Tramp Zelenskini "tarixin ən böyük taciri” adlandırdı - hər dəfə ABŞ-a gələndə 60 milyard aparır...
ABŞ prezidentliyinə namizəd Tramp Ukrayna lideri Zelenskinin ABŞ-a səfərini pisləyib və onu "tarixin ən böyük taciri” adlandırıb.
"Görürəm ki, Zelenski buradadır. Məncə, Zelenski tarixin ən böyük treyderidir: o, hər dəfə ölkəyə gələndə 60 milyard dollarla çıxıb gedir", - deyə Tramp bildirib.
Tramp onu da qeyd edib ki, Zelenski 2024-cü ilin prezident seçkilərində Kamala Harrisin qalib gəlməsini istəyir. “O, demokratların qalib gəlməsini çox istəyir” – Tramp bildirib.
O, deyib ki, seçkidə qalib gəlsə, Ukrayna və Rusiyanı danışıqlara sövq etməyə çalışacaq: "Əgər bu seçkidə qalib gəlsəm, ilk işim Zelenskiyə zəng etmək, prezident Putinə zəng etmək və "Siz müqavilə imzalamalısınız, bu dəlilikdir" demək olacaq".
Seçicilərlə görüşdə Tramp qeyd edib ki, bir dəfə o, Rusiyanın Prezidenti Putini və Çinin Prezidenti Si Dzinpini Ukrayna və Tayvana hücumla bağlı fikirlərindən daşındırıb.
“Bu, heç vaxt olmamalı idi. Mənim prezidentliyim dövründə bu baş verməzdi. Hətta radikal solçu dəli demokratlar belə deyirlər ki, Tramp prezident olsaydı, bu baş verməzdi” – Tramp deyib.
ZÜMRÜD