KÖHNƏ VERSİYA            

Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

Image

Hesablama Palatası Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsil Tələbə Kredit Fondunda həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib.

Baki-xeber.com Palataya istinadən xəbər verir ki, audit kredit müraciətlərinin təmin olunmasının, eləcə də, Fondun fəaliyyətinin təşkilinin nəticəliliyinin qiymətləndirilməsi məqsədi daşıyıb.

Məlumata görə, audit Fondun yaradıldığı 17 iyun 2021-ci il tarixindən 1 iyun 2024-cü il tarixinə qədər olan dövrü əhatə edib.

Qeyd olunub ki, Fondun nizamnamə kapitalının formalaşdırılması üçün dövlət büdcəsindən 2021-ci ildə 80,0 mln. manat, 2022-ci ildə isə kreditləşmə fəaliyyətinin davam etdirilməsi üçün əlavə 22,0 mln. manat vəsait ayrılıb, auditlə əhatə olunan dövrdə ümumilikdə 32,9 mln. manat vəsait Təhsil Tələbə Kreditinin (TTK) maliyyələşməsinə sərf edilib:

“Bundan əlavə, həmin dövrdə Fondun saxlanması üçün 3,6 mln. manat xərc edilmiş, bu xərclərin 1,8 mln. manatını əməyin ödənişi xərcləri təşkil edib. Yaranma tarixindən 31 may 2024-cü il tarixinədək Fonda 21888 nəfər tərəfindən cəmi 45688 kredit müraciəti edilib, ondan 16799 nəfər üzrə ümumi məbləği 33,1 mln. manat təşkil edən 36063 kredit rəsmiləşdirilib, bundan, hamısı sonuncu tədris ilində olmaqla, 130,1 min manat məbləğində 159 müqavilə sonradan ləğv edilib.

Ləğv edilmiş 159 müqavilə istisna olmaqla, bakalavriat təhsil səviyyəsi üzrə 25321, magistratura təhsil səviyyəsi üzrə 8841, orta ixtisas təhsili səviyyəsi üzrə 1622 və peşə təhsili səviyyəsi üzrə 120 müraciət üzrə kredit rəsmiləşdirilib, kreditdən həm dövlət, həm də özəl təhsil müəssisələrinin tələbələri yararlanıb.

Qeyd edilənlərin icrası prosesində bəzi nöqsanlara da yol verilib, eləcə də, kreditlərin verilməsi və funksional fəaliyyətin təşkilinin nəticəliliyinin daha da yüksəldilməsi imkanlarından bəzi hallarda tam istifadə olunmayıb”.

“Göstərilənlərə münasibətdə ilk olaraq diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.07.2021-ci il tarixli 226 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda (Qayda) sosial təhsil tələbə kreditinin verilməsi şərtlərinin əsasən sosial rifah göstəricilərinə deyil (ünvanlı sosial yardım istisna olmaqla), kateqoriya xarakterli yanaşmaya əsaslanılması nəticəsində Fondun fəaliyyəti müəyyən edilmiş məqsədlərə tam uyğun olmamışdır. Kateqoriyalı yanaşmanın tətbiqi ilə yanaşı standart TTK ilə müqayisədə ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) daha aşağı müəyyənləşdirilməsi sosial kredit istifadəçilərinin zəif təhsil göstəriciləri nümayiş etdirmələrinə imkan yaradan kreditləşmə sisteminin qurulması ilə nəticələnib.

Beləliklə də, Fondun TTK-nin verilməsi ilə bağlı yanaşması əsasən sosial cəhətdən riskli qruplara hədəflənib, həmin qruplara aid tələbələrin təhsil haqlarını vaxtında ödəmələrinə şərait yaratmaqla təhsillərini başa çatdırmaları məqsədini daşıyıb.

Fondun nəzarət imkanlarının məhdud olması və ali təhsil müəssisələrinin kreditlərin verilməsi prosesində iştirak edən məsul şəxslərinin məsuliyyətinin hüquqi aktlarla tənzimlənməməsi nəticəsində 2 ali təhsil müəssisəsi üzrə 32 halda TTK-dən yararlanan tələbənin faktiki ÜOMG-si Fondun məlumat bazasında əks etdirilən göstəricidən aşağı olmuş, beləliklə də, 71 baldan aşağı göstəriciyə malik tələbəyə, Qaydaların tələbi pozularaq standart TTK verilmişdir. Bu isə, öz növbəsində, dövlət vəsaitinin hüquqi aktların tələblərinin pozulması ilə icrası ilə yanaşı, funksional təyinatı üzrə istifadəsinə də təsir göstərib”, - məlumatda bildirilib.

“Kredit üçün müvəkkil banka müraciət mərhələsində nəzərdə tutulmuş yanaşma təcrübədə tətbiq edilən yanaşmadan fərqlənib, başqa sözlə, təcrübədə tələb olunan sənədlər tələbə tərəfindən banka təqdim edilmədən elektron qaydada təhsil müəssisəsinin məsul şəxsi tərəfindən “Elektron Təhsil Tələbə Krediti” informasiya sistemində (Portal) təsdiqindən sonra kredit müraciəti banka yönləndirilib, bəzi hallarda Portaldan çıxarışlarda TTK-nın təhsil müəssisəsi tərəfindən təsdiq edilmədən banka göndərildiyinə dair məlumatlar əks olun, eləcə də Fond tərəfindən ləğv edilmiş bəzi kredit müraciətləri üzrə bank tərəfindən kredit rəsmiləşdirilməsi həyata keçirilib.

Ali təhsil müəssisələrinə qəbulun yalnız Dövlət İmtahan Mərkəzi vasitəsilə keçirilən imtahanlarla deyil, eləcə də Scholastic Aptitude/Assessment Test (SAT) nəticəsində də aparıldığını diqqətə alsaq, bu yanaşmanın nəzərə alınmaması SAT ilə qəbul həyata keçirən ali təhsil müəssisələrinə daxil olan tələblərinin birinci semestrdən standart TTK-dan yararlanmağı tam məhdudlaşdırıb.

Fondun tələbələrin təhsilinə verə biləcəyi töhfə baxımından əhəmiyyət kəsb edən və beynəlxalq təcrübədə tətbiq edilən – tələbələrin təhsillə bağlı cari xərclərinin (dərslik, qidalanma, yataqxana, yol xərci və s.) ödənilməsi praktikası öyrənilməmiş və nəzərə alınmayıb, həmçinin kreditlərdən yararlana biləcək şəxslərin yuxarı yaş həddinin müəyyən olunmaması nəticəsində auditlə əhatə olunan dövrdə 13 halda son qaytarılma tarixinə kredit götürən şəxsin yaşının 60 və daha artıq olmasına şərait yaradan kredit rəsmiləşdirilib ki, ondan 3-ü həmin tarixdə pensiya yaşında olacaqdır.

Fondun maliyyə vəsaitlərinin istifadə səviyyəsini və tətbiq olunan sığorta mexanizmlərini diqqətə alsaq, kredit alanların yaşı ilə bağlı hər hansı bir məhdudiyyətin nəzərə alınması zərurəti olmasa da, ictimai faydalılığın formalaşdırılması və əmək bazarında iştirak müddəti baxımından yuxarıda göstərilən amillərlə birgə belə bir məhdudiyyətin müəyyənləşdirilməsinin gələcəkdə zəruri yanaşma kimi formalaşacağı qənaətindəyik.

Himayəçilik Şurası tərəfindən strateji məqsəd və planların, inkişaf istiqamətlərinin müəyyənləşdirilməməsi, həmçinin illik fəaliyyət planlarının təsdiq olunmaması Fondun funksional məqsədlərinin həyata keçirilməsinə nəzarət mexanizmlərinin tətbiqini məhdudlaşdırmaqla bu hədəflərə nail olunmasında risklərə yol açıb.

Hədəflərlə bağlı kəmiyyət göstəricilərinin müəyyənləşdirilməsində vahid yanaşmanın tətbiq edilməməsi tərtib olunan hesabatlar arasında uyğunsuzluqlarla yanaşı hədəf/nəticə uzlaşmasının qiymətləndirilməsində məhdudiyyətlərə səbəb olmuş, kreditlərin verilməsi planlaşdırılan tələbələrin say göstəricilərində uyğunsuzluqlar tələb olunan xərclərin planlaşdırılmasına təsir göstərən əsas faktoru formalaşdırıb.

Himayəçilik Şurası tərəfindən vəsaitlərin idarə olunması istiqamətində fəaliyyətin tam icra edilməməsi, o cümlədən kənar auditorun müəyyənləşdirilməsi üçün addımların atılmaması və müvəkkil bankın seçilməsinin bu Şura ilə razılaşdırılmaması hesabatlılıq və şəffaflıq prinsiplərinin tam tətbiqinə mane olub.

Həmçinin, qeyd edək ki, müvəkkil bankın fəaliyyəti ilə bağlı hesabatlılığın artırılması məqsədilə Fond tərəfindən bir sıra addımlar atılıb ki, bu da vəsaitin idarə olunmasına nəzarətlə bağlı müsbət amil kim dəyərləndirilir.

Nizamnamədə likvidliyin təmin olunması, Fondun fəaliyyətinin inkişaf etdirilməsi, səmərəliliyinin və etibarlılığının yüksəldilməsi məqsədilə investisiyaların cəlb olunması ilə bağlı nəzərdə tutulmuş vəzifənin icra olunmaması maliyyə imkanlarının genişləndirilməsinə təsir göstərib.

Ayrı-ayrı mərhələlərin icrasına dair vaxt çərçivəsinin reqlamentləşdirilməməsi müraciətlərin təxminən 20,0%-nə kreditin 1 aydan çox müddətdə verilməsi ilə nəticələnmiş, bu, əsasən ali təhsil müəssisələrinin və müvəkkil bankın məsul şəxslərinin fəaliyyəti ilə əlaqədar olub. Göstərilənlər məsuliyyət mexanizmlərinin işlənilməsinin və tətbiqinin əhəmiyyətini bir daha qeyd etmək imkanı verir.

Başqa istiqamətin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin 2023-cü ilin dövlət büdcəsinin icrası ilə bağlı hesabatlarda TTK-nin verilməsinə sərf olunmuş məbləğ kimi əks etdirilməsi həmin məlumatlar əsasında qərar qəbul edən, təhlillər aparan və proqnozlar tərtib edən dövlət qurumlarının bu fəaliyyətinə mənfi təsir amillərini formalaşdırmaqla yanaşı hədəf/icra uyğunluğunun da qiymətləndirilməsinə şərait yaratmır.

Auditin nəticələri əsasında qəbul edilmiş Kollegiya qərarında aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Tələbə Təhsil Kredit Fondu tərəfindən sorğu və onlayn təlimlərin keçirilməsi zamanı yol verilmiş nöqsanlar üzrə artıq ödənilmiş vəsaitin bərpa olunması nəzərə alınmış, dövlət büdcəsinin icrası ilə bağlı hesabatda uyğunsuzluqlara dair Maliyyə Nazirliyinə məlumat göndərilməsi əks edilib”, - deyə məlumatda qeyd olunub.

NAMİQ







VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

20.12.2024 | 16:53
Əsədə bir zərbə də 24 illik həyat yoldaşından gəldi - Esma boşanmaq üçün məhkəməyə müraciət etdi

20.12.2024 | 16:46
İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:44
Sergey Məlikov Prezident İlham Əliyevə məktub göndərib

20.12.2024 | 16:42
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:41
Mişustin Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

20.12.2024 | 16:40
“D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açacaq” - Vüqar Rəhimzadə

20.12.2024 | 16:38
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:36
Lukaşenko Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 16:35
Si Cinpin Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:33
Yaşar Əliyev Azərbaycanın BMT yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırıldı, Çexiyaya səfir təyin edildi

20.12.2024 | 16:25
Azərbaycanın Niderland Krallığında yeni səfiri təyin edildi

20.12.2024 | 16:24
Ramil Rzayev Azərbaycanın İndoneziyada səfiri təyin edildi

20.12.2024 | 16:23
Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırıldı

20.12.2024 | 16:20
Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edildi

20.12.2024 | 16:14
Adış Məmmədov Azərbaycanın Qətərdəki səfiri təyin edildi

20.12.2024 | 16:13
Azərbaycanın Çex Respublikasında səfiri geri çağırıldı

20.12.2024 | 16:12
Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü veriləcək

20.12.2024 | 16:11
Azərbaycanın Qətərdəki səfiri geri çağırıldı

20.12.2024 | 16:07
Mayıl Əhmədov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi

20.12.2024 | 16:05
Dövlət İnvestisiya Proqramının tərtibi və qiymətləndirilməsi ilə bağlı yeni qaydalar təsdiqləndi

20.12.2024 | 15:55
Valideyn himayəsindən məhrum olmuş uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək

20.12.2024 | 15:44
Yerli avtomobil sənayesinin canlanması üçün vergi güzəştləri tətbiq olunacaq

20.12.2024 | 15:32
Putindən Əsədə sərt qadağalar - pulları və aktivləri donduruldu, Moskvadan çıxışı qadağan edildi

20.12.2024 | 14:50
Prokurorluğun müdaxiləsilə 41,3 milyon dollar ixrac pulu ölkəyə qaytarıldı...

20.12.2024 | 14:26
Qiyabi təhsil alan tələbələr təhsil krediti ala bilərmi? - Sədr açıqladı...

20.12.2024 | 14:01
Türkiyənin qış möcüzələrini kəşf edin

20.12.2024 | 13:56
Oğuzda pirotexniki vasitələrin səyyar satışı ilə məşğul olan şəxs saxlandı

20.12.2024 | 13:53
Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində növbəti görüş oldu

20.12.2024 | 13:43
Bu şəxslərin hərbi xidmətdən azad edilməsi təklif edilir

20.12.2024 | 13:30
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

20.12.2024 | 13:17
ABŞ Colani ilə görüşmək üçün Dəməşqə heyət göndərdi...

20.12.2024 | 13:02
"Təəssüf ki, BQXK Ermənistanda saxlanılan azərbaycanlıları müdafiə edə bilmir" - Aydın Səfixanlı

20.12.2024 | 12:48
Azərbaycan və Türkiyə arasında regional təhlükəsizlik məsələləri Bakıda müzakirə edildi

20.12.2024 | 12:33
"Ermənistan İkinci Qarabağ müharibəsi dövründə ölkəmizə qarşı beynəlxalq humanitar hüququ pozub" - MN rəsmisi

20.12.2024 | 12:18
İsrail Səfirliyi görmə qabiliyyətini itirmiş dörd Azərbaycan vətəndaşına "OrCam MyEye" cihazlarını hədiyyə etdi

20.12.2024 | 12:05
Bu aktyor "Bir zamanlar İstanbul"da rol alacaq

20.12.2024 | 12:00
"Yeni il şənlikləri zamanı..." - FHN əhaliyə müraciət etdi

20.12.2024 | 11:30
Bir gündə 1,6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb - DİN məlumat yaydı

20.12.2024 | 11:20
Adil Kərimli Romada italiyalı həmkarı ilə görüşüb

20.12.2024 | 11:10
39 yaşı var, NBA-da rekord qırır...

20.12.2024 | 11:07
Milli Məclis iclas keçirir - 11 məsələ müzakirə olunur

20.12.2024 | 11:05
"Ermənistan Beynəlxalq hüququn bütün norma və prinsiplərini pozub"

20.12.2024 | 11:00
İranda 10 nəfər etirazçı edam olunacaq

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031