KÖHNƏ VERSİYA            

Azərbaycan məktəblisi beynəlxalq riyaziyyat olimpiadalarında böyük uğurlar qazandı… - FOTO

Image

Selin Həsənli: “Sinqapurda keçirilən o olimpiadada həm qızıl, həm gümüş, həm də bürünc medal əldə etdim” 

Azərbaycan məktəblərində kifayət qədər şagirdlər var ki, öz savadları, bilikləri, dərsə, fənlərə maraqları ilə diqqəti cəlb edirlər. Belə uşaqlar bilikləri ilə öz uğur hekayələrini gerçəkləşdirirlər. 

Unutmayaq, bu qəbildən olan şagirdlər Azərbaycanın gələcəyini quracaq şəxsiyyətlər kimi öz yerlərini tutacaqlar. 

“Bakı-Xəbər” olaraq, həmişə uğurlu həyat hekayəsi olan uşaq, yeniyetmə və gənclər barədə yazılar hazırlayırıq və hesab edirik ki, onların bacarıqları, qabiliyyətləri, fitri istedadları bir örnək kimi başqa uşaqlar üçün də bir stimul ola bilər. Yaxşıdan öyrənmək, yaxşının cızdığı yolla getmək çox faydalıdır. 

Belə istedadlı şagirdlərdən biri də öz uğur hekayəsini yazmış Selin Həsənlidir. 

6 iyun 2008-ci ildə Bakıda doğulan Selin Həsənli hazırda 220 saylı məktəb-liseyin XI sinif şagirdidir. 

16 yaşlı Selinin uğur hekayəsinin ilk cümlələri 2022-ci ildə yazılıb. Riyaziyyat fənninə xüsusi sevgisi və marağı olan qəhrəmanımız qatıldığı ilk olimpiadada uğur qazanıb, nailiyyət əldə edib.  

“Copernicus olimpiadasının Global mərhələsindən də gümüş medal qazanmağı bacardım” 

İlk dəfə  2022-ci ilin oktyabr ayında AMO riyaziyyat olimpiadasına qatılıb. Azərbaycanda keçirilən beynəlxalq statuslu bu olimpiadada Selin gümüş medal qazanıb. “Bu mənim qazandığım ilk medal oldu. Bu medal sayəsində Sinqapura getmək hüququ qazandım. Çünki bu olimpiadanın ikinci turu Sinqapurda keçirildi. Tərəddüd etmədən ikinci tura da qatıldım. Bu tur 3 mərhələdən ibarət idi. Mən hər üç mərhələdən medal qazanmağı bacardım. Belə ki, Sinqapurda keçirilən o olimpiadada həm qızıl, həm gümüş, həm də bürünc medal əldə etdim. 

Mən qızıl, qümüş və bürünc olmaqla 3 medal qazanmağımdan çox qürurlandım, bu mənə daha da irəliyə getməyə böyük stimul verdi”.

Selinin də qatıldığı sözügedən olimpiadada  Azərbaycan komandası beynəlxalq arenada 32 ölkə arasından 5-ci yerə çıxıb. Bu olimpiadanın son, yəni final mərhələsi isə İndoneziyada baş tutub.  2023-cü ilin dekabr ayında keçirilən final mərhələsində Selin də iştirak edib. “Yalnız bu mərhələyə qatıla bilmək üçün AMO-dan ya qızıl, ya da gümüş medal qazanmaq, yaxud da Sinqapurdakı mərhələdən qızıl, gümüş və ya bürünc medal qazanmaq lazım idi. Mən final turunda iştirak etmək hüququ qazanmışdım və final turu  üçün İndoneziyaya getdim. Burada İJMO (riyaziyyat) və İJCO (kibertəhlükəsizlik) olimpiadalarına qatıldım. Riyaziyyat və kibertəhlükəsizlik olimpiadalarında sertifikat qazandım. Həmçinin, 2023-2024-cü illər arasında beynəlxalq olimpiadaların  Azərbaycandaki yerli mərhələlərinə də qatıldım. Bunlar FİSO (İngilis dili) və Fermat (riyaziyyat) olimpiadaları oldu. Hər ikisindən bürünc medal qazandım. Bu zaman Copernicus Riyaziyyat olimpiadasının da yerli mərhələsinə qatılmışdım və gümüş medal qazandım. Final turu isə Amerikanın New-York şəhərində keçiriləcəkdi və mən ona da qatılmağa qərar verdim. Final turu 2024-cü ilin 14-18 iyul   tarixlərində keçirildi. Olimpiada   Columbia Universitetində baş tutdu. Nəhayət nəticələr açıqlandı və Copernicus olimpiadasının Global mərhələsindən də gümüş medal qazanmağı bacardım. Azərbaycan komandası isə 54 ölkə arasında keçirilən riyaziyyat olimpiyadasında 1-ci yerə layiq görüldü. Hazırda ümumilikdə 8 medal və 14 sertifikatım var”.

Selin bildirdi ki, uğurlarının memarı ona dəstək olan ailəsi və müəllimləridir. Selin “təbii ki, mən bu uğurlarımı ailəmə və müəllimlərimə borcluyam. Onlara hər zaman minnətdaram”-deyir. 

Selin bakalavr və magistr təhsilini xarici ölkələrdə almaq istəyir, deyir ki, ən yaxşı universitetlərdə oxumaq böyük arzusudur.  Selin gələcəkdə ixtisas olaraq kompüter elmlərini seçib. Fikirləşir ki, bu sahədə təhsil alarsa, gələcəkdə yüksək ixtisaslı mütəxəssis kimi Azərbaycana daha böyük fayda verə bilər. 

Selin cəmiyyətə, dövlətə, insanlara, bütövlükdə bəşəriyyətə faydalı olmaq istəyir. Ona görə də çox oxuyur, çox çalışır, çox öyrənir. Bilikli, fitri istedadlı şagirdlərimizdən biri kimi Selin Həsənli də bizim qürur yerimiz olan yeniyetmələrdən biridir. 

İnanırıq ki, özünəməxsus nümunəvi uğur hekayəsi olan Selin Həsənlinin gələcəyi işıqlı olacaq və o öz arzularına yetəşək. Çünki buna onun savadı, biliyi, bunlardan əvvəl də özünə qüvəni tamdır, ailəsi də, yaxınları da, müəllimləri də ona yaxından dəstək olur. Selin yalnız 220 saylı məktəb-liseyin fəxri deyil, təkcə ailəsi onunla qürur duymur, müəllimləri olunla öyünmür, həm də biz belə bir məktəblimizin olması ilə fəxr edirik. 

Yolun açıq olsun, Selin!

İradə SARIYEVA








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı?...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031