KÖHNƏ VERSİYA            

Rusiya ABŞ-ın özünü nüvə zərbəsilə hədələdi - "5 milyard insan öləcək"...

Image

Bu günlərdə yayılan məlumata əsasən, Britaniya Ukraynaya Rusiya ərazisinin dərinliklərinin vurulması üçün “Storm Shadow” qanadlı raketlərindən istifadə icazəsi verib. Bundan əvvəl Fransa eyni adımı atıb. ABŞ  da eyni addımı atmağa hazırlaşır.

Xatırladaq ki, bundan öncə məsələyə Rusiya tərəfindən sərt reaksiya verilib. Rusiya prezidenti Vladimir Putin deyib ki, Kiyevə uzaqvuran silahlarla Rusiya ərazisinə zərbələr endirilməsinə icazə verilməsi NATO və Avropa dövlətlərinin müharibədə birbaşa iştirakı kimi qiymətləndiriləcək. Putin deyib ki, NATO ölkələri hazırda sadəcə olaraq uzaqvuran silahlardan istifadə edilməsinə icazə verilməsini deyil, həm də əslində münaqişəyə özlərinin birbaşa qoşulub-qoşulmaması məsələsini müzakirə edirlər. Rusiya prezidentinin sözlərinə görə, bu raket sistemlərinə uçuş tapşırıqları texniki baxımdan yalnız NATO ölkələrinin hərbi qulluqçuları tərəfindən verilə bilər. Putin onu da qeyd edib ki, Qərb ölkələrinin Ukrayna münaqişəsində birbaşa iştirakı onun xarakterini dəyişmiş olur: “Beləliklə, Rusiya yaranmış təhdidlərdən çıxış edərək qərarlar qəbul etməli olacaq”. Bütün bunlardan sonra Rusiya prezidenti ölkə Təhlükəsizlik Şurasının iclasında dövlət nüvə çəkindirməsi doktrinasına dəyişikliklər təklif edib. Putin hesab edir ki, Moskvaya nüvə silahından istifadədə haqq qazandıracaq hərbi təhdidlərin siyahısı genişləndirilməlidir. Nüvə silahından istifadə doktrinasının yeni versiyasına görə, Rusiya onun üzərinə adi silahlarla edilən kütləvi hücuma cavab olaraq təkcə adi silahlardan deyil, nüvə silahından da istifadə edəcək. Putin bu xüsusda strateji və taktiki aviasiyadan, qanadlı raketlərdən, dronlardan, səsdən iti uçan raket və başqa silahlardan danışıb. O bildirib ki, Rusiya üzərinə hərbi hava-kosmik vasitələrindən hücumun başlanmasına dair etibarlı informasiya da nüvə cavabı ilə nəticələnəcək. Yeni doktrinaya görə, ümumilikdə ölkənin suverenliyinə kritik hədə yarandığı bütün hallarda Rusiya nüvə zərbəsindən istifadə haqqına malik olacaq. Putin bunu da deyib ki, Rusiya nüvə silahından onun müttəfiqi olan Belarus da belə təhlükə ilə üzləşərsə istifadə edə bilər. Bundan başqa, Putin təklif edib ki, Rusiyaya qarşı istənilən qeyri-nüvə ölkəsinin hərbi hərəkətləri nüvə ölkəsi tərəfindən dəstəklənərsə, bu, onların Rusiyaya qarşı birgə hücumu kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, nüvə çəkindiricisinin tətbiq oluncağı dövlət və hərbi ittifaqların siyahısı genişləndirilməlidir. Putin siyahıya hansı ölkələrin əlavə ediləcəyini deməyib.

Hesab olunur ki, bütün bunlar Rusiyaya Ukraynada nüvə silahından istifadə imkanı yaradacaq. Ukrayna prezidenti administrasiyasının rəhbəri Andrey Yermak Putinin bəyanatlarını belə şərh edib: “Nüvə şantajından başqa Rusiyanın dünyanı qorxutmaq üçün heç nəyi, heç bir aləti yoxdur. Bu alətlər isə işləməyəcək”.  Artıq dünya miqyasında da nüvə müharibəsinin baş verə biləcəyinə dair xəbərdarlıqlar artır. Birləşmiş Millətlər Təşkilatı da bu fonda Ukrayna və Rusiya arasında nüvə müharibəsi iddiaları ilə bağlı açıqlama verib. Qeyd edilib ki, artan ritorika narahatlıq doğurur. Ukrayna-Rusiya müharibəsi xaricində belə dünyanın təhlükəli bir dövr yaşadığına dair bir çox işarələrin olduğunu bildirən BMT ölkələrin tərksilah və nüvə silahının istifadəsinin məhdudlaşdırılması ilə bağlı öhdəliklərinin artmalı olduğunu bəyan edib. Serbiya prezidenti Aleksandr Vuçiç də BMT-də çıxışında bildirib ki, dünya nüvə fəlakətinin astanasındadır. O, hazırda dünyada baş verən münaqişələri faciəvi hadisələr adlandırıb: “Tamamilə inanılmaz kimi görsənsə də, hazırda dünya nüvə fəlakətinin astanasındadır“. Bu arada Rusiya açıq mətnlə xəbərdarlıq edir ki, Qərb, o cümlədən ABŞ  mümkün nüvə savaşından kənarda qalmayacaq. Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirib ki, Avropada nüvə münaqişəsi baş verəcəyi təqdirdə ABŞ kənarda “otura” bilməyəcək. Onun sözlərinə görə, Rusiya hakimiyyəti nüvə dövlətləri arasında, xüsusən də ABŞ və Rusiya arasında nüvə müharibəsi ola bilməyəcəyini yüz dəfə bildirib. O qeyd edib ki, belə münaqişədə qalib olmayacaq: “Ancaq ABŞ-da bir növ illüziya var ki, əgər münaqişə baş versə, o, Amerika Birləşmiş Ştatlarının ərazisinə yayılmayacaq. Mən daim onlara bir tezisi çatdırmağa çalışıram ki, amerikalılar okean sularının o tayında otura bilməyəcəklər, bu müharibə hamıya təsir edəcək. Buna görə də biz daim deyirik: bu ritorika ilə oynamayın”. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Qərb ölkələri Ukraynanın Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli silahlardan istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırsalar, NATO nüvə gücünə qarşı hərbi əməliyyatların birbaşa tərəfinə çevriləcək. Bu arada “Time” jurnalı mümkün nüvə qarşıdurmasını simulyasiya edib. Bildirilir ki, Rusiya ilə ABŞ arasında baş verəcək nüvə müharibəsində 5 milyard insan öləcək. Qeyd olunur ki, Rusiya, ABŞ və Çin əhalisinin 99%-i belə müharibənin qurbanı olacaq. Qərbdə hazırda hesab edirlər ki, Rusiyanın cavab reaksiyası ilk mərhələdə Şərqi Avropa ölkələrinin hədəfə alınması ilə nəticələnə bilər. Yəni Kreml cavab zərbələri ilə Ukrayna savaşının yayılma arealını daha da genişləndirmək təhlükəsi vəd edir. Bura nüvə silahının daxil olması isə vəziyyəti daha mürəkkəb hala gətirir.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı?...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031