Nyu-Yorkda Blinkenin iştirakı ilə Bayramov-Mirzoyan görüşü keçirildi... - YENİLƏNDİ
Nyu-Yorkda ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş keçirilib.
Görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.
XXX
Nyu-Yorkda ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş keçirilir.
"Nyu-Yorkda ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh sazişi və iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması üzrə danışıqların növbəti raundu xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın iştirakı ilə başlayıb”, - Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qeyd edək ki, tərəflər arasında sonuncu görüş Blinkenin təşəbbüsü ilə bu ilin iyulunda Vaşinqtonda NATO sammiti çərçivəsində baş tutub.
TAHİR