Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında görüş baş tutub. Bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.
Məlumata görə, tərəflər Azərbaycan və Özbəkistan arasında qardaşlıq, dostluq və həmrəyliyə əsaslanan müttəfiqlik münasibətlərinin siyasi, iqtisadi, nəqliyyat, mədəni, humanitar və digər aspektlərini müzakirə ediblər. Nazir Ceyhun Bayramov özbəkistanlı həmkarına COP29-a hazırlıq, eləcə də regionda münaqişədən sonrakı vəziyyət barədə məlumat verib.
Mətləb