Beynəlxalq Bankın səhmləri 48 beynəlxalq investor tərəfindən satın alınıb
Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmləri 48 beynəlxalq investor tərəfindən alınıb. Bu barədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov ABB səhmlərinin yerləşdirilməsinin nəticələri ilə bağlı keçirilən brifinqdə deyib.
Qeyd edilib ki, ilk kütləvi təklif çərçivəsində 48 beynəlxalq investor ABB-nin səhmlərini alıb: “Onlardan 44-ü yeni, 4-ü isə səhmlərə sahib olan investordur”.
Səhmdarların builki dividend gəlirliliyinə də toxunan sədr bu rəqəmin 15,1 faizə çatdığını əlavə edib.
“Növbəti il də səhmlərin dividend gəlirliliyinin 15 faizdən yüksək olması proqnozlaşdırılır”, - deyə bankın İdarə Heyətinin sədri bildirib.
ZÜMRÜD