərdarlıq - Rusiya ilə hərbi münaqişə təhlükəsi var…

13.11.2024 | 19:56
Dünya liderləri Azərbaycanın COP29-a hazırlığını yüksək qiymətləndirdi

13.11.2024 | 19:25
"İqlim dəyişmələrinə qarşı mübarizədə hərtərəfli yanaşma olmadan hədəfə nail ola bilmərik" - UNFCCC-in icraçı katibi

13.11.2024 | 19:05
COP29-da Energetika Nazirliyi ilə BAEA arasında memorandum imzalandı

13.11.2024 | 18:58
"Kiçik ada dövlətlərinə yaranmasında heç bir rol oynamadıqları böhranın öhdəsindən gəlmək üçün dəstək göstərilməlidir" - Quterreş

13.11.2024 | 18:55
Prezident İlham Əliyev BVF-nin sərəncamçı direktoru ilə görüşdü - FOTO

13.11.2024 | 18:42
Erməni nazir oğlanlarını hərbi xidmətdən yayındıran məmurları cəzalandırmağı tələb etdi

13.11.2024 | 18:35
Prezident İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb - FOTO

13.11.2024 | 18:34
Orta Dəhlizin Yaşıl Transformasiyasına dair Əməkdaşlıq Bəyannaməsi imzalanıb

13.11.2024 | 17:53
Prezident İlham Əliyev Çinin Baş nazirinin müavini ilə görüşüb - FOTO

13.11.2024 | 17:46
COP29-un icraçı direktoru enerji keçidini sürətləndirmək üçün yeni investisiyalara çağırdı

13.11.2024 | 17:44
Samir Nuriyev Tokio qubernatoru ilə görüşdü - FOTO

13.11.2024 | 17:26
Prezident İlham Əliyev COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

13.11.2024 | 17:23
Bakıda ada ölkələrinin üzləşdikləri iqlim problemlərindən danışıldı

13.11.2024 | 17:15
Prezident İlham Əliyev Mixail Mişustinlə görüşdü - FOTO/YENİLƏNDİ

13.11.2024 | 17:12
Prezident İlham Əliyev İranın vitse-prezidenti ilə görüşdü - FOTO/YENİLƏNDİ

13.11.2024 | 17:10
Prezident İlham Əliyev Qabonun vitse-prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930