Makron üzgün - Fransanın dövlət borcu sürətlə artır
Fransanın dövlət borcu ikinci rübün sonunda ümumi daxili məhsulun (ÜDM) 110,5 faizindən 112 faizinə yüksəlib. Bu barədə Fransanın Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutu (İNSEE) məlumat verib. Milli Statistika İnstitutunun məlumatına görə, ölkənin səhiyyə böhranından başlayaraq, kütləvi şəkildə artan dövlət borcu aprel-iyun ayları arasında 68,9 milyard avro artaraq 3,228,4 milyard avroya çatıb.
İkinci rübdə qeydə alınan artım, əsasən dövlət borcunun (+69,9 milyard avro) artması hesabına baş verib. Sosial təminat idarələrinin borcu 4 milyard avro artıb. Digər tərəfdən, müxtəlif mərkəzi idarəetmə orqanlarının borcu 4,7 milyard avro, yerli dövlət idarələrinin borcu isə 0,3 milyard avro azalıb.
Mətləb