Qanunsuz silah-sursat aşkarlanıb - DİN
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davamlı olaraq həyata keçirilir. Bu barədə bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev öz facebook səhifəsində məlumat verib. Məlumatda daha sonra deyilir: "Oktyabrın 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 10 qumbara, 2 tüfəng, 3 patron darağı və 247 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər."
Mətləb